Birinci İngiltərə-Birma müharibəsi (5 aprel, 1852- 20 yanvar, 1853) - Birma Pequ əyalətinin işğalı ilə nəticələnən müharibə.[1]
İkinci İngiltərə-Birma Müharibəsi | |||
---|---|---|---|
Tarix | 5 aprel 1852 - 20 yanvar 1853 | ||
Yeri | Aşağı Birma | ||
Nəticəsi | Şirkət qələbəsi. Mindon Min , Birma taxtında Pagan Minin yerinə keçdi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
İngiltərənin hakim dairələri bütünlüklə Birmanı zəbt etmək və onu öz müstəmləkəsinə çevirmək səylərindən əl çəkməmişdilər. 1852-ci ilin aprel ayının 5-də İngiltərə ilə Birma arasında ikinci müharibə başlandı. Bu müharibəni Birmada Britaniya tacirləri ilə pis rəftar edilməsi bəhanəsilə ingilis Ost-Hind kompaniyası başladı.
Aprel-iyun aylarında ingilis qoşunları aprel ayının 5-də Aşağı Birmanın Martaban ərazisi, 12 apreldə Ranqunu, iki gün sonra isə Şvedaqonu ələ keçirdilər. 19 may tarixində ağır döyüşlərdən sonra Basseyn şəhəri işğal edildi. Düşmənə müqavimət göstərməsinə baxmayaraq Birma qoşunları geri çəkilməyə məcbur oldu. 3 iyunda Pequ işğal edildi, ardınca da Şvemodo ingilis qoşunları tərəfindən ələ keçirildi.
İngilis müstəmləkəçiləri ölkənin içərilərinə soxulduqca işğal edilmiş ərazidə yerli əhalinin partizan müharibəsi genişlənməyə başladı. İngilislərin Birma xalqına qarşı müharibəsi Birmanın nizami hissələri ilə müharibədən daha təhlükəli idi. Vuruşmalar uzun sürən müharibə xarakteri aldı, böyük maddi və insan itkisinə səbəb oldu. İkinci ingilis-Birma müharibəsi bütün Birmanın işğalının başa çatdırılmasında həlledici amillərdən biri oldu. Amma bu dəfə də xalqın fədakar müqaviməti ingilis hakim dairələrinin çox planlarını pozdu. Nəhayət, Hindistanın ingilis general-qubernatoru 1852-ci ilin dekabrında Pequ əyalətinin ilhaq olduğunu elan etdi.[1]
1853-cü il iyunun 30-da isə hərbi əməliyyatın qurtarması haqqında intibahnamə nəşr edildi. Britaniya hökumət orqanlarının təklif etdiyi sülh müqaviləsi layihəsi dörd maddədən ibarət idi:
Əks təqdirdə Birma krallığı tamamilə istila olunanadək müharibənin davam etdiriləcəyi şərti irəli sürülürdü.
Birma kralı hakimiyyətdən devrilib yerinə qardaşı Mindon-Min (1853-1878) kral elan edildikdən sonra o, İngilislərin müxtəlif hədələrinə məhəl qoymayaraq təklif edilən müqaviləni imzalamaqdan və Pequ əyalətinin işğalını tanımaqdan imtina etdi. Son nəticədə aşağıdakı şərtlərlə müqavilə imzalandıː
İngilis burjuaziyasının hərəkətlərinə qarşı xalq kütlələrinin hiddəti yeni mərhələyə daxil olmaqda idi. Hətta, İngiltərə Birma kralını yenidən hərbi əməliyyata başlayacağı ilə hədələsə də, lakin o zaman əməli olaraq bu işə girişməyə cürət etmədi.[1] Nəticədə Birma ilə Britaniya arasında ticarət əlaqləri 1885-ci ildə baş verəcək növbəti münaqişəyə qədər bərpa edildi.