Layoş Koşut (mac. Lajos Kossuth) (d. 19 sentyabr 1802, Monok, Macarıstan, ö. 20 mart 1894, Turin, İtaliya)- macar əsilzadə, hüquqşünas, jurnalist, siyasi xadim, dövlət adamı və 1848–1849-cu illər Macar inqilabı ərəfəsində Macarıstanın qubernatoru
Layoş Koşut | |
---|---|
Lajos Kossuth | |
Macarıstanın qubernatoru | |
14 aprel 1849 – 11 avqust 1849 | |
Sonrakı | Artur Görgey |
Macarıstanın 2-ci baş naziri | |
2 oktyabr 1848 – 1 may 1849 | |
Əvvəlki | Layoş Batyani |
Sonrakı | Bertalan Semere |
Macarıstanın Maliyyə Naziri | |
7 aprel 1848 – 12 sentyabr 1848 | |
Sonrakı | Layoş Batyani |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Monok, Macarıstan |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Turin, İtaliya |
Vəfat səbəbi | qrip |
Dəfn yeri | |
Partiya | Macar Müxalif partiyası |
Təhsili |
|
Fəaliyyəti | iqtisadçı, jurnalist, siyasətçi, vəkil |
Həyat yoldaşı | Tereza Mesleni |
Uşaqları |
Ferens Layoş Akoş |
Dini | lüteranlıq |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Layoş Koşut 19 sentyabr 1802-ci ildə Zemplen əyalətinin Monok kəndində dünyaya gəlmişdir. Atası Lazlo Koşut, anası Karolina Veber olmuşdur. Onun ailəsi Felvidek bölgəsinin adlı-sanlı ailələrindən biri idi. Uşaqlıqdan yaxşı təhsil görən Layoş Budapeşt Universitetində hüquqşünas ali təhsili almış, Fransız, Latın, Alman, İngilis dillərini öyrənmişdir.[1]
Siyasi fəaliyyətinə ilk dəfə Peşt şəhərində başlamışdır. İlk əvvəl reformist müxalifətin üzvlərindən olmuş, Pozsoni parlamentinə girmişdir. Öz düşüncələrini yaymaq üçün əl yazma qəzetlər çıxarmağa başlayan Layoş bu yolla parlamentin fəaliyyətləri, qərarları barədə əhaliyə məlumat vermişdir. Qəzet nəşrləri ilə diqqətləri öz üzərində toplayan Layoş parlamentlər toxunulmazlığını itirən zaman 5 may 1837-ci ildə həbs edilmişdir. Onun həbsi Macarıstanda böyük hay-küyə səbəb olmuşdur. Beləki xalq Layoşun azadlığa buraxılması üçün mitinqlər təşkil etmişdi. 1840-cı ildə əfdən yararlanan Layoş həbsdən çıxarkən artıq Macar xalqının haqqlarını müdafiə edən qəhramanlardan birinə çevrilmişdi. Həbsdən çıxdıqdan sonra o bir müddət "Peşti Hirlap" qəzetinin direktoru olmuş və reformist fikirlərini bu qəzet vasitəsilə xalqla paylaşmışdır, lakin 1844-cü ildə senzuralara görə qəzetdəki işindən uzaqlaşdırılır. 1847-ci ildə Macar məclisinə daxil olub, müxalifətin liderliyini boynuna götürmüşdür. Batyani və Layoşun inanclarına görə; Macarıstanın azadlığı yalnız digər bölgələrdə də konstitusiya idarəsi qurulsa möhkəm bir təmələ əsaslana bilərdi. Bu fikir böyük dəstək toplamasa da, ölkədə kaosun hökm sürdüyü bir vaxtda meydana çıxdığı üçün qarışıqlıqdan faydalanan Layoşun hazırladığı bildiriş Vyanada qəbul edilmişdir.[2]
1848-ci ildə Batyaninin hökumətində Maliyyə naziri vəzifəsinə gətirilmişdir. Bəhs edilən dövrdə Avstriya böhran vəziyyətində idi. Bu qarışıqlıqdan faydalanmaq istəyən Layoş Koşut istiqlal mübarizəsinin lideri və Milli müdafiə komitəsinin rəhbəri kimi "Vyanadan ölü əlinin uzaqlaşdırmaq lazımdı" şüarı ilə ordunu ayağa qaldırdı. Sentyabrın 8-də Xorvat qoşunu Macarıstana daxil oldu, lakin Macarlar tərəfindən məğlub edildi. Ölkədə Avstriya imperatorunun da qanuni elan etdiyi parlamentar bir rejim quruldu, lakin bununla kifayətlənməyən Koşut parlamenti ləğv edərək Macar müdafiə komitəsinin dəstəyi ilə əsilzadələrdən ibarət yeni bir hökumət yaratdı. Artıq dekabr ayında Avstriya qoşunları Macarıstana daxil olmuşdu, lakin Avstriya ordusu Macarlar tərəfindən məğlub edildi. 14 aprel 1849-cu ildə Macarıstan öz müstəqilliyini elan etdi. Layoş Koşut yeni yaradılan hökumətin qubernatoru oldu. Bu hadisələrin işğalı altında olan Litva və Lativyaya təsir edəcəyindən qorxuya düşən Rusiya Habsburq sülaləsi adından və Macar ordusundakı Litvalı əsgərləri bəhanə edərək 200 minlik ordu ilə Avstriyaya daxil oldu. Millətçilə rsayca çox olan rus ordusuna qarşı müqavimət göstərə bilmədi. Üsyan qanlı bir formada yatırılaraq Macar taxtına yenidən Habsburq sülaləsi gətirildi. Hadisələrin belə cərəyan etməsi Layoş Koşut və tərəfdarlarını Osmanlı dövlətinə sığınmağa məcbur etdi. O 1850–1851-ci illər ərazində Türkiyənin indiki Kütahya şəhərində yaşamışdır.[3]
1852-ci ildə Macarıstanın müstəqilliyi üçün mübarizə aparmaq məqsədilə əvvəlcə İngiltərəyə sonra isə ABŞ-yə səfər etmişdir. Hər iki ölkədə də xoş qarşılanan Layoş nə İngiltərə və ABŞ-nin, nə də ki, Fransanın dəstəyini ala bilmədi. Nəticədə Londona qayıdaraq 7 il burada yaşadıqdan sonra İtaliyanın Turin şəhərinə köçdü. 1894-cü ilin mart ayının 20-də isə burada vəfat etmişdir.
Güclü natiq olan Layoş gözəl nitqin incəlikləri barədə məlumatları "Nitqlər" adlı əsərində toplamışdır. Bundan başqa "Qürbət xatirlələrim" adlı 13 cildlik kitabı vardır. Hər iki kitab xarici dillərə tərcümə edilib, nəşr etdirilmişdir.