İltifat Lətifov

Lətifov İltifat 26 sentyabr 1948-ci ildə Azərbaycan Respublikasının Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakultəsinə daxil olmuş, bu ali məktəbi 1972-ci ildə bitirmişdir. 1974-cü ildə Azərbaycan Respublikasının Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki kimya İnstitutunda (QÜFK) aspiranturaya daxil olmuşdur. Dissertasiya işini yerinə yetirmək üçün SSRİ Elmlər Akademiyasının Elementüzvi birləşmələr İnstitutunda akademik A.N.Nesmeyanovun rəhbərlik etdiyi “Metalüzvi birləşmələr sintezi” laboratoriyasına ezam olunmuşdur. 1978-ci ildə “Dəmir və kobaltın ditsiklopentadienil komplekslərinin sintezi və fiziki-kimyəvi tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 1979-cu ildə Azərbaycan Respublikasının Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki kimya İnstitutuna (QÜFK) qayıtdıqdan sonra keçid metalların yeni tsiklopentadienil kompleksləri əsasında işığa həssas kompozisiyaların yaradılması və bu komplekslərin elektron və fəza quruluşlarının öyrənilməsi istiqamətində elmi işini davam etdirmişdir. 1979-1986-cı illərdə QÜFK İnstitutunda mühəndis, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1986-cı ildən sektor və laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1990-cı ildə Leninqrad şəhərində “Keçid metalların bir- və ikinüvəli tsiklopentadienil komplekslərinin quruluşunda və reaksiyayagirmə qabiliyyətində elektron və fəza effektləri” mövzusu üzrə doktorluq dissertasiyasını müdəfiə ederək kimya elmləri doktoru elmi dərəcəsi almışdır.O, 1999-2002, 2004-2006, 2010-2012 və 2013–2014 illər ərzində Ali Attestasiya Komissiyasının kimya ixtisası üzrə ekspert şurasının üzvü olmuşdur.2014-cü ildən hal-hazıradək AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Keçid metalların metalüzvi birləşmələri” laboratoriyasının müdiri vəzifəsini icra edir.

Lətifov İltifat
Lətifov İltifat Urşan oğlu
200 px
200 px
Doğum tarixi (75 yaş)
Doğum yeri Ləki qəsəbəsi, Ağdaş rayonu Azərbaycan,
Şablon:AzMR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi Kimyaçı
Elmi dərəcəsi Kimya elmləri doktoru (1990)
İş yerləri Akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

Həyatı[redaktə | mənbəni redaktə et]

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Lətifov İltifat Urşan oğlu metal-üzvi birləşmələr kimyası üzrə yüksək ixtisaslı mütəxəssisdir. Onun elmi istiqaməti keçid metalların (Mn, Re, Fe, Co, Rh, Cr, Mo, W) bir- və ikinüvəli alkiltsiklopentadienil və alkiltsiklopentadienilkarbonil komplekslərinin alınması, onların quruluş və çevrilmələrində alkil və karbonil qruplarının elektron və fəza qarşılıqlı təsirlərinin tədqiqini əhatə edir. Bu növ metal-üzvi birləşmələrin tədqiqi məqsədi ilə o, əlavə məlumat mənbəyi kimi müxtəlif tip metiltsiklopentadienil komplekslərinin 26 homoloji sıralarını təşkil edən 156 yeni birləşməni sintez etmiş, onları müasir fiziki-kimyəvi üsullarla tədqiq etmişdir.Belə ki, onun tərəfindən:1) sendviç tipli komplekslərdə həm bir tsiklopentadienil (Cp) həlqəsi daxilində, həm də müxtəlif tsiklopentadienil həlqələrində yerləşmiş metil qrupları arasında fəza qarşılıqlı təsirinin olması müəyyən edilərək, Nüvə Maqnit Rezonans üsulu ilə kəmiyyətcə xarakterizə edilmişdir; 2) bir- və ikinüvəli tsiklopentadienilkarbonil komplekslərində dativ (M)d→pi*(CO) qarşılıqlı təsirinin xüsusiyyətləri müəyyənləşdirilmiş və bu xüsusiyyətlər metalın yükü, M(CO)2 və M(CO)3 fraqmentlərinin həndəsi formalarının müxtəlifliyi, metal atomunun dövri sistemdə keçid metalların I, II və ya III sıralarına mənsubluğu ilə, həmçinin homoloji sıralar üzrə (Cp)pi→d(M) donor-akseptor qarşılıqlı təsirinin artması ilə əlaqələndirilmişdir.Tədqiqatlar nəticəsində əldə olunmuş məlumatlar birnüvəli sendviç və yarımsendviç, həmçinin ikinüvəli tsiklopentadienil birləşmələrin molekulyar və kristallik quruluşlarında, həmçinin onların reaksiyayagirmə qabiliyyətində müşahidə olunan xüsusiyyətlərin izah olunmasında istifadə edilmişdir. Eyni zamanda, alkil qruplarının köməyi ilə bu tip birləşmələrin elektron quruluşları haqqında əldə olunmuş və daha dəqiqləşdirilmiş məlumatlar polimetilferrosenlər əsasında yaradılmış işığahəssas kompozisiyaların və dönər elektrokimyəvi elektrodların işlənib hazırlanmasında məqsədyönlü şəkildə istifadə edilmişdir.

