İjo Mikloş (mac. Izsó Miklós; 9 sentyabr 1831[1][2][…] – 29 may 1875[1][2][…], Budapeşt[3]) — heykəltaraş, XIX əsrdə macar heykəltaraşlığının görkəmli nümayəndələrindən biri.[4]
İjo Mikloş | |
---|---|
Izsó Miklós | |
Doğum tarixi | 9 sentyabr 1831[1][2][…] |
Vəfat tarixi | 29 may 1875[1][2][…] (43 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Milliyyəti | Macar |
Fəaliyyəti | Heykəltəraşlıq |
Təhsili |
|
Janr | Klassizm |
Vikianbarda əlaqəli mediafayllar |
1848-ci ildə 17 yaşlı Mikloş 1848–1849-cu illərdə Macarıstanda baş verən inqilabın fəal iştirakçılarından biri olub və yaralanıb.
İnqilab rəhbərlərinin obrazları (Layoş Koşut, Petyofi, Y.Bem, L.Battyani, Vaşvari, M.Tançiç) heykəltaraş Mikloş tərəfindən yaradılan portretlərin qalereyasına daxil olmuşdur.
O, üsyan yatırıldıqdan sonra sürgündə yaşamışdır. 1851–1856-cı illərdə heykəltaraş İştvana Ferentsinin rəhbərliyi altında Rimavska Sobota şəhərində (hazırda Slovakiyada yerləşir) daş üzərində yonmanı öyrənmişdir.
1856-cı ildə Budapeşt şəhərinin 2/3 hissəsini tutan Peştə gəlir. Gənc yazıçılar, rəssamlar və musiqiçilərin dəstəyi ilə Vyanaya yollanır və bir müddət orada Q.Qasser və Münhenin heykəltaraşlıq emalatxanasında işləyir.
1859-cu ildən Vyana Təsviri Sənət Akademiyasında təhsil alır. 1862-ci ildə Macarıstana geri qayıtdıqdan sonra öz müasirlərinin (Y.Aran, B.Eqreşi, A.Fay, İ.Zrinyi və b.) büstlərini yaradır. O klassizmi təmsil edirdi. İjo Mikloşun yaradıcılıq fəaliyyəti o qədər də uzun müddətli olmayıb.
Ona aid 3 böyük abidə, o cümlədən də Budapeştdə yerləşən Petyofinin abidəsi var. Macarıstanın məşhur simalarının çoxsaylı portretləri, 40-dən çox heykəltaraşlıq qrup janrı və ayrı-ayrı fiqurlar onun 15 illik yaradıcılığının məhsuludur.
Tuberkulyoz səbəbindən baş verən erkən ölümü onun maraqlı və məhsuldar yaradıcılığını yarımçıq qoydu.[5]