Meşə gerillaları (fin Metsäsissit) — karellər və ağ fin könüllüləri tərəfindən yaradılmış müqavimət hərəkatı. Hərəkat 1920-ci ildə imzalanmış Tartu müqaviləsinə əsasən Kareliya ərazisinin bir hissəsinin bolşevik Rusiyasına verilməsindən sonra yaranmışdır.[1] Hərəkatın fəaliyyəti nəticəsində alovlanan münaqişə İkinci SSRİ–Finlandiya müharibəsinə gətirib çıxarmışdır. 1921-ci ildə Rusiyaya qarşı üsyan zamanı 3 min gerilla döyüşçüsü Şərqi Kareliyanın böyük hissəsini tuta bilmişdir. Onlar bu əraziləri yeni yaradılmış Finlandiya Respublikası ilə birləşdirməyə çalışırdılar, lakin 1922-ci ildə üsyançı qüvvələr Finlandiyaya çəkilməli oldular.[2]