Çingiz İldırım

Çingiz İldırım (tam adı Sultanov Çingiz İldırım oğlu; 10 iyul 1890, Qubadlı, Zəngəzur qəzası27 iyul 1941[1], Moskva) — Azərbaycan Xalq Cümhuriyyəti donanmasının komandanı, xalq komissarı.

Çingiz İldırım
bayraq
Azərbaycan xüsusi aviakimya idarəsinin sədri
bayraq2
Azərbaycan Yükvurma Cəmiyyətinin sədri
bayraq2
SSRİ Sindikatlar Şurası Azərbaycan bürosunun sədri
bayraq2
bayraq
Dövlət Plan Komissiyasının sədrinin müavini
bayraq2
bayraq
Azərbaycan SSR xalq poçt və teleqraf komissarı
bayraq2
1928 – 1929
bayraq
Azərbaycan SSR hərbi və dəniz işləri üzrə xalq komissarı
bayraq2
28 aprel 1920 – 26 iyun 1920
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıƏliheydər Qarayev
Şəxsi məlumatlar
Doğum tarixi 10 iyul 1890(1890-07-10)
Doğum yeri
Vəfat tarixi 27 iyul 1941(1941-07-27)[1] (51 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
  • Kommunarka poliqonu[d]
Partiya
Təhsili
  • Sankt-Peterburq Politexnik İnstitutu[d]
Fəaliyyəti mühəndis, siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi mühəndis[d]

Təltifləri "Qırmızı bayraq" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1890-cı ilin 10 iyulunda bəy ailəsində dünyaya gəlmişdir.[2][3] Atası İldırım Qubadlıda ilk məktəbin açılmasına nail olmuş və 2 oğlunu — Çingizlə Cabbarı həmin məktəbdə oxutdurmuşdur. Kənd məktəbini bitirdikdən sonra Çingiz Şuşadakı realnı məktəbdə təhsilini davam etdirmişdir. Bu məktəb 1906-cı ildə bağlanmış, Çingiz isə təhsil ardınca Vladiqafqaza yollanaraq orta təhsilini 1909-cu ildə orada tamamlamışdır.[4] Həmin ildə 19 yaşlı Çingiz, Sankt-Peterburqa ali təhsil almaq üçün yollanmış və Politexnik institutun dağ-sənaye şöbəsinə qəbul olunmuşdur. Ali təhsilini 1916-cı ildə başa vurduqdan sonra oradakı "Ayvaz" zavodunda mühəndis-metallurq kimi iş fəaliyyətinə başlamışdır.[5] Yüksək səviyyəli mühəndis-metallurq olmuşdur.

Həbsi və edamı

[redaktə | mənbəni redaktə et]

7 iyul 1937-ci ildə İldırım NKVD tərəfindən həbs edildi və iddia edilən əks-inqilabi fəaliyyətdə ittiham edildi. Dnepropetrovskda, BakıdaMoskva da məhbus olaraq saxlanıldı. Moskvada əvvəlcə Lefortovo həbsxanasında həbsxanaya salındı, daha sonra daha sərt bir yerə — siyasi məhbuslar üçün məşhur olan Suxanovovkaya köçürüldü. NKVD tərəfindən edam cəzasına məhkum edildi və ailəsinə xarici dünya ilə ünsiyyət icazəsi olmadan 10 il cəza verildiyi bildirildi. 1937-ci ilin yayında güllələnərək edam edildi.[6][7][8]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rusiya imperiyası dövrü

[redaktə | mənbəni redaktə et]

Petroqradda inqilabi hadisələr başlayan zaman gənc Çingiz hadisələrdən kənarda qalmamış və bolşeviklərə qoşulmuşdur. O, 1917-ci ilin 25 oktyabrında Qış Sarayının alınmasında iştirak etmiş, yenicə qurulan Sovet hakimiyyətində Millətlər Komissarlığında çalışmış, habelə, RSFSR Xalq Komissarları Sovetinin nəzdindəki müsəlmanlarla iş üzrə Büroya rəhbərlik etmişdir. Çingiz İldırım 1918-ci ildə Petroqradda ilk dəfə olaraq müsəlman hərbi eskadronu ("İldırımiyyə") yaratmışdır. Elə həmin dövrdə də Peterburq fəhlə və əsgər deputatları Sovetinə deputat seçilmişdir. 1918-ci ildə "Qızıl Şimal" və "Hürriyyət" ı qəzetlər nəşr etdirmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövrü

[redaktə | mənbəni redaktə et]

1919-cu ilin əvvəlində Çingiz İldırım Azərbaycana qayıtmış və Azərbaycan Xalq Cümhuriyyəti hökumətindən Azərbaycan Xalq Cümhuriyyəti donanmasının komandanı vəzifəsini almışdır. Qarabağ general-qubernatorluğu yanındakı Şuraya üzv təyin olunmuşdur.

1919-cu ilin avqustunda Çingiz İldırım artıq Bakı limanı rəisinin baş köməkçisi və eyni vaxtda da hərbi limanın rəis müavini olmuşdur. Bolşevik partiyasının tapşırığı ilə Bakıdan Rusiyaya neft daşımaq üçün Xüsusi dəniz ekspedisiyası təşkil etmişdir. 27 aprel gecəsi komandanlıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti donanmasından 3 rəngli Azərbaycan bayraqlarını çıxardaraq qırmızı bolşevik bayrağı asmışdır. Bolşeviklərə təslim olmaq istəməyən 6 min nəfərlik komandanlıq etdiyi və Bakını müdafiə etməli olan Azərbaycan Xalq Cümhuriyyəti ordusunu, top atəşləriylə Nargin adasında mühasirədə saxlayaraq bolşeviklərə təslim etmişdir. Öz hərbi rütbəsi və vəzifəsindən istifadə edərək Bayılda quraşdırılmış artilleriya sistemini sıradan çıxarmışdır. 28 aprel günü Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə: -"2 saata hakimiyyəti bolşeviklərə təhfil verməsəniz parlamenti başınıza yıxacağam!" adlı nota göndərərək 23 ay ömür sürmüş Müstəqil Azərbaycanın varlığına son qoylmasına yardım etmişdir.[9] Bakıda Sovet hakimiyyətinin qurulmasında əsas rollardan birini oynayan Çingiz İldırım aprelin 28-də elan olunan ilk Sovet hökumətində Hərbi və dəniz işləri üzrə Xalq komissarı təyin olunmuşdur.[4]

Çingiz İldırım aprelin 28-də elan olunan ilk Sovet hökumətində Hərbi və dəniz işləri üzrə Xalq komissarı təyin olunmuş və bu vəzifədə qısa müddət, iyunun 26-sına qədər çalışmışdır. Məhz onun sayəsində generallar Səməd Mehmandarov və Əliağa Şıxlinski Sovet hakimiyyəti ilə əməkdaşlığa razı olmuşlar. 1922-ci ildə Çingiz İldırım sənaye vergisi ("prednaloq") yığımı üzrə fövqəladə səlahiyyətli şəxs təyin olunmuşdur. Bakı-Culfa dəmir yolunun çəkilişinə rəhbərlik etmişdir. 1923–24-cü illərdə Bakı tramvayının (bu, SSRİ dövrünün ilk tramvayı idi.) tikintisində rəhbərlik edənlərdən biri olmuşdur. 1926-cı ildə isə Bakı-Sabunçu elektrik dəmiryolunun tikintisinə başçılıq etmişdir. (bu, SSRİ dövründə elektrikləşdirilmiş ilk dəmiryolu xətti idi.)

1928-ci ildə Çingiz İldırıma yeni vəzifə — poçt və teleqraf Xalq komissarı vəzifəsi tapşılırmışdır. 1 il sonra onun Azərbaycanda fəaliyyəti Moskvaya çağırılması ilə tamamlanmşdır. Onun böyük arzularından biri Daşkəsəndə metallurgiya kombinatının tikintisinə rəhbərlik etmək olmuşdur, lakin ona həmin dövrdə dünyanın ən iri metallurgiya zavodu olacaq "Maqnitka"nın (Maqnitoqorsk metallurgiya kombinatı) tikintisinə başçılıq etmək tapşılırmışdır.

  1. İşarəni dənizdən gözləyin (film, 1986)
  2. Cümhuriyyət generalları (film, 2006)
  1. 1 2 http://old.memo.ru/memory/communarka/chapt14.htm. Memorial.
  2. Аламдар Шахвердиев. Азербайджанские курды. Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine
  3. Həmid, Tural. "Azərbaycan kürdləri". AzLogos. 12 iyun 2020. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2021.
  4. 1 2 "Arxivlənmiş surət". 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21.
  5. http://www.azeribalasi.com/showthread.php/73770-Cingiz-Yldyrym
  6. "Начальник "Магнитки"" [Chief of Magnitka]. 2012-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-16.
  7. Bəzi mənbələrdə 1941-ci il
  8. "Arxivlənmiş surət". 2020-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-12.
  9. https://ok.ru/bilirsenmi/topic/63808242606173

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]