Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
İbrahim Peçevi (türk. İbrahim Peçevi; 1574[1][2][…], Peç – 1649[1][2][…], Buda) — Macar əsilli osmanlı tarixçisi. Macar mənbələrində Vakanüvis adı ilə tanınır. Boşnak əsilli olan anası soylu ailəyə mənsub olmuşdur. Peçevi 14 yaşı olarkən atasını itirmiş və qohumları tərəfindən Anadolu Bəylərbəyi Lala Mehmed Paşanın himayəsinə verilmişdir. Osmanlı imperiyası və Avstriya-Macarıstan imperiyaları arasında baş verən bir çox müharibədə iştirak etmiş İbrahim Peçevi həmin müharibələrdə baş verən hadisələrin qələmə alınmasında mühüm xidmətlər göstərmişdir.
İbrahim Peçevi | |
---|---|
Doğum tarixi | 1574[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1649[1][2][…] |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
1641-ci ildə dövlət işlərindən kənarlaşaraq həyatını şahid olduğu dövrün tarixini yazmağa həsr etmişdir. Peçevi tərəfindən yazılan əsərlərdə, xüsusi ilə 1520–1640-cı illərin tarixi hadisələri araşdırılmışdır. Peçevi ondan əvvəlki dövrün tarixini yazarkən istifadə etdiyi mənbələri açıq şəkildə göstərmiş və bir növ həmin mənbələrində itməsinin qarşısını almışdır.
İbrahim Peçevi eyni zamanda Avropalı tarixçilərin əsərlərinə istinad edən və öz əsərlərində qərb tarixçilərindən mənbə göstərən ilk tarixçi kimi tanınır. İki cildlik Târih-i Peçevî XVII əsr Osmanlı imperiyasının tarixinin öyrənilməsi üçün ən önəmli mənbələrdən hesab olunur.