İlkin Qəhrəmanzadə

İlkin Qəhrəmanzadə (İlkin Ramis oğlu Qəhrəmanzadə; 10 mart 1985, Birinci Şahsevən kəndi, Beyləqan rayonu) — Vətən müharibəsi iştirakçısı.

İlkin Qəhrəmanzadə
İlkin Ramis oğlu Qəhrəmanzadə
Şəxsi məlumatlar
Doğum tarixi (38 yaş)
Doğum yeri Birinci Şahsevən kəndi, Beyləqan rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Ramis Qəhrəmanzadə
Hərbi fəaliyyəti
Rütbə Baş leytenant
Döyüşlər Vətən Müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

İlkin Qəhrəmanzadə 10 mart 1985-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olubdur. 2002-ci ildə Birinci Şahsevən Gəray Əsədov adına 1 saylı tam orta məktəbi bitirmişdir. İlkin Qəhrəmanzadə Azərbaycan Universitetinin hüquq fakültəsi, hüquqşünaslıq ixtisası üzrə 2007-ci il məzunudur. 2007-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin zabitlərin hazırlıq kursuna daxil olubdur. Həmin kursu 2007-ci ilin oktyabr ayında bitirərək leytenant hərbi rütbəsi almışdır və N saylı hərbi hissədə Murov dağında xidmət etmişdir. 2009-cu ildə xidmətini başa vurduqdan sonra Beyləqan rayonunun Pambıq zavodunda işləmişdir. 2013-cü ildə Dövlət Qulluğunun müsabiqə və müsahibə mərhələllərini keçdikdən sonra Füzuli Hərbi Məhkəməsində Hakim köməkçisi vəzifəsinə təyin olunmuş və hal-hazırda orda çalışır.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, 3 övladı var.

Vətən müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

Vətən müharibəsinə leytenant hərbi rütbəsində könüllü iştirak etmişdir. Döyüşlərdə iştirakına görə Baş leytenant rütbəsi verilmişdir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

İlkin Qəhrəmanzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə”[1]“Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.a. 24 dekabr 2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-04.