İkinci Homs döyüşü

İkinci Homs döyüşü — qərbi Suriyada Homs qəsəbəsi ətrafında türk kökənli Məmlük sultanlığıMonqol imperiyasının bir qolu olan Elxanlı imperiyası arasında 29 oktyabr 1281-ci ildə baş tutmuş və Məmlüklərin zəfəri ilə nəticələnən döyüş. Bu döyüş ilk Elxanlı hökmdarı Hülakünün oğlu ikinci hökmdar Abaqa xanın Suriyanı Məmlüklərdən alma cəhdinin zədələndiyi döyüş olmuşdur.

İkinci Homs döyüşü
Məmlük-Monqol müharibələri
1281-ci il İkinci Homs döyüşündə monqolların (şəkildə sol) məğlubiyyəti
1281-ci il İkinci Homs döyüşündə monqolların (şəkildə sol) məğlubiyyəti
Tarix 29 oktyabr 1281
Yeri Homs, Suriya
Səbəbi Elxani dövlətinin Suriyanı ələ keçirmə cəhdləri
Nəticəsi Məmlük zəfəri
Münaqişə tərəfləri

Elxanilər dövləti
Kilikiya çarlığı
 Gürcüstan Gürcüstan çarlığı
Hospitalier Cəngavərləri[1]

Məmlük dövləti

Komandan(lar)

Mengu Teymur
II Levon
 Gürcüstan II Demetre

Sultan Kalavun

Tərəflərin qüvvəsi

40.000-50.000[2]

30.000[3]
800 Kraliyyət Məmlükü[4]
4.000+ Halqa[5]
4.000+[6] Bədəvilər

İtkilər

Bilinmir (ağır)

ilinmir (ağır)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1260-cı ildəki Ayn Calut, Birinci Homs və 1277-ci ildəki Əlbistan döyüşündəki Məmlük zəfərlərindən sonra Elxanlı hökmdarı Abaqa xan qardaşı Mengü Teymura monqollardan, II Demeterenin komandanlığındakı gürcülərdənII Levonun komandanlığındakı Kilikiya ermənilərindən ibarət ümumilikdə 40.000–50.000 nəfərlik ordunun komandanlığını vermiş və sentyabr ayında Qaziantep yolundan Məmlük torpaqlarına girməsi üçün yola salmışdır.

Məmlük ordusu say etibarı ilə Elxani ordusundan daha az idi. Onların ordusunun sayını 30.000 həndəvərində olduğu ehtimal edilir.

İki ordu Homsun cənubunda qarşılaşmışdır. Məmlük ordusu bölgəyə monqollardan öncə gələrək süvariləri üçün daha əlverişli mövqeni ələ keçirmişdi. Sol qanadda bədəvilər, sağ qanadda türkmən süvarilər durmaqda idi və mərkəzə Sunqur əl-Aşkarın Krak des Chevaliers qalasından əldə etdiyi muzdlu döyüşçülər dayanmışdı. Çox çətin keçən bu döyüşdə Mengü Teymur, II Demetre və II Levonun komandanlığındakı birləşmiş monqol bölmələri Məmlük ordusunun əsasən sol qanadına hücum etmiş və buradakı Məmlük bölmələrini dağıdmağı bacarmışdır. Sultan Kalavun parçalanmağa başlayan ordusunu müvəqqəti olaraq geri çəkmiş və təkrar təşkil edərək birbaşa komandanlıq etdiyi ordunu monqol ordusununu ani olaraq mərkəzinə hücum akeçirmiş, düşmən bölmələrini mərkəzdən çevrəyə doğru dağıdmışdır. Mengü Teymur yaralanmış və darmadağın olmuş ordusu arxasından gələcək formada döyüş meydanından qaçmışdır. Elxanilərin məğlubiyyətinin dəqiqləşdiyi əsnada Mengü Teymurun qaçamsına baxmayaraq, Sultan Kalavun məğlub ordunun qaçan bölmələrini təqi etməməyi üstün tutmuşdur. Bu sayədə, gürcü və erməni bölmələri döyüş meydanından təhlükəsiz formada qaçmağı bacarmışdır.

Döyüş baş vermə vaxtından cəmi 1 il keçdikdən sonra — 1282-ci ildə Abaqa xan həyatını itirdi və yerinə qardaşı, eyni zamanda da varisi olan Əhməd Tekudar xan taxta keçdi. Təkudar xan ondan əvvəl hökmdarı odluğu dövlətin Məmlüklərə qarşı olan siyasətini tamamilə tərsinə çevirmiş, özü islamı qəbul etmiş və Məmlük sultanı Kalavunla sülh razılaşması imzalamışdır.[7][8]

  • Amitai-Preiss, Reuven (1995) Mongols and Mamluks: The Mamluk-Ilkhanid War, 1260–1281. Cambridge University Press, Cambridge. ISBN 978-0-521-46226-6
  • Waterson, James (2007) The Knights of Islam: The Wars of the Mamluks. Greenhill Books, London. ISBN 978-1-85367-734-2
  1. Jonathan Riley-Smith - The Knights Hospitaller in the Levant, C.1070-1309, p. 86-87
  2. Amitai-Preiss, p. 194
  3. Waterson, p. 178
  4. Waterson, p. 179
  5. Amitai-Preiss, p. 192
  6. Amitai-Preiss, p. 188
  7. Jean, Richard (1999). The Crusades, C. 1071-c. 1291, p. 453. Cambridge University Press, ISBN 0-521-62566-1.
  8. Reuven Amitai-Preiss (1995), Mongols and Mamluks: The Mamluk-Īlkhānid War, 1260–1281, pp. 179–225. Cambridge University Press, ISBN 0-521-46226-6.