Ləki qəsəbəsi

LəkiAzərbaycan Respublikasının Ağdaş rayonunun Ləki qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1]

Ləki
40°33′17″ şm. e. 47°25′38″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Ləki xəritədə
Ləki
Ləki

Qəsəbənin adı Lək adlı Oğuz qəbiləsindən gəlir. Tatarıstanda da eyniadlı kənd mövcuddur.[2]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Ləki qəsəbəsi Bakı-Tbilisi dəmir yolu magistralının və Bakı-Qazax şose yolunun üzərində yerləşir. Həm Ağdaşın, həm də Qəbələ rayonunun müəssisə və təsərrüfatlarının ünvanlarına gələn poçt, tikinti materialları və müxtəlif əşya və avadanlıqlar Ləki dəmiryol stansiyasında qəbul edilib sahiblərinə çatdırıldığından, Ləki həm də, bu iki rayonun giriş qapısı hesab edilir.

Qəsəbədə 1883-cü ildə əsası qoyulan dəmiryol stansiyası, Ləki pambıqtəmizləmə zavodu, qabların sinkləşdirilməsi zavodu, gübrə zavodu, habelə neft məhsulları bazası, taxıl qəbulu məntəqəsi, orta məktəb, yeddi illik uşaq musiqi məktəbi, iki uşaq bağçası, poliklinika, və sair ictimai-iaşə və məişət obyektləri yerləşir.

1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən inzibati cəhətdən Bakı quberniyasının Ərəş qəzasına daxil olan Ləki kəndində əsasən etnik azərbaycanlılardan[3] ibarət hər iki cinsdən toplam 2.601 nəfər əhali yaşayırdı.[4]

Hazırda Ləki qəsəbəsinin əhalisinin sayı 3900 nəfərdən çoxdur. Əhalinin 98 %-indən çoxunu azərbaycanlılar, qalanını isə ləzgi, rus və s. millətlər təşkil edir. Qəsəbə əhalisi Ağdaş rayonunu əhalisinin 4.04 faizini təşkil edir. Əhalinin 1897 nəfəri kişi, 2005 nəfəri isə qadındır. Əhali aqrar sektorda və xidmət sahələrində çalışır. Son dövrün aqrar islahatları əhalinin rifahını yaxşılaşdırsa da, işsizlik səviyyəsi yüksək olaraq qalır.

İqlimi mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Yay aylarında orta temperatur 25-35 dərəcə arasında dəyişir və havalar adətən quraq keçir. Yaz fəslində mülayim olan hava qışda şaxta ilə səciyyəvidir. Orta qış temperaturu -4-dən +10 dərəcəyə qədər dəyişir. 2008-ci ilin yanvar-fevral aylarında Ləki qəsəbəsində son 20 ilin ən soyuq şaxtalı havası müşahidə olunmuşdur (-15 dərəcə).

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Məmmədov Ceyhun Aslan oğlu (1973–1991)
  • Mustafayev Mətləb Paşa oğlu (1960–1992)
  • Məmmədov Şahin Niyazi oğlu (1967–1993)
  • Kərimov Ceyhun Kərim oğlu (1975–1994)
  • Elman Əliyev
  • Anar İsrəfilov (1990–2020)

Ləki qəsəbəsinin əsas küçələri:

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Sarmanov bələdiyyə rayonunun yaranma tarixi". 2019-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
  3. Qeyd: mənbədə tatarlar olaraq göstəriliblər.
  4. "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 153

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]