Braziliya marşı (Portuqalca: Hino Nacional Brasileiro) — Braziliya Federativ Respublikasının rəsmi dövlət himni.
Braziliya himni | ||||
---|---|---|---|---|
Hino Nacional Brasileiro | ||||
| ||||
Braziliya rəsmi himni |
||||
Bəstəkar | Francisco Manuel da Silva, 1822 | |||
Sözlərin müəllifi | Osório Duque-Estrada, 1909 | |||
Təsdiqi |
Braziliya İmperiyası tərəfindən 1831-ci il Braziliya Federativ Respublikası tərəfindən 1922-ci il |
|||
Audio nümunəsi | ||||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
1822-ci ildə Fransisko Manuel da Silva tərəfindən bəstələnən himnin musiqisi romantik italyan musiqisinə bənzəyir. 7 sentyabr 1822-ci il tarixində qazanılan müstəqilliyin ardından Kral I Pyotrun devrilməsilə dildən dilə dolaşan bu marş Kral II Pyotr dönəmində yenidən milli marş olaraq istifadə olundu.
Ancaq bu marşın sözləri hələ də yazılmamışdı. 1889-cu ildə yeni qurulan respublika üçün yeni himn yazılmalı idi. Keçirilən müsabiqənin qalibi olan Leopoldo Miguez respublika üçün yeni bir himn bəstələsə də, xalq bu yeni himni mənimsəmədi və dövlət başçısı Deodoro da Fonsekanın da təklifi ilə Fransisco Manuel da Silvanın bəstələdiyi bu marş dövlət himni olaraq qəbul edildi.
Himnin sözləri isə Joaquim Osório Duque Estrada tərəfindən 1909-cu ildə yazılmışdır.