İkinci Braziliya Respublikası


İkinci Braziliya RespublikasıBraziliyada mövcud olmuş və 1946 - 1964 illəri əhatə etmiş dövr[1]

Tarixi dövlət
İkinci Braziliya Respublikası
Estados Unidos do Brasil
Bayraq Gerb
Bayraq Gerb
Braziliya himni
 
 

Paytaxt Rio-de-Janeyro (1960 ilə qədər.)
Brazilia (1960-ci ildən sonra.)
Dilləri portuqal dili
Rəsmi dilləri
İdarəetmə forması Respublika

Avropada müharibənin bitməsinə az qalmış prezident Jetuliu Varqas prezidentlik vəzifəsindən imtina etməli olur. O yeni prezident seçkiləri təyin etmişdir. Seçiçilərin böyük qismi Varqasın hakimiyyəti illərində Müdafiə Naziri olan general Euriku Qaspar Durtaya səs verirlər. Yeni konstitutsiya 1946-cı ildə qəbul edilir və 1967-ci ilə qədər qüvvədə qalır. Durtanın hakimiyyəti 1951-ci ildə bitmişdir. Bu zaman Riu-Qrandi-du-Sul seçkilərə hazırlaşırdı. Durtandan sonra Varqas yenidən böyük səslə prezident seçilir. Ancaq o 1954-cü ildə ağır siyası böhran səbəbindən intihar etmişdir.

Kubiçekin hakimiyyəti illərində (19561961) Braziliya sürətli iqtisadi inkişaf dövrünü yaşayırdı. Təsadüfü deyildir ki, ölkənin çağdaş şəhəri Brazilia məhz bu dövrdə salınmışdır.

Bundan sonra prezident Janiu Kuadrus olur[2][3]. O, seçkilərdən bir il sonra istehfa verməli olur. Onun səlahiyyətləri vitse-prezident Juan Qularta keçir. Kuadurun prezident and içməsindən dərhal sonra Konqres təcili parlament idarə üsulunun tətbiqinə keçir. Ancaq xalqın etirazları onu göstərdi ki, onlar köhnə sidtemin qalmasının tərəfdarıdırlsr. Bundan sonra ölkədə infilyasiya artmış, sağçılarla solçuların mübarizəsi sosial-siyasi nizamsızlığa gətirib çıxarmışdır. Yaranmış böhran iki il yarım davam etmişdir. Nəticədə isə 1964-cü ilin 31 martında hərbiçilər hakimiyyəti ələ keçirmiş və Qulartı isə hakimiyyətdən uzaqlaşdırmışlar.

  1. "Brasil: Uma Historia - Eduardo Bueno" http://www.brasilumahistoria.com.br/ Arxivləşdirilib 2014-06-26 at the Wayback Machine
  2. "A Era do Populismo". 2 de abril de 2011. 2011-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
  3. "Populismo". 2 de abril de 2011. 2015-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.