İkinci Hind-Çin müharibəsi — Vyetnam müharibəsi, Laosda vətəndaş müharibəsi və Kambocada vətəndaş müharibəsini özündə birləşdirən termin. Son ikisinin öz daxili səbəbləri var idi, lakin tədricən Vyetnamdakı döyüşlərlə az-çox əlaqəli olduqları ortaya çıxmışdır.
İkinci Hind-Çin müharibəsi | |
---|---|
ABŞ-nin dəstəyinə baxmayaraq, müharibə kommunist qüvvələrin xeyrinə başa çatmışdı. Kambocada qırmızı khmerlər hakimiyyətə gəlmiş, Laosda 1973-cü ildə Patet Lao qüvvələri Vyetyan razılaşmasına əsasən koalisiya hökumətinə daxil olmuş və 1975-ci ildə silahlı çevriliş edərək hakimiyyəti öz əllərinə almışdılar. Cənubi Vyetnam 1973-cü ildə Paris sülh razılaşmaları çərçivəsində ABŞ-nin dəstəyini itirmiş və 1975-ci ildə Şimali Vyetnam qüvvələri tərəfindən Sayqonun tutulması ilə məhv edilmişdir.