İlkin Cavanşirov (tam adı: İlkin Zülqədər oğlu Cavanşirov; 28 sentyabr 1933 – 23 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
İlkin Cavanşirov | |
---|---|
İlkin Zülqədər oğlu Cavanşirov | |
Doğum tarixi | |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | SSRİ |
Atası | Zülqədər |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Sürücü |
1933-cü il sentyabrın 28-də anadan olmuşdur. 2 nömrəli taksi maşınları parkında sürücü işləmişdir.[2]
Ailəli olmuş, 9 övladı yadigar qalmışdır: Zülqədər, Əsəd, Solmaz, Sona, Nüsrət, Sevda, Arif, Zaur, Elçin. Oğlu Əsəd İlkin oğlu Cavanşirov 1-ci Qarabağ müharibəsində Sərsəng istiqamətində mühasirəyə düşmüş, əsir düşməmək üçün özünü əl qumbarası ilə partladaraq həlak olmuşdur.[3]
O müdhiş gecə güllə səsləri eşidəndə eyvana çıxıb. Küçədəkilər qışqırıblar ki, əsgərlər dinc əhalini qırır. O, oğlu Nüsrəti götürüb getmək istəyəndə evdə soruşublar ki, hara gedirsən? Cavab verib ki, gedim, bəlkə kiməsə kömək lazımdır. Hadisənin şahidi olmuş oğlu Nüsrətin dili keçirdiyi şokdan bir müddət tutulmuş, dili açılandan sonra isə Nüsrət bunları demişdir:[4]:
Vurdular maşının içində... Vurdular... Evin tinində mənə rast gəldi. Dedim getmə, atışırlar. Qulaq asmadı. Mən də açıb dalı, oturdum. Yoldan bir adam da götürdü... Naxçıvan mehmanxanasının yanından keçəndə[1] qabaq şüşədən vurdular babanı. Yanımdakı kişini də vurdular. Mənim ürəyim getdi. Ayılanda gördüm ki, evə sarı qaçıram. Babanın yeri bilmədim nə oldu. |
09-67 AQB nömrəli taksi maşınında 18 güllə yeri olmuş, İlkin qolundan və başından yara almışdır. Yanvarın 23-də Semaşko adına təcili yardım xəstəxanasında aldığı xəsarətdən vəfat etmişdir.
Şəhidlər xiyabanında dəfn edilmişdir.
Tümendəki "Alma" kooperativinin İlkinin həlak olmasından məyus olmuş, İlkinin uşaqlarını həddi-buluğa çatanadək himayəyə götürmüşdür.
Bakı, Qorki küçəsi 7, mənzil 16.