İftar - Ramazan ayında oruc tutan müsəlmanların gün batandan sonra yemək yemələridir. İftar əsasən iftar süfrəsi arxasında açılır.
İftar süfrəsinə ilk olaraq su gətirilir. Daha sonra qatıq, doğramac və ayran verilə bilər.
Isti, uzun günlü avqust ayında oruc tutmaq bir az çətindir. Oruc tutmaq istəyən bəzi adamları isə ən çox qoxrudan da məhz isti və uzun gündür. Bütün oruc tutanlar iftar sonrası səhərə qədər 2 litrə qədər su içməlidirlər. Ən azından 2 stəkan bitki çayı, ayran, qatıq və albalı kompotu içmək vacibdir.
Iftar süfrəsi həddən artıq zəngin olmamalıdır. Acqarına, bütün günü dincələn orqanizmi qəfil ağır, yüksək kalorili qidalarla yükləmək düzgün deyil. Dadlı, yağlı, ədviyəli xörəkləri meyvə-tərəvəzlə əvəzləmək gərəkdir. Iftarı isti şorbalarla açmaq da mədəyə ziyandır. Daha yaxşısı qatıqlı buğda şorbasıdır. Bu şorbanı hər kəs öz zövqünə uyğun hazırlayır.
İftar süfrəsini elə hazırlamaq gərəkdir ki, yeməkdən sonra insan rahat uyuya bilsin.
Səhər yeməyində süd, yumurta, qatıq kimi qidaları qəbul etmək orqanizmi gün ərzində lazımi maddələrlə təmin edəcək. Ramazan ayında oruc tutanlara daha çox su içmək vacibdir. Iftar süfrəsində bol-bol içdiyiniz kompot və digər meyvə şirələri susuzluq yaratdığı üçün məsləhətli deyil. Amma zamanı olduğu üçün təptəzə meyvələrlə qidalanmağınız vacibdir.
Ramazan ayında gün boyu ac qalan hər kəs iftar süfrəsində ehtiyatlı olmalıdır. Hansı qidadan başlamalı, nə qədər və necə yeməli sualını öncədən düşünmək gərəkdir. Bəzən iftar süfrəsində “qarnım doyur, gözüm doymur” deyib, nəfəsi kəsilə-kəsilə yeyənlər olur. Belələri bilməlidir ki, iftar süfrəsini doymamış tərk etmək sağlamlıq üçün əsas şərtdir. Daha çox təzə meyvələr, qoz, fındıq, badam ləpəsi, təmiz balla, meyvə quruları ilə qidalanmanız orqanizminiz üçün xeyirlidir.
Ramazan ayı boyunca oruc tutan hər kəsin orqanizmi təzələnir, saflaşır. Qan dövranı və maddələr mübadiləsində yaranmış hər hansı problem bərpa olunur.[1]
Hər axşam iftar vaxtında Kəbə yaxınlığında müsəlmanların oruclarını açması üçün 12 min metrdən çox süfrə açılır. Səlahiyyətlilər, hər bir iftarın təxminən 290 min dollara başa gəldiyini açıqladı. Süfrələrin uzunluğu 12 kilometri keçməsinə baxmayaraq, süfrənin qurulması və iftardan sonra yığışdırılması cəmi 15 dəqiqə çəkir. İftar verilən ərazi axşam namazının qılına bilməsi üçün dərhal yığışdırılıb, təmizlənir. Ramazan ayının əvvəlində məscidlər ətrafındakı sahələri hissələrə bölərək xeyriyyəçi kəslərin iftar verə bilməsinə imkan yarabılıb. İftar açmaq üçün verilən qidalar xurma, meyvə şirəsi, süd və keksdən ibarətdir. Təmizliyin qorunması üçün məscidlərin içərisinə xurma, qəhvə və digər yeməklərin gətirilməsi qadağan olunub. Hər gün ibadətə gələn kəslər tərəfindən istehlak edilən xurma sayının 5 milyonu, "Zəmzəm" şüşə sayının isə 2 milyonu keçdiyi təxmin edilir.[2]