Elmlər doktoru Lətifov İltifat Urşan oğlunun apardığı tədqiqatlar 80 elmi əsərdə öz əksini tapmışdır. Bunlardan 53-ü məqalə, 20-si tezis, 4-ü müəlliflik şahədətnaməsi və 1-i patentdir. Əsərlərinin 21-i əsasən Hollandiya və Almaniyada nəşr edilən jurnal və konfrans materiallarında dərc edilmişdir.İ.U.Lətifovun rəhbərliyi ilə 3 namizədlik dissertasiya işi və 1 magistr dissertasiya işi müdafiə edilmişdir.


Elmi əsərlər[redaktə | mənbəni redaktə et]

1. И.Р.Лятифов, Э.А. Агаева, С.Г.Мамедова, Г.М.Джафаров, С.Р.Мирзабекова // Синтез и краткая спектроскопическая характеристика гомологов бис- (полиметилциклопента¬ди¬енил-молибден дикарбонила) // Химические проблемы № 1, 2011, стр.169–173

2. И.Р.Лятифов, Р.М.Салимов, Г.М.Джафаров, И.Г.Мамедов, А.Б.Оруджева // Различия в магнитном экранировании ядер 13С(СО) и 17О(СО) в полиметилциклопентади¬-енилкарбониль¬ных комплексах переходных металлов – (CH3)nC5H5–nМn(CO)3, [(CH3)nC5H5–nFe(CO)3]+, (CH3)nC5H5–nCo(CO)2 и (CH3)nC5H5–nRe(CO)3 , (n=0–5) // Вестник БГУ № 4, 2011, стр.28–36

3. И.Р.Лятифов, Р.М.Салимов, Г.М.Джафаров, И.Г.Мамедов, А.Б.Оруджева // Конформационные взаимодействия метильных групп в несимметрично замещенных метилметаллоценах [(CH3)nC5H5–nМC5H5] (М=Fe,Co+,Rh+, n=1–5) // Вестник БГУ № 3, 2013, стр.5–10

4. И.Р.Лятифов, Р.М.Салимов, Г.М.Джафаров, И.Г.Мамедов, С.Г.Мамедова // Конформационные взаимодействия метильных групп в гомологах цикло¬пен¬та¬диенильного аниона [(CH3)nC5H5–n]Na (n=1–5).// Химические проблемы № 2, 2014, стр.179–183

5.Н.З.Ибрагимова, И.Г.Мамедов, Г.М.Джафаров, Р.М.Cалимов, И.У.Лятифов // Полиметилферроцены и соответствующие им катионы полиметилферрициния.// Вестник БГУ, серия естественные науки 2016 №1 стр. 27–32

6.Н.З.Ибрагимова, И.Г.Мамедов, Г.М.Джафаров, Р.М.Cалимов, И.У.Лятифов // 1Н ЯМР-исследование диамагнитного 1,2,4,1′,2′,4′-гексаметилферроцена,парамагнитного гексафторфосфата 1,2,4,1′,2′,4′-гексаметилферрициния и электронного обмена между ними // Химические проблемы 2017, №1 стр. 51–58