İdarəçilər

Vikipediyanın inzibatçı alətləri tez-tez bir süpürgəyə bənzədilir və bu da inzibatçılığın bəzən "süpürmək" kimi təsvir olunmasına səbəb olur. Real dünyadakı bir süpürgəçi də işlədiyi yerin hər otağının açarı ola biləcəyi kimi, inzibatçıların da müəyyən bir rola görə icazələri var. Ancaq digər istifadəçilərdən daha önəmli bir istifadəçi deyillər.

Qısa keçid-yönləndirmə
  • VP:İ

İnzibatçılar, adminlər, və ya sysop (sistem operatoru), keçmiş adı ilə idarəçilər — Azərbaycanca Vikipediyada müxtəlif texniki alətləri istifadə etmək hüququ olan redaktorlar. Bu alətlərə istifadəçiləri bloklamaq, tam mühafizə edilmiş səhifələri redaktə etmək, səhifələri mühafizə etmək və mühafizəni ləğv etmək, səhifələri silmək və bərpa etmək, səhifələrin adını heç bir texniki məhdudiyyət olmadan dəyişmək, səhifələrdə versiyaları gizlətmək aiddir.

İnzibatçılar müvafiq səsvermədən sonra könüllü olaraq bu məsuliyyəti öz üzərlərinə götürürlər. Vikimedia Fondunun işçisi kimi fəaliyyət göstərmirlər. Müvafiq funksiyalar qeyri-müəyyən müddətə verilsə də, istifadəçi öz iradəsi ilə və ya Meta-da qüvvədə olan qlobal siyasətə uyğun olaraq 2 ildən artıq müddətdə töhfə vermədikdə, inzibatçı hüququ ləğv edilə bilər. Onlardan heç vaxt alətlərindən istifadə etmələri tələb olunmur və iştirak etdikləri mübahisədə üstünlük qazanmaq üçün istifadə etməməlidirlər. İnzibatçı Vikimedia sistem administratorları ("sysadmins") ilə qarışdırılmamalıdır.

Azərbaycanca Vikipediyada hal-hazırda 15 inzibatçı var (inzibatçı hüququ olan istifadəçilərin tam siyahısı).

İnzibatçıların siyahısı[mənbəni redaktə et]

Qrafik[mənbəni redaktə et]


İnzibatçı statusunun verilməsi ilə bağlı səsvermələr[mənbəni redaktə et]

Qraf (müzakirə  • töhfələr) idarəçi statusunun verilməsi ilə bağlı səsvermə[mənbəni redaktə et]

Səsvermə 14 oktyabr 2023-ci il – 29 oktyabr 2023-ci il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 29 oktyabr 2023 il saat 23:59-də səsvermə dayandırılır)


Salam Dəyərli İcma. bu müzakirəyə əsasən öz namizədliyimi irəli sürürəm. Azvikipediyada 2-ilə yaxın fəaliyyətim zamanı hər hansısa qayda pozuntusuna yol verməmişəm gündəlik aktiv fəaliyyətim var. İnzibatçı seçildiyim təqdirdə aşağıda qeyd etdiyim işlər üzərində aktiv fəaliyyət göstərəcəyəm.

  1. Vandalizmlə mübarizə aparmaq.
  2. Müzakirələrdə aktiv iştirak və neytral mövqe göstərərək yekunlaşdırmaq.
  3. Ana Səhifədə mütəmadi dəyişikliklər aparmaq.
  4. Müzakirələrdə Nəzakət Qaydalarına riayət olunmasını təmin etmək.
  5. İstifadəçi hüquqları üçün müraciətlərə nəzər yetirərək dəyərləndirmək.

Qeyd etdiyim işlərin öhdəsindən gələcəyimə əminəm. -- Hörmətlə:☞QRAF☜   (✉ → ♕) 11:39, 14 oktyabr 2023 (UTC)Cavabla[cavabla]

Dəstək Dəstək[mənbəni redaktə et]

  1. + Lehinə: son müzakirdən sonra görüldüyü kimi aktiv inzibatçılara ehtiyac var. Qraf məncə bu işin öhdəsindən gələcək nadir istifadəçilərdəndir. Heç bir qarşı səbəb yoxdur ki, onun bu hüquqdan istifadəsinə mane olsun. Uğurlar arzulayıram. — Khidirzada (müzakirə) 11:52, 14 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
  2. + Lehinə: Son müzakirədə də qeyd etmişdim ki, yeni inzibatçılara ehtiyac var. Çox inzibatçının olmağı həm də inzibatçılar arasında fərqli fikirlərin olmasına gətirib çıxaracaq. Uğurlar. Eminn (müzakirə) 20:04, 14 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
  3. + Lehinə: istifadəçinin yaxşı fəaliyyəti var, ilk müraciətdində əleyhinə olmuşdum. İstifadəçi səbirlə fəaliyyətinə davam etdirib yenidən müraciət edib. Qarşı olmaq üçün bir əsas görmədim. Uğurlar arzulayıram. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 23:16, 14 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
  4. + Lehinə: İstifadəçi fəaliyyətindən razıyam fikrimcə yuxarıda qeydlərin öhdəsindən gələcəyini düşünürəm - Sahil ;)   (müzakirə) 19:58, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
  5. + Lehinə: 16.000 redaktəsi və 2 ilə yaxın təcrübəsi olan istifadəçi inzibatçı ola bilməyəndən sonra icma kimi inzibatçı kimi seçməlidir ? Aşağıda yazılan müzakirələrdən belə başa düşürəm ki, namizədin özünə dəxlisi olmayan istifadəçilərin yazmış olduğu şərhlər namizədin mümkün seçilmə şanslarını 0-a endirib. Təəssüf edirəm sadəcə olaraq.— Baskervill ☼ - De Gəlsin ! 22:11, 17 oktyabr 2023 (UTC)Cavabla[cavabla]

Qarşı Qarşı[mənbəni redaktə et]

