İkinci Nügədi kənd Molla Hud məscidi — Azərbaycan Respublikasının Quba rayonunun İkinci Nügədi kəndində məscid.
İkinci Nügədi kənd məscidi |
---|
Məscid Quba rayonunun İkinci Nügədi kəndində 1994-cü ildə inşa edilib. Həyətyanı sahəsi 1500 kv.metr, iç sahəsi isə 19x14 metrdir. İkinci Nugədi kənd İslam məscidi mişar daşı ilə tikilib. İç və çöl tərəfdən divarları qum - sement məhlulu ilə suvanıb. Hündürlüyü 5 metrdir. Qadınlar şöbəsi ikinci mərtəbədə yerləşib. Məscidin damı dəmir təbəqə ilə örtülüb. Günbəzi də dəmir təbəqə ilə örtülüb. Günbəzin hündürlüyü 5 metrdir. Məscidin ətrafı yaşıllıqlarla əhatələnib. İkinci Nügədi kənd islam məscidinin üstündə latınca kitabə yazılıb. Burada məscidin 1994-cü ildə Mahmud Molla Əbdüssəmidoğlu tərəfindən camaata hədiyyə edilməsi qeyd edilib. Məscid onun oğlu İslamın şərəfinə İslam məscidi adlanır.[1]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |