Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 38 saat əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalə qaralama halındadır. |
İlqar Hacıyev — Hüquq elmləri namizədi, Ümumrusiya Azərbaycan Kongresinin (ÜAK) icracı direktoru, Moskvada Hüquq-mühafizə ilə əməkdaşlıq üzrə komissiyanın sədr müavini, Azərbaycan diasporunun nümayəndəsi, "Tərəqqi" medalı laureatı
İlqar Hacıyev | |
---|---|
İlqar Hümbət oğlu Hacıyev | |
Doğum tarixi | |
Doğum yeri | Bərdə, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Rusiya |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | |
Mükafatları |
İlqar Hümbət oğlu Hacıyev 1967-ci il avqustun 1- də Bərdə rayonunda anadan olmuşdur. Tikinti sahəsi üzrə orta ixtisas təhsili almışdır. 1993-1998-ci illərdə Moskva Dövlət Hüquq Akademiyasında oxumuş, sonra Rusiya XİN Diplomatik Akademiyasının beynəlxalq əlaqələr fakültəsinin dinləyicisi olmuşdur. Hüquq elmləri namizədidir. Əmək fəaliyyətinə təmir-tikinti idarəsində rəngsaz kimi başlamışdır. 1987-1997-ci illərdə Təmir-tikinti trestində çalışmışdır. 1991-1997-ci ildə "Safa", "Akvin", "Reksan" kiçik müəssisələrinin direktoru vəzifəsində işləmişdir. 1997-ci il aprelin 20-dən 1998-ci il aprelin 15-dək Hüquq məsləhətxanasında vəkil köməkçisi, 1998-ci aprelin 16-da isə Moskva Hüquq Mərkəzində vəkillər kollegiyasının üzvü olmuşdur. 1999-cu fevralın 24-dən Huquq məsləhətxanasında müdirdir. 2000-ci ildə Azərbaycanlıların Ümumrusiya Konqresinin Moskva regional şöbəsinin rəhbəri. 2000-2003-cü illərdə Rusiya Duması deputatının köməkçisi olub. 2007-ci ildə Moskvada Hüquq-mühafizə ilə əməkdaşlıq üzrə komissiyanın sədr müavini, 2008-ci ildə "Vahid Rusiya" Partiyasının üzvü olmuşdur. 2013-cü ildən Ümumrusiya Azərbaycan Kongresinin (ÜAK) icracı direktorudur.
2003-cü ildə Rusiya Vəkillər Gildiyası tərəfindən "Rusiyanın fəxri vəkili" adına layiq görülmüşdür. "Vətən tərəfdarı", "Vicdanlı və yüksək ixtisaslı əmək üçün" medalları ilə təltif olunmuşdur. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.