İkinci SSRİ–Finlandiya müharibəsi (rus. Вторая советско-финская война), Kareliya üsyanı (fin itäkarjalaisten kansannousu, kar. päivännouzu karjalan kanzannouzu, rus. Карельское восстание), sovet-Azərbaycan ədəbiyyatında Ağ finlərin Kareliyada fitnəkarlığı — 1921-ci ilin oktyabrından 1922-ci ilin fevralında Finlandiya Silahlı Qüvvələrinin Rusiya SFSR tərkibində olan Kareliya bölgəsinə hücumu. Əməliyyatlarda ağ finlərlə yanaşı karellər də iştirak etmişdir.
İkinci SSRİ–Finlandiya müharibəsi | |||
---|---|---|---|
Rusiyada vətəndaş müharibəsi | |||
| |||
Tarix | 6 noyabr 1921 – 21 mart 1922 | ||
Yeri | Şərqi Kareliya | ||
Səbəbi | Tartu müqaviləsi | ||
Nəticəsi | SSRİ-nin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
1920-ci ilin martında Uxtada (indiki Kalevala) çağırılmış qolçomaq qurultayında Kareliya Müvəqqəti Hökuməti seçilmiş, oktyabrda yaradılmış Kareliya İttifaqına isə Finlandiya hökumət dairələrinin nümayəndələri də daxil oldular. 1921-ci ilin payızında Kareliyanın Finlandiyaya birləşdirilməsi şüarı ilə qolçomaq qiyamları başlandı və ağ fin dəstələri hücuma keçdi.[5]
Ağ finlərə qarşı kommunistlərin başçılığı ilə yerli əhalidən olan dəstələr və kiçik sərhəd qoşunu hissələri mübarizə aparırdı. 1921-ci ilin noyabrında onlara kömək məqsədi ilə Petroqraddan Qızıl Ordu hissələri göndərilmiş və vahid hərbi komandanlıq yaradılmışdır. Sovet qoşunları dekabr–yanvar aylarında müdaxiləçilərin əsas qüvvələrini məğlub etmişdir.[5]
17 fevralda Kareliyada döyüş əməliyyatı qurtarmışdır. Ağ finlərin məğlub edilməsində Toyvo Antikaynenin başçılıq etdiyi və əsasən, fin kommunistlərindən ibarət xizəkçilər dəstənin də böyük rolu olmuşdur. Ağ finlərin Kareliyadakı döyüş əməliyyatlarında müvəffəqiyyətsizliyə uğraması şimal-qərbdən Sovet respublikalarına qarşı müdaxilə cəhdlərini boşa çıxarmışdır.[5]