Zəngibasar rayonu

Zəngibasar rayonu, Masis rayonuQərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Zəngibasar mahalı ərazisində rayon. Mərkəzi Uluxanlı şəhəridir.

Rayon
Zəngibasar rayonu
İnzibati mərkəz Uluxanlı
Tarixi və coğrafiyası
Yaradılıb 31.12.1937
Ləğv edilib 11 aprel 1995
Əhalisi
Əhalisi 76 172[1] (1989) nəfər
Zəngibasar rayonu xəritədə

İlk dəfə 1937-ci il, dekabrın 31-də, ikinci dəfə isə 1969-cu il yanvarın 14-də yaradılıb. Rayon mərkəzi Uluxanlı (dəyişdirilmiş adı Masis) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 20 km-dir.[2]

Rayonun indiki ərazisi VII–XI əsrlərə qədər ərəb işğalı altında olmuşdur. XI əsrdən Səlcuq türklərinin, 1230-cu ildə monqol-tatarlarının tabeliyində olmuşdur. XVI əsrdən Çuxur Səd bəylərbəyliyinin, XVIII əsrdən XIX əsrin əvvəllərinə kimi İrəvan xanlığının tərkibinə, XlX əsrdən XX əsrin 20-ci illərinə qədər İrəvan quberniyasının İrəvan qəzasının tərkibinə daxil edilmişdir.[3]

Zəngibasar mahalı özünün Uluxanlı (sonradan Zəngibasar və Əzizbəyov adına məktəb) məktəbi ilə Azərbaycan tarixində mühüm yer tutur. 1887-ci ildə Cəlil Məmmədquluzadə bu məktəbdə işləmək üçün təyinat almış və uzun müddət burada çalışmışdır.

1937-i ilə qədər rayonun kəndləri əsasən Üçkilsə rayonu və Qəmərli rayonu arasında bölünmüşdür. 1937-ci il dekabrın 31-də Qəmərli rayonundan 18, Üçkilsə rayonundan isə 14 kənd ayrılaraq ümumi sahəsi 170 kv km olan Zəngibasar rayonu yaradılmışdır. Qədim Uluxanlı kəndi də adı dəyişdirilərək Zəngibasar rayonu adı ilə mərkəz elan edilmişdi.

Zəngibasar rayonunun kəndlərindən 21-də ancaq azərbaycanlılar, 6-da çoxu azərbaycanlılar olmaqla həm də ermənilər, 5 kənddə isə yalnız ermənilər yaşayırdılar. Vaxtilə Uluxanlıda 5, Zəngi, Şöllü, Qaraqışlaq, Mehmandar, Hacı Elləz kəndlərinin hər birində 2 məscid olub. Cəfərabad kəndində isə XIII əsrin yadıgarı olan günbəzli türbə olub. 1948–1951-ci illərdə Rəncbər kəndi istisna olmaqla bütün kəndlərinin azərbaycanlı əhalisi Azərbaycana köçürüldü. Lakin Stalinin ölümündən sonra azərbaycanlı əhali öz dədə-baba yurdlarına dönsə də artıq boş evlərdə məskunlaşan ermənilər yerli azərbaycan türklərini Elləz, Göykümbət, Arbat və digər kəndlərə buraxmırlar.

1988-ci ilə kimi azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Haçapara, Qaraqışlaq, Dəmirçi, Sarvanlar, Rəncbər, Donuzyeyən, Həbilkənd, Yuxarı Neçili, Aşağı Neçili, Rəhimabad, Mehmandar, Şöllü, Uluxanlı və s.

Rayon ərazisində yerləşən Qaraqoyunlular dövrünə aid Pir Hüseyin türbəsi

XIX əsrin əvvəllərində İrəvan xanlığı 15 mahaldan – Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçenis, Səədli, Talin, Seyidli-Axsaqqallı, Sərdarabad, Körpübasar, Abaran, DərəçiçəkGöyçə mahallarından ibarət idi. Xanlığın mərkəzini – İrəvan şəhərini 1804–1813-cü illərdə ruslar ələ keçirmək üçün iki dəfə cəhd göstərmişdilərsə də, buna nail olmamışdılar.

