İbrahim Qədimov

İbrahim Şulan oğlu Qədimov (5 avqust 1949, Naxçıvan) — Hüquqşünas.

İbrahim Şulan oğlu Qədimov
Doğum tarixi 5 avqust 1949(1949-08-05) (75 yaş)
Doğum yeri
İxtisası Hüquqşünas
Mükafatları

1980-cı ildə - "SSSRİ Dövlət sərhədlərinin keşiyində fərqlənməyə görə" Medalı
1988-cü ildə - "Qüsursuz xidmətə görə" Medalı

2007-ci ildə - "Qüsursuz ximətə görə" I dərəcə Medalı AR DİN

İbrahim Qədimov 1949-cu il avqustun 5-də Naxçıvan şəhərində anadan olmuşdur. Atası Şulan İbrahim oğlu Qədimov, anası Şükufə Bəhmən qızı Qədimova. (1908–1918-ci illərdə Naxçıvanda qəza rəisi olan İbrahim Bəy Qədimovun nəvəsidir).

Orta məktəbi bitirdikdən sonra, 1965–1970-ci illərdə "Araz"-Naxçıvan futbol komandasının müdafiəçisi olmuşdur. 1970-ci ildə "Neftçi" futbol komandasının oyunçusu olub.

1967–1972-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Bədən tərbiyyəsi institutunda təhsil alıb.
1972–1973-cü illərdə Sovet İttifaqı Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.
1975–1978 N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirib.
1980–1984 SSSR-i Daxil İşlər Nazirliyinin Milis Akademiyasında təhsil alıb.
1990–1995-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı seçilmişdir.
1974–2009-cu illərdə AR DİN-də müxtəlif vəzifələrdə xidmət etmişdir.
1989–1992-ci illərdə Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı olaraq, müxtəlif hadisələrdə iştirakına görə, 1999-cu ildən AR-nın müharibə veteranı hesab edilir.

1972–1973 Sovet ordusu (Raket diviziyası)

İş fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1974-cü ildən Daxili İşlər Orqanlarına qəbul edilmişdir
1974–1975 illərdə – Naxçıvan şəhəri, azyaşlılarla iş üzrə müfəttiş
1975–1976 illərdə – Naxçıvan şəhəri, sahə müvəkkili
1976–1979 illərdə — NMR DİN cinayət-axtarış şöbəsinin mühüm işlər üzrə baş əməliyyat müvəkkili
1979–1984 illərdə — NMR Naxçıvan şəhər milis idarəsinin rəisi
1984–1985 illərdə — Abşeron r-n Polis şöbəsində əməliyyat müvəkkili
1985–1988 illərdə — Yevlax r-n Polis şöbəsində cinayət-axtarış şöbəsinin rəisi
1988 il — Bakı şəhər polis idarəsində ölüm şöbəsində baş əməliyyat müvəkkili
1988 il – Culfa r-n polis şöbəsinin rəisi
1989–1991 illərdə — Naxçıvan şəhər polis şöbəsinin rəisi
1991–1997 illərdə — Bakı şəhəri Nəsimi r-n polis idarəsinin əməliyyat işləri üzləri müavin
1997–1998 illərdə — Nizami r-n 24-cü polis bölməsinin rəisi
1998–2000 illərdə — Nərimanov r-n 18-ci polis bölməsinin rəisi
2000–2009 illərdə — Əzizbəyov r-n polis idarəsində rəis müavini
2009 ildən – daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüddədir

• 1975-ci ildə — "Xidməti vəzifələrinin icrasına vicdanlı münasibətə görə" Fəxri fərman – ASSR DİN
• 1978-ci ildə — "Milis əlaçısı" ("Отличник милиции") Döş nişanı –Naxçıvan ASSRİ DIN
• 1980-ci ildə — "SSSRİ Dövlət sərhədlərinin keşiyində fərqlənməyə görə" Medalı
• "Sərhəd Qoşunlarının əlaçısı" I dərəcə Döş nişanı – SSSR-i DTK-i
• 1988-ci ildə — "Qüsursuz xidmətə görə" Medalı
• 1989-cu ildə — "İctimai asayişin qorunmasında fəal iştirakına görə" Fəxri fərman ASSR DİN
• 1990-cı ildə — "Xidmətdə fərqləndiyinə görə" ("За отличие в службе") Döş nişanı – SSSR-i DİN Dövlət Daxili İşlər İdaəsi
• 1991-ci ildə — "Xidməti borcun vicdanla yerinə yetirilməsinə və cinayətin açılması zamanı yüksək peşəkarlıq məharətinə görə" Fəxri fərman – AR DİN
• 2007-ci ildə — "Qüsursuz ximətə görə" I dərəcə Medalı AR DİN

İbrahim Qədimov ailəlidir, 2 övladı var. Oğlu – Qədimov Emil İbrahim oğlu (d.1971) – Bakı şəhər Prokurorloğunda Böyük prokuror. Qızı – Qədimova Şükufə İbrahim qızı (d.1976) – Bakı Dövlət Universitetinin dosenti, filologiya elmləri doktoru.