İbrahim Şakman oğlu Mammeyev (5 fevral 1919 – 17 oktyabr 2004, Kabardin-Balkariya) — balkar dramaturq və şair. KBMSSR əməkdar artisti. SSRİ Yazıçılar İttifaqının üzvü[1].
İbrahim Mammeyev | |
---|---|
Doğum tarixi | 5 fevral 1919 |
Vəfat tarixi | 17 oktyabr 2004 (85 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, yazıçı |
Əsərlərinin dili | Qaraçay-balkar dili |
Mükafatları |
Mammeyev İbrahim Şakman oğlu 1919-cu ildə Gündələn kəndində anadan olub. Ali təhsilini Rusiya Dövlət Teatr Sənəti İnstitutunda alıb. 1939-cu ildən etibarən Balkar Dövlət Teatrında fəaliyyət göstərib. Daha sonra İkinci Dünya Müharibəsində, Berlinin və Polşanın alınmasında iştirak edib. Müharibə bitdikdən sonra 1946-cı ildə ailəsi bütün balkarlar kimi sürgün edildiyinə görə Qırğızıstana gəlir. Balkarlar bəraət qazandıqdan sonra 1956-cı ildə öz vətəninə geri dönüb. Əvvəlcə "Kommunizmge jol" (Kommunizmə gedən yol) qəzetinin redaksiyasında fəaliyyət göstərib balkar teatrı bərpa edildikdən sonra isə ömrünün axırına qədər burada fəaliyyət göstərir[2].
Hələ gənc ikən Mammeyev şeirlər və balladalar yazırdı. 1958-ci ildə onun "Kosa" adlı şeirlər toplusu nəşr edildi. Lakin ona məşhurluq gətirən dramaturgiya oldu. O, balkar teatrının milli repertuarını yaradanlardan biridir. Tarixdən süjetlər və balkar xalqının müasir dövrünə aid "Toydan sonra", "Şamay qəsri", "Feodal", "Görən sevgi" pyeslərini yazıb[1]. Bundan başqa o bir çox klassiklərin əsərini balkar dilinə çevirib. İbrahim Mammeyev 17 oktyabr 2004-cü ildə dünyasını dəyişib[3].
2013-cü ildə Nalçikdə yerləşən Quliyev küçəsində 21 nömrəli evin üzərində İbrahim Mammeyevə həsr edilmiş memorial lövhə quraşdırılıb.