İldırımiyyə

İldırımiyyə — Azərbaycan hakimiyyəti uğrunda siyasi mübarizə zamanı bütün Azərbaycan və Cənubi Rusiyada gələcək bolşevik hökumətlərini müdafiə etmək məqsədilə Azərbaycan bolşevikləri tərəfindən qurulmuş müstəqil Müsəlman Fəhlə Qırmızı Ordusu. Ordu adını onun qurucusu azərbaycanlı bolşevik Çingiz İldırımdan alıb. Qoşun kəndli və fəhlələrdən ibarət olmuşdur. İlk İldırımiyyə 1918-ci ilin iyununda Petroqrad və Şimalda qurulur.

Qurulduqdan sonra 2000 azərbaycanlıdan ibarət İldırımiyyə ordusu Rusiyada vətəndaş müharibəsi zamanı Həştərxanda Ağ Orduya qarşı vuruşmuş, lakin 1918-ci ilin mart hadisələrində bolşeviklərin tərəfində olan erməni daşnaklarının azərbaycanlıların qırğınlarına cəlb olunduğu üçün bolşeviklər qısa zamanda azərbaycanlılar və ordu arasında dəstəyini itirmişdir[1].

  1. "İldırımlı yollarla" [On path of a lightning]. 2011-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-22.