İctimai ev (çex. Obecní dům) — Praqada (Çexiya) Respublika meydanında yerləşən bina.
İctimai ev | |
---|---|
50°05′15″ şm. e. 14°25′41″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Tikilmə tarixi | 1902 |
Üslubu | Modern memarlığı |
Rəsmi sayt |
obecnidum.cz obecnidum.cz/en/ |
Vikianbarda əlaqəli mediafayllar |
Bina XIV-XV əsrlərdə çex krallarının iqamətgahı kimi xidmət edən köhnə kral sarayının yerində tikilmişdir. 1383-cü ildən 1485-cü ilə qədər Boqemiya kralları mülkdə yaşayırdı. 1485-ci ildən sonra bina tərk edilir. 20-ci əsrin əvvəllərində isə bina sökülür. Binanın inşasına 1905-ci ildə başlanılır. Binanın tikintisi 1912-ci ildə tamamlanır. Uğursuz iki yarışdan sonra dizayn Osvald Polivka və Antonin Balşanekə verilir. Dizaynda görkəmli çex sənətçiləri iştirak etdilər: fasaddakı mozaika paneli Karel Spillar tərəfindən hazırlanmış, dekorun digər elementləri Ladislav Lavaloun, Yosef Marjatke, Karel Novak və başqalarına aiddir. Alfons Muxa, Yan Preysler, Maks Şabinski daxili rəngləmə üzərində işləmişlər. Binanın bütün dizaynı milli dirçəliş mövzusuna uyğundur. 1918-ci ildə yeni dövlətin ilk təmsilçi orqanı olan Çexoslovakiya Milli Komitəsi burada bir araya gəlir. 28 oktyabr 1918-ci ildə İctimai evdə Çexoslovakiyanın müstəqilliyi elan edilir. 13 noyabr 1918-ci ildə Çexoslovakiya Respublikasının Müvəqqəti Konstitusiyası burada qəbul edilir. 1989-cu ilin noyabrında Çexoslovakiya Kommunist Hökuməti ilə Vatslav Havelinin rəhbərlik etdiyi Vətəndaş Forumunun nümayəndələri arasında ilk danışıqlar burada baş tutur. Hal-hazırda İctimai ev əsasən konsertlərin keçirildiyi məkan kimi istifadə olunur. Əsas salonu çex bəstəkarı Bedrjix Smetananın adını daşıyır və Praqa Bahar Beynəlxalq Musiqi Festivalının əsas konsert məkanlarından biridir. Bu gün bina konsert salonu, bal salonu, vətəndaş binası olaraq istifadə olunmaqla yanaşı, kafe və restoranları əhatə edir. Binadakı otaqların çoxu ictimaiyyət üçün açıqdır və bələdçi turlarda təşkil olunur[1].
İctimai ev ətrafında yerləşən əhəmiyyətli binalar: