İdman Arbitraj Məhkəməsi (ing. Court of Arbitration for Sport, CAS, fr. Tribunal arbitral du sport, TAS) — idman hüququ ilə bağlı mübahisələri həll etmək üçün yaradılan beynəlxalq məhkəmə.
İdman arbitraj məhkəməsi | |
---|---|
Court of Arbitration for Sport | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yeri | |
Yaranma tarixi | 1984 |
tas-cas.org | |
Vikianbarda əlaqəli mediafayllar |
1981-ci ildə o zaman ki, Beynəlxalq Olimpiya Komitəsi rəhbəri olmuş Xuan Antonio Samaranç idmanda yaranan mübahisələri həll edəcək ayrıca bir məhkəmənin yaranması fikri ilə ilk dəfə çıxış etmişdir.[1]
İdman Arbitraj Məhkəməsinin Statusu və Nizamnaməsi 30 iyun 1984-cü il tarixində qüvvəyə minmiş və eyni tarixdən də fəaliyyətə başlamışdır. İdman Arbitraj Məhkəməsinin rəhbəri hakim Keba Mbaye və baş katibi Gilbert Schwaar olmuşdur. İdman Arbitraj Məhkəməsinə ilk müraciət 1986-cı ildə olmuşdur və ilk qərar isə 1987-ci ildə qəbul edilmişdir. İdman Arbitraj məhkəməsinin səlahiyyətlərini qəbul edən ilk beynəlxalq idman federasiyası isə Beynəlxalq Atçılıq Federasiyası olmuşdur. 22 iyun 1994-cü il tarixində Beynəlxalq İdman Arbitraj Məhkəməsinin yaradılması haqqında Paris Müqaviləsi imzalanmışdır. Yaradılan bu idarəetmə forması ilə Beynəlxalq Olimpiya Komitəsinin İdman Arbitraj Məhkəməsi üzərindəki nəzarəti aradan qaldırılmışdır.[2]
1994-cü ildə İdman Arbitraj Məhkəməsinin önəmli dəyişikliklərini tənzimləyən və Beynəlxalq İdman Arbitraj Məhkəməsinin qurulmasını və iki Arbitraj Dairəsini — Birinci Dərəcə Arbitraj Dairəsi və Apellyasiya Arbitraj Dairəsinin təşkil edilməsini göstərən İdman Arbitraj Qaydaları qüvvəyə minir.[3]
Mərkəzi İsveçrənin Lozanna şəhərində olan İAM, Avstraliya və Amerika bölgəsindəki mübahisələrə baxılmasını asanlaşdırmaq məqsədi ilə ABŞ-nin New York və Avstraliyanın Sidney şəhərlərində Daimi İnzibati Bürolarını (Permanent Decentralized Offices) yaratmışdır. Bu bürolar Lozannaya bağlı olaraq işləməkdə və bütün səlahiyyətləri etmə hüququna malikdir.[4]
İdman Arbitraj Məhkəməsinin idarəetmə və maliyyə işləri Beynəlxalq İdman Arbitraj Şurası tərəfindən aparılmaqdadır. Beynəlxalq İdman Arbitraj Şurası hər biri idman hüququ, arbitraj və arbitraj icraatı sahəsində təcrübəli olan 20 üst səviyyəli hüquqşünas üzvdən ibarətdir. Bu üzvlər hər biri dörd nəfər olmaq üzərə Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq İdman Federasiyaları, Milli Olimpiya Komitələri Birliyi tərəfindən seçilməkdə və bu 12 üzv bir araya gələrək 4 üvz daha seçdikdən sonra, 16 üzv geri qalan 4 üzvüdə seçməkdədirlər. Üzvlərinin səlahiyyət müddətləri isə 4 ildir.
Beynəlxalq İdman Arbitraj Şurası aşağıda qeyd edilən fəaliyyətləri həyata keçirir.
İdman Arbitraj Məhkəməsi Məcəlləsinə görə, tərəflər məhkəmə prosesinin ingilis, fransız və ispan dilində aparılması barədə sərbəst razılaşırlar, lakin tərəflər arasında belə bir razılaşma olmadıqda, arbitraj məhkəməsinin sədri, arbitraj məhkəməsinin sədri hələ təyin edilməyibsə, müvafiq bölmənin sədri bu dillərdən hansının istifadə olunacağına baxaraq qərar verir.
Beynəlxalq İdman Arbitraj Şurası tərəfindən hakim təyin olunmuş şəxslər, dörd il müddətində bir və ya bir neçə dövr üçün hakim siyahısında yer alır. BİAM hər dörd ildən bir tam siyahını nəzərdən keçirir; yeni siyahı qurulduqdan sonra növbəti ilin 1 yanvarında qüvvəyə minir.
Beynəlxalq İdman Arbitraj Şurası, İdman Arbitraj Məhkəməsinin hakim siyahısına hüquq təhsili olan, idman hüququ və ya beynəlxalq arbitraj ilə əlaqədar səriştəyə malik, ümumiyyətlə idmanı yaxşı bilən və ən azı bir ingilis, fransız və ya ispan dilini yaxşı bilən şəxsləri siyahıya salır və kvalifikasiyalar IOC, IFS, MOK və BMK, IF və MOK idmançılar komissiyaları tərəfindən daxil olmaqla Beynəlxalq İdman Arbitraj Şurasının diqqətinə çatdırılır. Beynəlxalq İdman Arbitraj Şurası, müəyyən mübahisələr növləri ilə məşğul olmaq üçün müəyyən bir təcrübəyə sahib olan hakimləri təyin edə bilər.
İdman Arbitraj Məhkəməsi Məcəlləsinin R45-ci maddəsinə əsasən, mübahisənin mahiyyəti ilə tətbiq olunacaq qanun, tərəflər tərəfindən arbitraj razılaşması və ya arbitraj maddəsi ilə müəyyən edilə bilər. Tərəflər bu məsələni təyin etməyiblərsə, mübahisənin mahiyyəti baxımından İsveçrə qanunlarının tətbiq ediləcəyi nəzərdə tutulur.
İdman Arbitraj Məhkəməsi Məcəlləsinin R46 nömrəli maddəsinə görə, məhkəmə nəticəsində qərar səs çoxluğu ilə qəbul edilir. Çoxluğa nail olmaq mümkün deyilsə, qərar işə baxan heyətinin rəhbəri tərəfindən verilir.
Qərar imzalamadan əvvəl İdman Arbitraj Məhkəməsi baş katibliyinə göndərilir və yalnız forma və bəzi əsas prinsiplər baxımından səhv olub olmadığı araşdırılır. Tərəflərə bildirilən qərar icra olunur.
Qərarın bildirilməsindən sonra 30 gün ərzində İsveçrə Qanununa əsasən İsveçrə Federal Məhkəməsinə şikayət verilə bilər.[5]
Apellyasiya arbirtajında (Appeals Arbirtation) mühakimə iddiaçı tərəfin İdman Arbitraj Məhkəməsinə ünvanladığı yazılı müraciət əsasında başlayır. Qərarından şikayət edilən idman federasiyasının və ya idman təşkilatının əsasnaməsində İdman Arbitraj Məhkəməsinə müraciət edilməsinin müddəti ilə bağlı bir maddə yoxdursa və ya tərəflər arasında yazılı arbitraj razılaşmasında bu müddət göstərilməyibsə şikayət müddəti qərarın verildiyi tarixdən etibarən 21 gündür. Hər nə qədər bu müddətə əməl edilməli olduğu qəbul edilsədə bu müddət ərzində edilməyən müraciəti İdman Arbitraj Məhkəməsinin əlaqəli bölmə rəhbəri tərəflərin fikrini aldıqdan sonra iş icraata qəbul edilə bilər.[6]
Şikayət edən tərəf şikayət müddətinin bitməsinə son 10 gün müddətində hadisələrin məzmunu, şikayətin əsasını təşkil edən hüquqi əsaslandırmaları, bütün sübutları əhatə edən və dindirilməsini istədikləri şahidlərin adlarını göstərən ərizəni İdman Arbitraj Məhkəməsinə vermək məcburiyyətindədir. İddiaçının təqdim etdiyi ərizə şikayət ərizəsini tamamlayıcı mahiyyətdədir. Digər tərəfdən ərizənin verilməməsi halında isə iddiaçının şikayətdən imtina etməsi kimi qəbul ediləcəkdir.[7]
Əsaslandırılmış şikayət ərizəsinin cavabdeh tərəfindən qəbul edilməsi ilə birlikdə 20 gün müddətində cavabdeh tərəf İdman Arbitraj Məhkəməsinə müdafiələrini, qarşılıqlı iddia tələbini, bütün sübutlarını, dindirmək istədiyi şahidləri və maraqlı şəxsləri adlarını göstərən cavab ərizəsini təqdim etmək məcburiyyətindədir. Verilən bu müddət ərzində bu tələbləri yerinə yetirməyən cavabdehə qarşı proses davam edərək qərar verilməkdədir. Digər tərəfdən cavabdeh iddiaçının əsaslandırılmış ərizəsini qəbul etdiyi tarixdən 10 gün müddətində hakimini seçib bildirməyə borcludur. Bu müddət ərizində hakim seçiminin edilməməsi halında isə bölüm rəhbəri cavabdehin yerinə seçim etmək məcburiyyətində qalacaqdır.[5]
İddiaçının əsaslandırılmış şikayət ərizəsi və cavabdehin etiraz ərizəsinin təqdim edilməsi ilə tərəflər yeni tələblərdə çıxış etməyəcəkləri kimi müdafiələrinə əlavələr edə bilməzlər, yeni sübutlar irəli sürə bilməzlər.[8]
Tərəflər arasında yazışmalar başa çatdıqdan sonra hakim heyəti sədri prosesin keçirilmə vaxtını təyin edir. Ümumi olaraq sadəcə bir dəfə edilən bu prosesdə hakimlər, tərəfləri, şahidləri, maraqlı şəxsləri və son söz iddiaçıya aid olmaq üzərə tərəflərin iddia və müdafiələri dinlənilməkdədir. Proses tərəflər bunun əksini istəmədikləri müddətcə qapalı şəkildə həyata keçirilir.[3]