  1. − Əleyhinə: fikrim dəyişə bilər. Atakhanli (müzakirə) 11:40, 14 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
  2. − Əleyhinə: İstifadəçinin inzibatçı olmasına hələ tezdir. Nə zamansa fəaliyyətini artırsa, əsas da neytral mövqe sərgiləsə yaxşı olardı. Bu arada indidən qeyd edim. Bu səsvermədə səs ovçuluğu olma ehtimalı var :d Grenzsoldat 11:52, 14 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
  3. − Əleyhinə: Tezdir məncə.— samral müzakirə 15:18, 14 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
  4. − Əleyhinə: İstifadəçinin təcrübəsiz olduğu çox sahə var. Həm də xoşuma gəlməyən bəzi faktlar var. Məsələn, son səsvermədə Khidirzada və Cavadxan1984 istifadəçilərini şəxsən tanımadığı kimi davranması, tez-tez açıq-aşkar ensiklopedik olmayan məqalələrin ensiklopedikliyini dəstəkləməsi, süni redaktə sayı artımı kimi faktlar. Yadıma gəlir ki, istifadəçinin üzv olduğu təşkilatla əlaqəsi olan bir haker öz məqaləsini yaratmışdı və təbii ki, məqalə silinmişdi (təşkilatla əlaqəsini hakerin Facebookdakı profilindən görmüşdüm). Amma Qraf məqaləni dərhal BNS-ə təqdim etmişdi. Təbii ki, burada heç bir qayda pozuntusu yoxdur, sadəcə olaraq açıq-aşkar ensiklopedik olmayan məqaləni kimsə xahiş edir deyə bərpa elətdirmək inzibatçıda olmamalı olan bir şeydir. Süni redaktə sayı artımı da heç xoş deyil. Orta ölçüdə olan Trevor Filips məqaləsinin 123 redaktə ilə yaradılması mənə anormal gəlir. Heç statuslu məqalələrə çox vaxt bu qədər redaktə sərf olunmur. Murasaki Şikibu məqaləsini 66 redaktə ilə YM etmişdim. Son yüklədiyi fayllarda da böyük problemlər var. Yüklədiyi faylların heç birində lisenziya yoxdur. Öyrənməli olan çox şey var. Düşünürəm ki, EldaradoEminn istifadəçinin fəaliyyətini diqqətlə təftiş etməyiblər, razıyam ki, bizə yeni inzibatçılar lazımdır, amma bu, ona əsas vermir ki, lisenziya məsələsindən xəbəri olmayan bir istifadəçiyə inzibatçı statusunun verilməsi üçün səs verim. Hörmətlə,— Şiroi Akuma 00:14, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
  5. − Əleyhinə: Yuxarıda yazılanlarla tam razıyam. Onu da əlavə edim ki, son iki inzibatcı arası münaqişəyə də şəxsin SNS səhifəsində olduğu məqalə səbəb oldu. Əlbəttə inzibatcılar arası münasibətlər gərgin idi, lakin heç bir ensiklopediklik əhəmiyyəti olmayan məqalə ətrafında müzakirələr daha da məsələni dərinləşdirdi və bloka gətirib çıxardı. İnzibatçılığa namizəd hələ də Vikipediyada ensiklopedik əhəmiyyətli şəxsləri aydınlaşdıra bilmir. Son SNS -də olan və silinən şəxsin ensiklopedikliyi olmasa da, və məqalə silinsə də, müzakirələrdə onu yenidən bərpaya namizəd edəcəyini bildirir. Halbuki məqalədə yalan məlumatlar vardı. Məqalədə şəxsin ensiklopedikliyini göstərmək üçün elmlər doktoru yazmışdı, amma şəxs fəlsəfə doktoru idi. İstinad vuran zaman fəlsəfə doktoru gəlirdi. İnzibatçı olmağa namizəd şəxs belə şeylər etməməlidir. Zamanla bu cəhətləri düzəltsə namizəd ola bilər. Hələki fikrimcə hazır deyil. — Tarixi Nadir (müzakirə) 05:19, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
  6. − Əleyhinə: İstifadəçinin fəaliyyətində ciddi bir problemlərə rastlamamışam. Patrul fəaliyyətini daha çox bəyənirəm. Demək olar ki hər gün patrul fəaliyyəti olur. Amma artıq hiss olunur ki, inzibatçılığa sadəcə status üçün önəmlidir. İstifadəçinin inzibatçı seçildiyi təqdirdə vəd etdiyi 5 fəaliyyətdən 2-ni inzibatçı olmasa da edə bilər. SNS-dən başqa digər müzakirələrin yekunlaşdırılması, Ana səhifənin tənzimlənməsi və istifadəçi hüquqlarına müraciətlərin nəzarətində isə ciddi bir ləngimə müşahidə etmirəm. Fəaliyyətinə olduğu kimi davam edərsə, gələcəkdə bizə məhz Qraf kimi inzibatçı lazım olacaq. Amma hazırda vikipediya işini tam mənimsəmədiyini və həmişə neytral olmadığını düşünürəm.— Patriot (müzakirə) 10:23, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
  7. − Əleyhinə: Yuxarıdakı fikirlərə qatılıram. Nemoralis (müzakirə) 13:25, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
  8. − Əleyhinə: Qrafın fəaliyyətindən narazılığım yoxdur. Ancaq inzibatçılıq üçün tez olduğunu düşünürəm. Və onu da əlavə olaraq qeyd edim ki, bu qədər şərhlərdən adam şübhəyə də düşür ki, ortada məqsədli nəsə var. — Araz Yaquboglu (müzakirə) 09:48, 17 oktyabr 2023 (UTC)Cavabla[cavabla]

Neytral Bitərəf[mənbəni redaktə et]

  1.  Bitərəf: O müzakirənin hara gələcəyi bəlli idi. Grenzsoldat ilə həmfikirəm.— Bikar müzakirə 10:36, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]

Şərhlər[mənbəni redaktə et]

Grenzsoldat VP:İM- da olan son müzakirəni görmədiniz deyəsən. Mən elə düşünürəm ki, bizlər AzVikinin inkşafı istiqamətinə daha çox fokuslanmalıyıq. Və AzVikidə inzibatçılar sarıdan olan boşluğu doğru şəkildə doldurmalıyıq. — Khidirzada (müzakirə) 11:54, 14 oktyabr 2023 (UTC)Cavabla[cavabla]

