İkinci Dünya müharibəsində Avropa cəbhəsi

İkinci Dünya müharibəsində Avropa cəbhəsi (ing. European theatre of World War II) — II Dünya müharibəsi ndə iki əsas müharibə cəbhəsindən biri. Almaniyanın 1 sentyabr 1939-cu ildə Polşanı işğal etməsi ilə başlayan və qərb müttəfiqlərinin Qərbi Avropanın çoxunu, SSRİ-nin Almaniyanın paytaxtı Berlin də daxil olmaqla Şərqi Avropanın çoxunu ələ keçirməsi, eləcə də Almaniyanın 8 may 1945-ci ildə təslim olması ilə başa çatan təxminən 6 il ərzində Avropa ağır münaqişələrin cəbhəsi oldu. 5 iyun 1945-ci ildə Almaniyanın 4 qalib gücə təslim olduğunu elan edən Berlin bildirişi imzalandı. Müttəfiqlər (Anti-Hitler koalisiyası) Ox dövlətləri ilə iki əsas cəbhədə (Şərq və Qərb) müharibə apardı.

İkinci Dünya müharibəsində Avropa cəbhəsi
İkinci Dünya müharibəsi
Tarix 1 sentyabr 1939 – 8 may 1945
Yeri
Nəticəsi Anti-Hitler koalisiyasının qələbəsi
Münaqişə tərəfləri

Anti-Hitler koalisiyası

Ox dövlətləri

Tərəflərin qüvvəsi

18.950.000+ əsgər

Üçüncü Reyx 18.000.000+ əsgər
2.560.000 əsgər

İtkilər

9.007.590–10.338.576+ ölü
5.778.680+ yaralı

5.406.110–5.798.110+ ölü
8.709.840+ yaralı

Ümumi itkilər
19.650.000–25.650.000 sivil ölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar