İdris Süleymanov (tam adı: Süleymanov İdris Həsən oğlu) — Sovet İttifaqı Qəhrəmanı.[1]
İdris Süleymanov | |
---|---|
İdris Həsən oğlu Süleymanov | |
Doğum tarixi | |
Doğum yeri | Goran, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | hərbi qulluqçu |
Partiyası | |
Mükafatları |
|
İdris Süleymanov 12 fevral 1915-ci ildə Goranboy rayonunun Goran qəsəbəsində anadan olmuşdur.[2]
1939-cu ildə Goranboy RHK-dan orduya çağırılmışdır. Leytenant İdris Süleymanov Qafqaz uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1942-ci il noyabrın əvvəllərində kiçik leytenant rütbəsində olarkən Mozdok yaxınlığında 43-cü əlahiddə atıcı briqadanın birinci əlahiddə atıcı batalyonunun birinci taqımının komandiri olmuşdur.[3]
Şimali Osetiya Respublikasının Mozdok rayonunun İşşersk məntəqəsinin alınmasında qəhrəmanlıq göstərmişdir. Vuruşmanın ən qaynar anında gözündən və ayağından yaralanmağına baxmayaraq, döyüşçüləri səsləyərək, düşmənə əks-həmlə etmişdir. Bundan sonra düşmən öz mövqelərini qoyub geriyə doğru çəkilməyə məcbur olmuşdur.
1942-ci ilin 13 dekabrında kiçik leytenant İdris Süleymanova SSRİ Ali Sovetinin əmri ilə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 1943-cü ildə yaralandığına görə ön cəbhədən arxa cəbhəyə keçirilmişdir.[4]
"Lenin" ordeni, Qırmızı Ulduz medalı və I dərəcəli Böyük Vətən müharibəsi ordeni ilə təltif edilmişdir. Müharibədən sonra Goranboy rayonunda sosial təminat şöbəsinin müdiri işləmişdir.[3]
29 iyul 1986-cı ildə vəfat etmişdir.[3]