1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycanın Naxçıvanİrəvan xanlıqları ərazisində Erməni vilayəti təşkil edilmişdir. Cəmisi 25 min erməninin yaşadığı həmin ərazilərə İranTürkiyədən kütləvi surətdə ermənilər köçürülmüşdü ki, vilayətin etnik tərkibi ermənilərin say üstünlüyü ilə nəticələnsin və bununla da erməni vilayətinin inzibati-ərazi bölgüsü möhkəmləndirilsin.

Ermənilərin İranTürkiyədən indiki Ermənistan ərazisinə kütləvi surətdə köçürülməsi ilə paralel olaraq erməni vilayətinə daxil edilən İrəvan əyalətinin Qırxbulaq, Zəngibasar, Körpübasar, Vedi, Şərur, Sürməli, Dərəkənd-Parçanis, Saatlı (Səədli), Talin, Seyidli-Ağsaqqallı, Sərdarabad, Gərnibasar, Abaran, Dərəçiçək, Göyçə (bir hissəsi) mahallarının, Naxçıvan əyalətinin Əlincəçay, Məvazixatun, Xok, Naxçıvan, Dərələyəz mahallarının, Ordubad dairəsinin Ordubad, Əylis, Dəstə, Biləv və Çənnəp mahalları türklərinin əksəriyyəti əsasən Türkiyə və İrana köçməyə məcbur olmuşlar.

1930-cu illərdə Vedinin, Zəngibasarın, Qəmərlinin, Dərələyəzin, Ağbabanın və digər bölgələrin əlli mindən artıq türk əhalisi ailəliklə Qazaxıstan SSR-in çöllərinə sürgün edilmişdilər. Sərt iqlim və bərbad mənzil şəraitinə uyğunlaşa bilməyən əhalinin xeyli hissəsi tələf olmuşdu.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Yuxarı Çarbağ
Bulaqlı Həbilkənd
Həbilkənd Kalinin
Hacı Elləz Darakert
Şöllü Mehmandar 03.01.1935
Donuzyeyən Zəngilər 03.01.1935
Haçapara Zəhmət 03.01.1935
Xaraberd Nor Qyank 04.07.1938
Cəfərabad Arqavand 04.04.1946
Kəllərə Qukasavan 01.12.1949
Ağahəmzəli Marmaraşen 25.05.1967
Təzəkənd Ayntap 10.09.1970
Ağcaqışlaq Getapiya 25.01.1978
Aşağı Neçili Sayat-Nova 25.01.1978
Qaraqışlaq Dostluq 25.01.1978
Yengicə Norabats 25.01.1978
Yuxarı Neçili Nizami 25.01.1978
Mehmandar Hovtaşat 25.01.1978
Xarratlı Arevabuyr 25.01.1978
Şöllü Daştavan 25.01.1978
Zəngilər Zorak 1991-ci il
Sarvanlar Sis 1991-ci il
Dostluq Hayanist 1991-ci il
Dəmirçi Darpnik 1991-ci il
Zəhmət Xaçpar 1991-ci il
  1. Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı
  2. Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı
  3. Əziz Ələkbərli. "Qərbi Azərbaycan, 2-ci cild, Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları", Bakı, "Ağrıdağ", 2002
  4. Петрушевский И. П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XYI – начале XIX в., Ленинград, 1949
  5. Байбуртян В. А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969
  6. Тер-Мкртчян Л. Х., Армения под властью Надир шаха. Москва, 1963
  7. Езов Г. А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898
  8. Мамедов С. А., Азербайджан по источникам XV – первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852
  9. Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989
  10. Enikolopov İ. K., Qriboedov i Vostok, İrəvan 1954
  11. Qлинка Н. С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831
  12. Kemal Beydilli, 1828–1829. Osmanlı – Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T. T. K. konqresinde sunulan tebliğ, Ankara,1986
  13. Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976
  14. Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836
  15. Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885
  16. Величко В. Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С. Петербург, 1904
  17. "Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992
  18. Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992
  19. Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992
  20. Заварян С., Экономические условия Карабаха и голод 1906–1907 г., Перевод с армянского, С. Петербург, 1907
  21. Готлиб В. В., Тайная дипломатия во время первой мировой войны, М.1960
  22. Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989
  23. Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990
  24. Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920-ci illər, Bakı, 1993
  25. Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il.
  26. Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993
  27. Грибойедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.
  1. "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. Ermənistan Sovet Ensiklopediyası, VI c., İrəvan, 1980, s.269
  • Əziz Ələkbərli. "Qərbi Azərbaycan, 2-ci cild, Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları", Bakı, "Ağrıdağ", 2002

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]