Görmüşəm. Grenzsoldat 12:12, 14 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
Vikipediya:İnzibatçıların və bürokratların seçilməsi qaydalarına əsasən inzibatçının namizədliyində hər hansı problem yoxdur. Orda müddət kimi minimum 1 il qeyd olunub, ona görə "hələ tezdir, 2-3 ildən sonra namizəd olsun" arqumentlərini düzgün hesab etmirəm. Əgər elə fikirləşiriksə, onda həmin qaydalara 2 il yazıb qeyd edək. Eminn (müzakirə) 20:06, 14 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
@Eminn, "tezdir" sözünü əsasən sonradan @White Demonun da qeyd etdiyi məqamları nəzərdə tutub yazmışdım. Sağolsun White Demon məndən sonra ətraflı qeyd etdi. samral müzakirə 00:50, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
Dəyərli Həmkar @White Demon Fəaliyyətimdə əsas yeri Süni redaktə sayı artırmaq deyil keyfiyyətli məqalə yaratmaq tutur. Bir neçə dəfə müşahidə etmişəm təşkillat linkini atıb bununla tanışlıq var o xahiş edir. Təşkilatda heç sayını bilmədiyim qədər heyyət var. Bu iradınızı nəzərə alaram növbəti dəfə BNS-a məqalə təqdim edərkən araşdırma aparacağam ki təşkiltda belə bir şəxs var yoxsa yox. Lisenziyasız fotolardan xəbərdaram bir çox oyun personajları haqqında yaratdığım məqalələrin fotolarında lisenziya yoxdur. Maraqlı qalan odur ki lisenziyasız fotoları görüb nə üçün xəbərdarlıq edərək silməmisiniz? -- ☞QRAF☜   (✉ → ♕) 00:51, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]

Vətən müharibəsi qazisi kimi milli mənəvi dəyərlərdə olan ensiklopedik məqalələrin işlənməsində Qraf bəy icmaya lazımdır. Həmçinin savaş meydanında verdiyi haqlı mübarizəni informasiya sahəsində davam etdirdiyi üçün dəstək olmaq vacibdir. İnzibatçı sarıdan olan boşluq hamımıza aydındır. VP:İM-da bu barədədə müzakirədə aparılır. Qraf bəyin, ciddi fəaliyyətidə ortadadır. AzViki üçün çox töhfə verə bilər. Bu qədər arqumentə rəğməm əleyhinə səs verilirsə düşünürəm ki, burada şəxsi maraqlar və prinsiblər xatirinə haqsızlıq edirlir. Sadəcə vicadanı olan obyektiv istifadəçilər bunu etməz etsələr belə bu andan sonra məncə qərarını yenidən dəyərləndirər. — Khidirzada (müzakirə) 15:30, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]

Milli-mənəvi dəyərləri işləmək üçün inzibatçı statusu lazım deyil. Bəyəm bu status olmadan o məqalələri yazmaq olmur? Xeyr, burda heç kim heç kimə müharibədə iştirak edib deyə dəstək olmaq məcburiyyətində deyil. Sizə tövsiyə edirəm ki mənəvi dəyərləri istismar etməyəsiniz. Qraf haqqında onu deyə bilərəm ki istifadəçinin sadəcə patrul olaraq fəaliyyəti yox dərəcəsindədir. Son günlər aktivlik göstərib onun da ki səbəbi bəllidir. Nemoralis (müzakirə) 15:41, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
@Nemoralis bəy, burada istismardan söz belə gedə bilməz. Siz niyə yozursunuz? Müzakirdə Qraf bəy üçün açılmayıb. Müzakirə zamanı çox boşluqlar olduğu mən yox əksəriyyət tərəfindən deyildi. İndi Qədir bəyin inzibatçı olması niyə narahat edir sizi? Başa düşə bilmirəm şəxsi qərəzinizin səbəbi tam olaraq nədir? — Khidirzada (müzakirə) 16:02, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
Əleyhinə səs verirəmsə bu o demək deyil ki istifadəçiyə qarşı qərəzim var. Toghrul R-nin bürokrat səsverməsində də əleyhinə səs vermişdim, indi bu o deməkdir ki ona qarşı qərəzim var? İstifadəçiyə əleyhinə səs verməyimin səbəblərindən birini qeyd etmişəm axırıncı cümləmdə. Mənə maraqlı olan məqam odur ki istifadəçi heç özünü bu qədər müdafiə etmir. Siz ondan qabağa düşmüsünüz, yazılan hər rəyə cavab verirsiniz. Nemoralis (müzakirə) 17:23, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
@Nemoralis bəy, Toghrul R bəyin məsələyə nə adiyyatı var. Bürokrat sayı orada deyilirdi ki, yetərlidir. Amma hal-hazırda inzibatçı sayı çox istifadəçinin fikirincə yetərli deyil. Və AzViki üçün önəmli məsələdir. Düşünürəm ki, burada başqası namizəd olsaydı və eyni təcrübədə biri bu qədər üstünə düşülməzdi. Onuda qeyd edim ki, hansı müzakirədə iştirak edib etməyəcəyim mənim öz hür iradəmdən asılıdır və heç kəsin bunu müzakirə mövzusu etməyə haqqı yoxdur. — Khidirzada (müzakirə) 17:31, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
Milli-mənəvi dəyərlər mövzusunda məqalə yaratmaq üçün nə qazi olmaq lazımdır, nə də idarəçi olmaq. Misal üçün mən 8 ildir töhfə verirəm. Qarabağ münaqişəsi mövzusu olsun, idman mövzusu olsun, siyasi mövzu olsun. Çox sahə üzrə məqalələrdə çalışmışam. Durub bir dəfə də deməmişəm "baxın ha, mən milli-mənəvi dəyərlər mövzusunda töhfə verirəm", nə bilim "informasiya sahəsində davam etdirdiyi mübarizə" və s. Sizin İM-də açdığınız başlığın sonunda belə səsvermənin olacağını zatən bilirdim. Uğurlar :d Grenzsoldat 15:48, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
@Grenzsoldat sizə təssüff ki, deməliyəm. 6-cı hissləriniz qüvvətli deyilmiş. Elə bir fikrimiz yox idi. Sadəcə AzVikiyə töhfə vermək üçün açılmış başlıq idi. Və əksəriyyətin rəyi əsasına müzakirdən çıxan nəticə kimi namizədlik verilib. Amma burada namizəd Qədir bəy olduğu üçün orada deyilənlərdən çox şəxsi qərəz üstün gəldi. — Khidirzada (müzakirə) 16:07, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
Yaxşı. Grenzsoldat 16:12, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
@Grenzsoldat yaxşı gününüz olsun əziz həmkarım ;) — Khidirzada (müzakirə) 16:31, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
