İbrahim Heydər oğlu Xəlilov — publisist, jurnalist, lüğətşünas.
İbrahim Xəlilov |
---|
1923-cü il may ayının 9-da Zəngibasar rayonunun Zəngilər kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirib İrəvan Azərbaycanlı kənd təsərrüfatı texnikumunda təhsilini davam etdirmişdir (1938-1942). İkinci dünya müharibəsində ön cəbhədə vuruşmuşdur. Döyüşlərdən birində ağır yaralanmışdır. Tərxis ediləndən sonra Zəngibasar rayonunun Zəngilər, Mehmandar və Dəmirçi kəndlərində müəllimlik etmişdir (1944-1950). Orada Şöllü-Zəngilər kənd kolxozuna sədr müavini, sonra sədri seçilmişdir (1950-1954). İ.Xəlilov təhsilini davam etdirərək 1959-cu ildə İrəvan Dövlət Pedaqoji İnstitutunun tarix-ədəbiyyat fakültəsini bitirmişdir. O, uzun illər Zəngibasar rayonunun Aşağı Necili, Zəngilər və Zəngibasar kənd orta məktəblərində direktor (1959-1970), İrəvan Pedaqoji Dövlət İnstitutunda müəllim (1970-1974) Zəngilər kənd sovxozunda direktor, Yuxarı Necili kənd məktəbində direktor, Zəngibasar rayon maarif şöbəsində metodist müəllim (1974-1988) olmuşdur.[1]