İlok şəhərinin mühasirəsi

İlok şəhərinin mühasirəsi1526-cı ildə Moxaç səfəri dövründə Osmanlı imperiyası ilə Macarıstan krallığı arasında baş vermiş, nəticədə Parqalı İbrahim Paşanın komandanlığı altındakı türk ordusu şəhəri ələ keçirmişdi.

İlok şəhərinin mühasirəsi

Osmanlı-Macarıstan müharibələri
Moxaç səfəri
Qalanın indiki vəziyyəti
Qalanın indiki vəziyyəti
Tarix 1-8 avqust 1526
Səbəbi Dunay yolunun təhlükəsizliyi
Nəticəsi Osmanlı zəfəri
Münaqişə tərəfləri

 Osmanlı imperiyası

Macarıstan krallığı
Xorvatiya

Komandan(lar)

 Osmanlı imperiyası Parqalı İbrahim Paşa

.

Tərəflərin qüvvəsi

10,000-20,000

ən çoxu 3000

İtkilər

az

çox ağır

İyulun 27-də Petrovaradindən qalib ayrılan Parqalı İbrahim Paşanın komandanlığı altında olan Osmanlı ordusu, Dunay yolunu açmağa davam edərək 1 avqust cümə günü İloka gəldi və qalanı muhasirə altına aldı.

Təxminən qalanın içində 3000-dən az qarnizon var idi. Müdafiəçilər təslim çağırışını rədd etdikdə top atəşi açıldı və lağım qazıntıları başladı. Bir həftəlik müqavimətdən sonra Türk ordusu 8 avqust cümə günü qalanı ələ keçirdi.

Qalanın süqutu ilə, Dravada olan Osijek komandiri, şəhərin açarlarını 14 avqustda Parqalı İbrahim Paşaya gətirdi. Bunun üstünə padşah tərəfindən gələn əmrlə Türk ordusu Macarıstana girdi və əsas ordu ilə birləşdi.

  • Danişmend. Cilt II. İstanbul: Doğu Kütüphanesi. 1971. səh. 161. ISBN 9789944397704.
  • Nenad. "Slavonya". TDV İslam Ansiklopedisi. 2009. 2019-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-05.