@Khidirzada, istifadəçinin müharibə iştirakçısı olduğunu burda xüsusən qeyd etməyiniz doğru deyil. Milli mənəvi dəyərləri ön plana çəkib digər istifadəçilərə təzyiq edirsiniz. "Sadəcə vicadanı olan obyektiv istifadəçilər bunu etməz etsələr belə bu andan sonra məncə qərarını yenidən dəyərləndirər." bu ifadənizə aydınlıq gətirməyinizi xahiş edirəm. Səsvermədəki mövqenin vicdanla nə bağlılığı var? Dolayı yolla əleyhinə səs verənləri vicdansız adlandırırsınız. Bu, qətiyyən yolverilməzdir. Eminn (müzakirə) 16:22, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
@Eminn bəy, vicdansız adlandırmıram əsla. Amma siz özünüzdə görürsünüz ki, VP:İM da inzibatçıların sayının və fəalliyətinin artırılması istiqamətində danışıqlar gedir. Amma sırf Qraf olduğu üçün qərəzli səs vermə aparılır. Onun üçün deyirəm ki, vicdan və ədalət məsləsidir. — Khidirzada (müzakirə) 16:25, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
Söhbət hansı qərəzdən gedir? Yuxarıda konkret səbəblər qeyd etmişəm ki, bizə neytral, müzakirələrdə həqiqətləri danışan, qaydalarla tanış olan istifadəçilərin inzibatçı olmağı lazımdır. Yalandan inzibatçı seçməyə nə gərək var. Şiroi Akuma 17:20, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
@White Demon kimə və nəyə görə həqiqətlər? Və hansı prizmadan neytral? Bunlar təbii ki, sizin fikirlərinizdir. Hörmətlə yanaşıram. — Khidirzada (müzakirə) 17:24, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
İstifadəçiyə deyirəm ki, TAİB-in üzvü olan və ya olmuş olan İlkin Cavadov məqaləsi silinəndən bir-iki gün sonra onu BNS-ə təqdim edib, istifadəçi özünü elə göstərir ki, guya onu tanımır. İstifadəçiləri belə sadəlövh hesab etmək olmaz axı. Burada heç kimi aldatmaq lazım deyil, inzibatçı dürüst olmalıdır. Şiroi Akuma 18:07, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
@White Demon bns-yə vermək qəbahətdir bəyəm? İcmanın fikirini bilmək istəyə bilməz? Və onun istifadəçi səhifəsində belə bir məlumat yoxdursa və ya qarşı tərəf bəlkə bilinməsini istəmirsə bu yalan yox şəxsi seçim olur. Belə bir şəxsi məlumatın ifşalanması isə VP:N- ya görə heç də doğru deyil. — Khidirzada (müzakirə) 18:45, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
Bir var ki, məqaləni həqiqətən ensiklopedik hesab edib BNS-ə təqdim etmək, bir də var ki, kimsə xahiş edib deyə BNS-ə təqdim etmək. Bizə müstəqil qərar verən inzibatçılar lazımdır. Bu bir. İkincisi isə "bu yalan yox şəxsi seçim olur" məsələsi sadəcə olaraq gülüncdür. Deməli mən burada istədiyim yalanı deyib deyə bilərəm ki, şəxsi seçimimdir? Fikirlərinizdə qalmaq sizin seçiminizdir, amma bir daha vurğulayıram ki, məni narahat edən bu hallar aradan qaldırılmadığı müddətcə, istifadəçilərə qarşı dürüst açıqlamalar edilmədiyi müddətcə bundan sonrakı istənilən inzibatçı seçkisində istifadəçiyə lehinə səs verməyəcəm. Bu halların üstündə israrla qalmaq yox, onları aradan qaldırmaq lazımdır. Şiroi Akuma 18:57, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
@White Demon Siz öz haqlı prizmanızdan yanışırsınız amma hadisəyə obyektiv və viki qaydalara uyğun yanaşmaq daha peşəkarcasına olardı. Qraf bəyi yalan danışmaqla ittiham edirsiniz və onun şəxsi özünün demək ki, bilinməsini istəmədiyi məlumatla çıxış edirsiniz. — Khidirzada (müzakirə) 19:08, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
Çox maraqlıdır. Həm deyirsiz ki, Qraf həmin şəxsi tanımır, həm də deyirsiz ki, yayılmasını istəmədiyi məlumatla çıxış edirsiz. Şiroi Akuma 19:11, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
