İlya Qrişunin (d. 17 fevral 1989) — Azərbaycanı təmsil edən Rusiya əsilli batut gimnastı. İlya Qrişunin 2015-ci ildə I Avropa Oyunlarında bürünc medal qazanıb. İlya Qrişunin 2015-ci ildə həm də "Tərəqqi" medalına layiq görülüb.
İlya Qrişunin | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | İlya Vladimir oğlu Qrişunin | ||||||||||
Vətəndaşlığı | Rusiya | ||||||||||
Doğum tarixi | |||||||||||
Doğum yeri | Tolyatti, Rusiya | ||||||||||
İdman növü | Batut Gimnastikası | ||||||||||
Medallar
|
İlya Qrişunin 1989-cu il 17 fevralda Rusiyanın Tolyatti şəhərində anadan olub. 1997-ci ildən idmanla məşğul olan İlya Qrişunin ali təhsilini Kuban Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetində alıb.
İlya Qrişunin 2015-ci ildə Azərbaycanı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında təmsil etdi. Sinxron hərəkətlərdə İlya Qrişunin və Oleq Piunov 54.400 xal ilə təsnifat mərhələsində 10 idmançı arasında 9-cu yeri tutdu. Fərdi hərəkətlərdə isə İlya Qrişunin 58.765 xal ilə finalda 6 idmançı arasında 3-cü yeri tutdu və I Avropa Oyunlarının bürünc medalını qazandı..
İlya Qrişunin 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.