İldar Akmayev

İldar Akmayev (həmçinin İqor Qennadeviç; 3 avqust 1930, Moskva20 mart 2018[1]) — sovet və rus endokrenoloqu Rusiya Tibb Elmləri Akademiyasının akademiki, 2013-cü ildən Rusiya Elmlər Akademiyasının akademiki. Tibb Elmləri Bölməsi RAS. Rusiya Federasiyasının əməkdar elm xadimi (2001).

İldar Akmayev
Doğum tarixi 3 avqust 1930(1930-08-03)
Doğum yeri
Vəfat tarixi 20 mart 2018(2018-03-20) (87 yaşında)
Elm sahələri tibb, fiziologiya
Elmi dərəcəsi
Mükafatları Rusiya Federasiyasının əməkdar elm xadimi

Akmayev 1930-cu il 3 avqust tarixində Moskva şəhərində anadan olub. Anası Akmayeva Məryəm Belayevna (1908-1992) , atası Qəni Atmayevdir (1897—1964). Həyat yoldaşı Əkrəmova Dilarə (1938-ci il) tibb elmləri namizədi, Rusiya Dövlət Tibb Universitetinin tibb-biologiya fakültəsinin morfologiya kafedrasının dosenti olmuşdur. Oğlu Akmayev Rüstəm (1977-ci il) mama-ginekoloqdur. Viktoriya adlı nəvəsi vardır. (2001-ci il)

Akmayev İ.V.Stalin adına 2-ci Moskva Tibb İnstitutunun tibb fakültəsini fərqlənmə diplomu ilə bitirmiş (1955), sonra histologiya kafedrasında aspiranturada təhsil almış, 1959-cu ildə namizədlik dissertasiyası müdafiə etmişdir. SSRİ Tibb Elmləri Akademiyasının İnsan Morfologiyası İnstitutunun laboratoriyasında işləyib, SSRİ Tibb Elmləri Akademiyasının Eksperimental Endokrinologiya və Hormonlar Kimyası İnstitutunda laboratoriya müdiri vəzifəsinə təyin olunub.

1975-ci ildə biologiya elmləri doktorluğu dissertasiyasını müdafiə etmişdir. Tədqiqatın nəticəsində “Endokrin funksiyaların hipotalamik tənzimlənməsi mexanizmlərinin struktur əsasları” (1979), “Beynin amigdala kompleksi: funksional morfologiya və neyroendokrinologiya” (L.B.Kalimullina ilə həmmüəlliflik, 1993), “Hipotalamusun neyroimmunoendokrinologiyası” (V.V.Qrineviçlə həmmüəllif) monoqrafiyalarını və bir çox məqalələrini ərsəyə gətirmişdir.

İldar Akmayev 10 il Rusiya Tibb Elmləri Akademiyasının Endokrinologiya Mərkəzinin Eksperimental Endokrinologiya İnstitutuna rəhbərlik edib. 1988-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmiş, 1994-cü ildən Rusiya Tibb Elmləri Akademiyasının akademiki və Rusiya Tibb Elmləri Akademiyasının Biotibbi Elmlər Bölməsinin akademik-katibinin müavini olmuşdur.

2013-cü ildən Rusiya Elmlər Akademiyası Tibb Elmləri bölməsinin akademiki seçilmişdir.

1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

İldar Akmayev Xovan qəbiristanlığında dəfn olunmuşdur. [2]

  • Акмаев, Ильдар Ганиевич. Структурные основы механизмов гипоталамической регуляции эндокринных функций Текст. — М.: Наука, 1979. — 227 с. : ил.; 22 см.
  • Акмаев, Ильдар Ганиевич. Миндалевидный комплекс мозга: функциональная морфология и нейроэндокринология / Рос. АН, Ин-т биологии развития им. Н. К. Кольцова. — М.: Наука, 1993. — 270, с. : ил.; 22 см; ISBN 5-02-005736-3
  1. Акмаев Ильдар Ганиевич
  2. "АКМАЕВ Ильдар Ганиевич (1930 – 2018)". moscow-tombs.ru (rus). 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]