@White Demon harda yazmışam ki, tanımır və ya tanıyır? — Khidirzada (müzakirə) 19:13, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
@White Demon qərəz bax budur əziz həmkarım. Qaralamaq xatirinə əsası olmadan qaydaları pozmaq belə olsa hücum etmək və ittiham etmək. Şəxsi məlumaları VP:N- i nəzərə almadan açıb tökmək. İstifadəçiyi yalançı adlandırıb aşağılımaq. Deyilməyən sözü demiş kimi yazıb haqq qazanmağa çalışmaq. Qərəz budur. Amma anlamadığım şey bu nəyin qərəzi və kindir? Təssüf edirəm ki, obyektiv ola bilməyən idarəçimiz idarəçi seçkisində qarşı tərəfi haqsız çıxarmağa çalışır. AzViki bu gedişatla inanmıram ki, inkişaf edə:((( — Khidirzada (müzakirə) 19:31, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
@Khidirzada, "Sadəcə vicadanı olan obyektiv istifadəçilər bunu etməz etsələr belə bu andan sonra məncə qərarını yenidən dəyərləndirər." onda zəhmət olmasa, bu ifadənizlə nə demək istədiyinizi ətraflı şəkildə bildirin. "Vicdanı olan obyektiv istifadəçilər" bu nə deməkdir? Kiminsə sizinlə razılaşmaması onun qərəzli olmağı deməkdir? Kifayət qədər qarşı arqumentlər var, arqumentlərə cavab vermək əvəzinə vicdan və milli dəyərlər mövzusuna çəkirsiniz məsələni. Eminn (müzakirə) 16:32, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
@Eminn bəy, sizin dediyiniz kimi bir məqsədim yoxdur. Əgər yanlış anlaşılma və ya icmaya qarşı uyğunsuz ifadə kimi düşünülürsə üzürlü sayın. Yəqin ki, yuxarıda nə demək istədiyimi izah edə bildim. — Khidirzada (müzakirə) 16:34, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
  • Khidirzada bəy Xaiş edirəm bu bölmə ilə tanış olun. Vikipediya:Vikipediya nə deyil?. Vikipediyada fəaliyyətinizi bununla uzlaşdırın. Bu səsvermədə heç bir qərəz yoxdur. Şəxsə qarşıda heç bir qərəzli münasibət yoxdur. Belə dramatik şərhlərlə vəziyyəti gərginləşdirməyin. İnzibatçı seçilməmək dünyanın axırı deyil. — Tarixi Nadir (müzakirə) 17:02, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
    @En Merker tanışam oxumuşam. Çox sağolun diqqətiniz üçün təşəkkür edirəm! — Khidirzada (müzakirə) 17:14, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
  • @Khidirzada, inzibatçılara müraciət səhifəsindəki müraciətinizdə də heç bir statistikaya söykənmədən 5 inzibatçının adını qeyd etmişdiniz. İndi də əsassız şəkildə bir qrup istifadəçini ittiham edirsiniz. Yanlış anlaşılma deyil, məncə, siz qarşı çıxanları "vicdansız" adlandırmısınız. Mənə hələ də belə görünür. Eminn (müzakirə) 17:07, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
    @Emin bəy, blok etmək üçün arqumentdirsə mən etiraz etmirəm. Blok edə bilərsiniz. Təşəkkür edirəm. — Khidirzada (müzakirə) 17:12, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
  • @Khidirzada, blok etməmək üçün yazılan iraddır. Blok etmək blok etməməkdən daha asandır. Blok etmək həll yolu deyil. Eminn (müzakirə) 17:14, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
    @Eminn bəy, anlayışınız üçün çox sağolun. Çalışaram yanlış anlaşılmaya səbəb verəcək tərzdə üslub seçməyim. — Khidirzada (müzakirə) 17:17, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
    @White Demon məni nə üçün yalançı adlandıraraq aşağılayırsınız? Əlinizdə bir neçə link muvcudur ki orada qeyd olunanlar barədə öz istifadəçi səhifəmdə heç bir məlumat yerləşdirməmişəm bu yanlış adımdır siz mənim şəxsi fəaliyyətim barədə məlumatları Vikipediyaya sızdıraraq qaydaları kobut şəkildə pozursunuz mən hal hazırda özümü aşağılanmış hiss edirəm icmanın qarşısında məni yalançı adlandırırsınız? Burada müzakirə mövzusu mənim istifadəçi səhifəmdə olan məlumatlar əsasında ola bilər. BNS-ə gəldikdə isə elə bir qayda yoxdur ki SNS-də silinən məqaləni BNS-ə təqdim etmək olmaz. Siz bu ittihamlarınız ilə mənim fəaliyyətimin daha da zəifləməsinə həmçinin həvəsdən düşməyimə yol açır. -- Hörmətlə: ☞QRAF☜   (✉ → ♕) 19:47, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
    Hansı şəxsi məlumatınızı sızdırmışam? Şiroi Akuma 20:02, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
    @White Demon Təcrübəli inzibatcı olaraq bu qədər qaydaları pozub hələdə bilmirsiniz söhbət nədən gedir? Eyni şeyləri mənə yenidən yazdırıb nədən yayınmaq istəyirsiniz anlamıram? @Sortilegus tərəfsiz inzibatcı kimi Sizin fikirinizə ehtiyacım var. --Hörmətlə: ☞QRAF☜   (✉ → ♕) 20:14, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
    Həqiqətən nə yazacağımı bilmirəm. Kimsənin şəxsin xahişi ilə məqaləni BNS-ə vermisiz, o qalsın bir qırağa, üzümə yazırsız ki, xeyr, həmin şəxsi tanımıram. İndi isə söhbətdən yayınmaq üçün yazırsız ki, şəxsi məlumatımı yazmısız. Hansı şəxsi məlumat? Sizin səhifənizdə açıqlanmayan nömrənizi, ünvanınızı, iş yerinizi açıqlamışam burada? Onsuz da çox istifadəçi bəhs etdiyim vəziyyətdən xəbərdardır, baxmayın ki, sadəcə mən yazıram. Başqa bir əlavə şərh yazmayacam, onsuz da inzibatçılığa layiq olub-olmadığınızı mən yox, vikicəmiyyət sonda qərar verəcək. Amma bu cür mövqe sərgilədiyiniz müddətdə inzibatçı seçilmək şansınızın çox çox aşağı olduğunu düşünürəm. Gələcək fəaliyyətinizdə uğurlar. Şiroi Akuma 20:30, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
    @White Demon Necə yəni şəxsi məlumatlar deyil. Mənim kiminlə hansı səviyyədə münasibətimin olması şəxsi deyilmi? Əlavə olaraq Siz onu məndən Vikipediya vasitəsi ilə soruşmusunuz burada isə hərkəs görə bilər. Mən kiminlə hansı səviyyədə münasibətimin olduğunu niyə public bir yerdə bilinməsini istəyim?! Əlavə olaraqda həmin adamın mənim vasitəmlə sifariş kimi BNS verdirməsi məsələsinə gəldikdə isə mənim haqqım var ki, icamının fikrini öyrənim. Və məndə elə etdim BNS-yə verərək icma ilə müzakirə çərçivəsində qərarın qəbul olunmasını istədim bu mənim və hərkəsin haqqıdır. O ki, qaldı mənim seçilib ya seçilməməyim burada ondan söhbət getmir. Hazırda sizinlə sizin pozduğunuz qaydalardan danışırıq. -- ☞QRAF☜   (✉ → ♕) 20:38, 15 oktyabr 2023 (UTC)Cavabla[cavabla]
    @White Demon yuxarıda, vermiş olduğunuz qarşı səsin qarşısında göstərdiyiniz Murasaki Şikibu məqaləsini anlamadım. Söhbət burada namizədin inzibatçı seçilə bilməsindən gedir, siz isə öz məqalənizi necə redaktəyə yaratmağınızdan danışmısınız. Şəxsən məndə, bəzən 1-1 redaktələri yadda saxlamağı sevirəm və hesab edirəm ki, bu addım istifadəçinin namizəd seçilməsi üçün əngəl bir fəaliyyət kimi dəyərləndirilməməlidir.— Baskervill ☼ - De Gəlsin ! 22:14, 17 oktyabr 2023 (UTC)Cavabla[cavabla]

Yekunlaşdırma[mənbəni redaktə et]

Yekun nəticə:

  • Səs verənlər —
    • Etibarsız səs sayı —
    • Etibarlı səs sayı —
      • Lehinə —
      • Əleyhinə —
      • Bitərəf —

İnzibatçı statusunun alınması ilə bağlı səsvermələr[mənbəni redaktə et]

Hazırda aktiv səsvermə yoxdur.

Həmçinin bax[mənbəni redaktə et]

Xarici keçidlər[mənbəni redaktə et]