Bu məqaləni vikiləşdirmək lazımdır. |
Salayev İltifat Saleh oğlu (10 iyun 1935, Boladı, Lənkəran rayonu) — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü.
İltifat Saleh | |
---|---|
İltifat Saleh oğlu Salayev | |
Doğum tarixi | |
Doğum yeri | Boladı, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | şair |
İltifat Saleh 1935-ci il iyunun 10-da Azərbaycanın Lənkəran rayonunun Boladi kəndində kolxozçu ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1954). ADPİ-nin tarix-fılologiya fakültəsində təhsil almışdır (1956–1961).
Əmək fəaliyyətinə Lənkəran rayonunda, Port-İliç şəhər orta məktəbində müəllim kimi başlamışdır (1961–1971). Eyni zamanda Mərkəzi Dövlət arxivinin Lənkəran filialının əməkdaşı olmuşdur (1968–71). Lənkəran rayon zəhmətkeş deputatları sovetinin sədr müavini (1971–1975), Port-İliç şəhər zəhmətkeş deputatları sovetinin sədri (1975–1977), tarix və mədəniyyət abidələrini Könüllü Mühafızə Cəmiyyəti Lənkəran şöbəsinin təlimatçısı (1977–1978), Lənkəran rayon radio verilişlərinin redaktoru (1978), məsul redaktoru (1978–1987) vəzifələrində çalışmışdır.
Hazırda Port-İliç şəhər orta məktəbində tədris hissəsi üzrə müdir müavini işləyir (1987-ci ildən). Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölgəsi üzrə məsul katibidir (1995-ci ildən).
1960-cı ildən mətbuatda öz şerləri ilə çıxış edir. "Zənglərin səsi" (1989) və "Sənə demədiklərim" (1996) şerlər toplusu nəşr olunmuşdur. "Sabir poeziyası" və "Azərbaycan" almanaxlarında şeirləri çap edilmişdir.