İkinci Torun sülhü.

İkinci Torun sülhü - Prussiya konfederasiyasının [1] səlibçilərə qarşı üsyanı nəticəsində başlanmış on üç illik müharibəni (1354-1466) yekunlaşdıran, 19 oktyabr 1466-cı ildə Tevton ordeni ilə Polşa krallığı arasında Torun şəhərində imzalanmış sülh müqaviləsi.

Sülh müqaviləsi haqqında

[redaktə | mənbəni redaktə et]

Sülh müqaviləsi 3 perqament vərəqindən təşkil olunmuş 12 səhifəlik 456x296 mm. olçüdə dəftərdən ibarətdir. Mətn latın dilindədir. Mətndə 55 möhür, Roma papasının rəsmi nümayəndəsi general Rudolf Ryudeshaymın və xalq notariusları Yan Evix de Attendornun və Stanislav Franko Redkoviçin imzaları vardır.[2].

Sülh müqaviləsinin şərtləri

[redaktə | mənbəni redaktə et]

Hər iki tərəf Roma papası II Pavel və Müqəddəs Roma imperatoru III Fridrix tərəfindən təsdiq edilmiş sülh müqaviləsinin şərtləri ilə razılaşdılar, lakin Polşa tərəfi israr etdi (Tevton ordeni də bu tələblə razılaşmağa məcbur oldu) ki, bu cür təsdiq olmadan da sülh müqaviləsi hüquqi qüvvəyə malikdir. Torun sülh müqaviləsinə əsasən Tevton ordeninin qərb mülkləri - Qdanskın sahilboyu əraziləri, Xelmin, Mixailov, Malbork, Elblonq torpaqları və Varmiya yepiskopluğu (knyazlığı) Polşanın tərkibinə keçirdi. Sonralar Tevton ordeninin bu əraziləri Polşa və ya Prussiya krallığı adlandırılmışdır. Malbork (Marienburq) itirildikdən sonra özünü Polşa kralının vassalı elan edən Tevton ordeninin paytaxtı Könisberq şəhəri oldu.

  • Górski K., Związek Pruski i poddanie się Prus Polsce. Zbiór tekstów źródłowych, Poznań 1949;
  • Górski K., Uwagi o traktacie toruńskim 1466, «Zapiski Historyczne», t. 22, 1956, s. 63-67;
  • Biskup M., Traktat toruński 1466, Bydgoszcz 1966;
  • Hejnosz W., Traktat toruński z 1466 r. i jego prawnopolityczne znaczenie, «Zapiski Historyczne», t. 31, z. 3, 1966, s. 91-108;
  • Biskup M., Trzynastoletnia wojna z Zakonem Krzyżackim 1454—1466, Warszawa 1967;
  • Biskup M., Labuda G., Dzieje Zakonu Krzyżackiego w Prusach, Gdańsk 1986.
  1. Прусская конфедерация состояла из городов: Гданьска (alm. Даньциг‎), Эльблонга (alm. Эльбинг‎), Хелмно (alm. Кульм‎) и Торунь (alm. Торн‎), а также прусского дворянства.
  2. Описание договора[ölü keçid] // Polska.pl  (pol.)