Kabarda-Balkar Respublikası (rəsmi), Kabarda-Balkariya (rus. Кабардино-Балкарская Республика, kab.-çərk. Къэбэрдей-Балъкъэр Республикэ, qaraç.-balk. Къабарты-Малкъар Республика) — Rusiya Federasiyası subyektlərindən biri.
Kabarda-Balkariya | |
---|---|
Къэбэрдей-Балъкъэр Республикэ | |
|
|
Ölkə | |
İnzibati mərkəz | Nalçik |
İcra başçısı | Kazbek Kokov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 5 yanvar 1936 |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | RU-KB |
Avtomobil nömrəsi | 07 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Şimali Qafqazda, Böyük Qafqaz sıra dağlarının şimal ətəklərində, şimalında Rusiya Federasiyası, şərqində Şimali Osetiya, cənubunda Gürcüstan, qərbində Qaraçay-Çərkəz respublikaları yer almaqdadır.
Respublikanın ərazisi 12.5 min kvadrat kilometrdir .[1]
Böyük Qafqaz sıradağlarının ən yüksək təpəsi olan Elbrus dağı Qaraçay-Çərkəz Respublikası ilə hüdud təşkil edir. 5.633 metr yüksəkliyindəki Elbrus dağı ən böyük yüksəklikdir. Bu sıra dağlar 3.000 metrdən sonra buzlarla örtülüdür. Şimala doğru alçalan ərazi orta bölgədə 1000–3000 metr hündürlüyündə yaylalara, daha şimalda Terek çayı və qollarının meydana gətirdiyi geniş düzənliklərə çevrilir. Ən əhəmiyyətli çayı Terek çayıdır. Terek çayı Böyük Qafqaz sıradağlarının buzlaqları ilə bəslənməkdədir. Malkadere, Guzdelendere, Baksav-dərə, Cbeyan dərə, Çerek dərə həmişə bu buzluqlardan qidalanırlar.
Əhalisi: 859.939 (2010 siyahıyaalınması); 901.494 (2002 siyahıyaalınması); 759.586 (1989 siyahıyaalınması). 2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən respublikanın 901.494 nəfər əhalisi var.[2]
Respublikada Balkarlı Türklər 90 mindən bir qədər artıqdır. Respublikanın paytaxtı Nalçık şəhəridir. Türklər əsasən dağlıq və vadilik bölgələr olan Çerek, Çeğen, Baksan, Malki və Terek ətrafında yaşayırlar.
Öz aralarında Mezengi, Bezingil, Hulamlı, Çezimli, Baksamlı kimi qollara ayrılan Balkarlılar müsəlman olub, Türk dil qrupunun Altay qoluna bağlıdırlar. Özlərinə Dağlı "Tavlu" da deyən Balkarlılar İkinci Dünya müharibəsində Stalinin qanlı sürgününə məruz qalmışlar, sürgün illərində minlərlə şəhid vermişlər, 1950-ci illərdə bağışlanılaraq ölkələrinə dönə bilmişlər.
Əhali (x 1000) | Doğum | Ölüm | Təbii artım | Doğum səviyyəsi (hər 1000 nəfərə) | Ölüm səviyyəsi (hər 1000 nəfərə) | Təbii artım səviyyəsi (hər 1000 nəfərə) | Hər qadına düşən doğuş | |
---|---|---|---|---|---|---|---|---|
1970 | 592 | 11.683 | 3.913 | 7.770 | 19.7 | 6.6 | 13.1 | |
1975 | 634 | 12.315 | 4.717 | 7.598 | 19.4 | 7.4 | 12.0 | |
1980 | 680 | 14.098 | 5.457 | 8.641 | 20.7 | 8.0 | 12.7 | |
1985 | 725 | 15.941 | 5.854 | 10.087 | 22.0 | 8.1 | 13.9 | |
1990 | 772 | 15.412 | 6.573 | 8.839 | 20.0 | 8.5 | 11.5 | 2,45 |
1991 | 788 | 14.952 | 6.995 | 7.957 | 19.0 | 8.9 | 10.1 | 2,35 |
1992 | 799 | 13.728 | 7.093 | 6.635 | 17.2 | 8.9 | 8.3 | 2,16 |
1993 | 807 | 11.781 | 7.864 | 3.917 | 14.6 | 9.7 | 4.9 | 1,86 |
1994 | 816 | 11.407 | 8.052 | 3.355 | 14.0 | 9.9 | 4.1 | 1,79 |
1995 | 828 | 10.844 | 8.236 | 2.608 | 13.1 | 9.9 | 3.2 | 1,67 |
1996 | 840 | 10.293 | 8.199 | 2.094 | 12.2 | 9.8 | 2.5 | 1,56 |
1997 | 853 | 10.016 | 7.985 | 2.031 | 11.7 | 9.4 | 2.4 | 1,47 |
1998 | 866 | 9.997 | 8.201 | 1.796 | 11.5 | 9.5 | 2.1 | 1,44 |
1999 | 875 | 9.221 | 8.292 | 929 | 10.5 | 9.5 | 1.1 | 1.30 |
2000 | 883 | 9.207 | 8.792 | 415 | 10.4 | 10.0 | 0.5 | 1,26 |
2001 | 891 | 8.892 | 8.778 | 114 | 10.0 | 9.9 | 0.1 | 1,19 |
2002 | 897 | 9.119 | 8.954 | 165 | 10.2 | 10.0 | 0.2 | 1,20 |
2003 | 896 | 9.294 | 9.202 | 92 | 10.4 | 10.3 | 0.1 | 1,20 |
2004 | 889 | 9.414 | 8.695 | 719 | 10.6 | 9.8 | 0.8 | 1,22 |
2005 | 882 | 8.991 | 9.034 | - 43 | 10.2 | 10.2 | −0.0 | 1,13 |
2006 | 875 | 9.308 | 8.764 | 544 | 10.6 | 10.0 | 0.6 | 1,16 |
2007 | 870 | 11.397 | 8.441 | 2.956 | 13.1 | 9.7 | 3.4 | 1,41 |
2008 | 866 | 12.052 | 8.095 | 3.957 | 13.9 | 9.3 | 4.6 | 1,49 |
2009 | 863 | 12.143 | 8.406 | 3.737 | 14.1 | 9.7 | 4.3 | 1,62 |
2010 | 860 | 12.576 | 8.080 | 4.496 | 14.6 | 9.4 | 5.2 | 1,66 |
2011 | 860 | 12.848 | 8.136 | 4.712 | 14.9 | 9.4 | 5.5 | 1,70 |
2012 | 859 | 13.786 | 7.709 | 6.077 | 16.0 | 9.0 | 7.0 | 1,83 |
2013 | 859 | 13.365 | 7.712 | 5.653 | 15.6 | 9.0 | 6.6 | 1,80 |
2014 | 860 | 13.397 | 7.571 | 5.826 | 15.6 | 8.8 | 6.8 | 1,83 |
2015 | 861 | 12.627 | 7.582 | 5.045 | 14.6 | 8.8 | 5.8 | 1,75 |
2016 | 863 | 12.191 | 7.386 | 4.805 | 14.1 | 8.5 | 5.6 | 1,73(e) |
2017 | 865 | 11.092 | 7.391 | 3.701 | 12.8 | 8.5 | 4.3 | |
2018 | 867 | 10.786 | 6.778 | 4.008 | 12.4 | 7.8 | 4.6 |
Etnik qrup |
1926 siyahıyaalınması | 1939 siyahıyaalınması | 1959 siyahıyaalınması | 1970 siyahıyaalınması | 1979 siyahıyaalınması | 1989 siyahıyaalınması | 2002 siyahıyaalınması | 2010 siyahıyaalınması1 | ||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Sayı | % | Sayı | % | Sayı | % | Sayı | % | Sayı | % | Sayı | % | Sayı | % | Sayı | % | |
Kabardinlər | 122.237 | 54.2% | 152.237 | 42.4% | 190.284 | 45.3% | 264.675 | 45.0% | 303.604 | 45.5% | 364.494 | 48.2% | 498.7022 | 55.3% | 490.453 | 57.2% |
Balkarlar | 33.197 | 14.7% | 40.747 | 11.3% | 34.088 | 8.1% | 51.356 | 8.7% | 59.710 | 9.0% | 70.793 | 9.4% | 104.951 | 11.6% | 108.577 | 12.7% |
Ruslar | 32.622 | 14.5% | 129.067 | 35.9% | 162.586 | 38.7% | 218.595 | 37.2% | 234.137 | 35.1% | 240.750 | 31.9% | 226.620 | 25.1% | 193.155 | 22.5% |
Osetinlər | 3.839 | 1.7% | 4.608 | 1.3% | 6.442 | 1.5% | 9.167 | 1.6% | 9.710 | 1.5% | 9.996 | 1.3% | 9.845 | 1.1% | 9.129 | 1.1% |
Ukraynalılar | 24.723 | 11.0% | 11.142 | 3.1% | 8.400 | 2.0% | 10.620 | 1.8% | 12.139 | 1.8% | 12.826 | 1.7% | 7.592 | 0.8% | 4.800 | 0.6% |
Digərləri | 8.803 | 3.9% | 21.328 | 5.9% | 18.315 | 4.4% | 33.790 | 5.7% | 47.246 | 7.1% | 55.672 | 7.4% | 53.784 | 6.0% | 51.556 | 6.0% |
1 1926-cı ildəki siyahıyaalınması Kabarda-Balkariya MV və Terek rayonunun bir hissəsi olan bu əraziyə aiddir. Sonuncu ərazidə əsasən ruslar və [ukraynalılar] yaşayırdı.[3]
2 1989-cu il və 2010-cu il sayımının nəticələrinə nəzərən Kabardinlərin sayı 2002-ci ildə qeyri-adi çox görünür. 3 İdarə məlumat bazalarından qeydiyyatdan keçən 2626 nəfər etnik mənsubiyyətini elan edə bilmədi. Bu qrupdakı etnik qrupların nisbəti bəyan edilən qruplarla eyni olduğu təxmin edilir.[4] |
Qızıl Orda və Krım xanlıqlarının suverenliyi altında qaldıqdan sonra. XV əsrin sonlarında Krım xanlığı ilə birlikdə Osmanlılara birləşən Balkarlar 1827-ci ildə rusların suverenliyinə girdilər. 1917-ci il Oktyabr sosialist inqilabından sonra, Karaçaylarla birlikdə Şimali Qafqaz Müstəqil Respublikasında birləşdilər. 1921-ci ildə də Kabartay muxtar vilayətinə qoşuldular.
Balkarlar II Dünya müharibəsi zamanı faşist Almaniyası ilə əməkdaşlıq etdikləri üçün 1944-cü ildə Stalin tərəfindən sürgün edildilər. Bu sürgündən (bu soyqırım zamanı xalqın böyük bir qismi aclıq və səfalətdən ölmüş, bir qismi yurdlarına geri dönə bilməmişdir. 1957-ci ildə də Xruşşov Balkarlara haqqlarını geri qaytarmışdır) sonra balkarların da yaşadığı Kabardey-Balkar Muxtar Sovet Sosialist Respublikasının adından "Balkar" kəlməsi çıxarıldı. Bu bölgə 1957-ci ilə qədər Kabardin Muxtar Sovet Sosialist Respublikası olaraq adlandırıldı. Bu tarixdə balkarların dönməsinə icazə verildikdən sonra. bölgə yenidən köhnə adını aldı. Balkarlar Sovetlər İttifaqının dağılmasının ardından, eyni respublikada yaşadıqları Kabardeylərlə müxtəlif anlaşılmazlıqlar yaşadılar. Rusiya Federal Qanunlarına əsasən. parlamentdə əksəriyyətə sahib olan Kabardeylər yerli qanunlar çıxararaq. Balkar kəndlilərinin torpaqlarını əllərindən almağa çalışır, Balkarları sıxışdırır və bu səbəbdən də bölgədə gərginliklərin yaşanmasına səbəb olurlar. Kabardeylərin bucür davranışları Balkarları özlərinə müstəqil bir respublika qurmağa məcbur edir. Bununla belə, indiki vaxtda Balkarlar Kabardeylərlə birlikdə eyni respublika içində yaşayırlar.[5]
Kabardin-Balkariya inkişaf etmiş çox sahəli sənaye və yüksək intensivli kənd təsərrüfatı respublikasıdır. Sənayesi dağ-mədən əlvan metallurgiya, maşınqayırma və metal emalı, kimya, yüngül, yeyinti, tikinti materialları, ağac emalı sahələrindən ibarətdir. Əlvan metallurgiya sənayesi volfram-molibden filizi yataqları əsasında yaradılmışdır. Ən böyük müəssisə Tırnıauz dağ-metallurgiya kombinatı və Nalçik metalurgiya zavodudur. Maşınqayırma sənayesi elekrotexnika aparatları, dəzgahqayırma, cihazqayırma müəssisələrindən ibarətdir. Mərkəzləri Nalçik, Terek, Qroxladır və Maysk şəhərləridir. Kimya sənayesinin lak-boya və şin təmiri müəssisələri təşkil edir. Respublika kənd təsərrüfatının aparıcı sahələri taxılçılıq və heyvandarlıqdır. Əkin sahəsinin yarıdan çoxunda dənli bitkilər ən çox buğda və qarğıdalı beçərilir. Əkinçiliyin digər sahələrindən texniki bitkilər tərəvəz bostan bitkiləri, kartof və yem bitkiləri əkinləri üstünlük təşkil edir. Meyvəçiliyin və üzümçülüyün inkişafı üçün əlverişli şərait var. Heyvandarlığın əsas istiqaməti südlük və südlük-ətlikdir. Atçılıq, arıçılıq və baramaçılıq əhalinin qədimdən məşgul olduqları təsərrüfat sahələridir. Avtomobil nəqliyyatı, nəqliyyat növləri içərisində ən inkişaf etmiş sahəsidir. Dəmiryol nəqliyyatı inkişaf etməkdədir.