Insanlar və insan qrupları arasında ayrı-seçkilik etmək, eyni məsələdə müxtəlif insanlara və ya insan qruplarına eyni prinsiplərlə baxmamaq.
İnsanlara, xalqlara, dövlətlərə, dinlərə, irqlərə və digər insan topluluqlarına eyni gözlə baxmamaq, onları fərqli qiymətləndirmək, tərəfkeşlik etmək. Haqqı, ədaləti birinin xeyrinə və digərinin ziyanına şərh etmək və pozmaq.
Böyük dövlətlərin kiçik dövlətlərə qarşı və ümumiyyətlə bir dövlətin digər iki dövlətə qarşı fərqli, qərəzli yanaşması ikili standartların ən çox müzakirə edilən və ən ağrılı tərəfidir. ABŞ-nın İsrail və Fələstinə, Ermənistan və Azərbaycana aid siyasəti ikili standartlara misal göstərilə bilər. Bu halda ikiüzlü siyasət ifadəsi də işlənilir. ABŞ Konqresinin Azərbaycan dövlətinə yardımını qadağan edən 907-ci düzəliş ikili standarta bariz nümunə sayılır.
Görülən bir işin və ya işi görən insanın iki tərəf arasında fərli şəkildə adlandırılması baş verir. Məsələn: