İlya Lvoviç Selvinski (1920-ci illərdə Elliy-Karl və İlya-Karl Selvinski təxəllüsünü istifadə etmişdir, müharibə dövrünün sənədlərində – İlya-Karl Lvoviç; 1899–1968)– 12 (24) oktyabr 1899[1] və ya 24 oktyabr 1899[2], Simferopol[3] – 22 mart 1968[3][4][…], Moskva[3])— krımçak mənşəli rus-sovet şairi. Həmçinin dramaturq və nasir kimi fəaliyyət göstərib. Konstruktivistlər ədəbi mərkəzinin təsisçisi və rəhbəri.
İlya Selvinski | |
---|---|
İlya Lvoviç Selvinski | |
Doğum tarixi | 12 (24) oktyabr 1899[1] və ya 24 oktyabr 1899[2] |
Doğum yeri |
|
Vəfat tarixi | 22 mart 1968[3][4][…] (68 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | rus dili |
İstiqamət | sosialist realizmi |
Janrlar | şeir |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
İlya Selvinski (anadan olanda Selevinski)1899-cu il 12(24) oktyabrda Simferopolda türk soylu krımçak ailəsində dünyaya göz açmışdır. Babası Elya(Elioqu) Şelevinski Fanaqoriya alayının kantonisti olub. Atası Leyba Elşaeloviç Selevinski (gündəlik həyatda Lev İliç və Lev Solomonoviç; ?–1923, Moskva), 1877-ci ildə Rus-türk müharibəsində iştirak etmiş, sonralar dəri və xəz ticarəti ilə məşğul olmuşdur. Anası – Nadejda(Nexa) Lvovna Selvinskaya (1856–1938), külü Yeni Donski qəbiristanlığında dəfn edilmişdir. İlya Lvoviçin avtobioqrafiyasında(1967) da qeyd olunduğu kimi onun atası "xəzçi idi, sonra isə kürkçüyə çevrildi". 1905-ci ildə süqut edən dalğalardan qaçan ana, kiçik oğlu və qızları ilə birgə İstanbula getməli olur. Burada 1905–1906-cı illərdə İlya fransız katolik missiyasında, sonra Edikulda bir ərəb məktəbində oxuyur, bir neçə ay sonra isə Simferopola qayıdırlar. 1909-cu ilin ortalarında ailə Odessaya köçür, İlya burada dövlət məktəbinə daxil olur. 1911-ci ilin avqustunda onlar Yevpatoriyaya köçürlər, burada İlya dörd illik şəhər ibtidai məktəbinə daxil olur və 1915–1919-cu illərdə Yevpatoriya kişi gimnaziyasında təhsilini davam etdirir. 1915-ci ildən əsərlərini (xüsusən "Yevpatoriya xəbərləri" qəzetində) çap etməyə başlayır. 1919-cu ildə orta məktəbi bitirdikdən sonra yayı otlaqda və şaxtada keçirir, payızda isə Taurida Universitetinin Tibb fakültəsinə daxil olur, bir müddət sonra təhsilini dayandırır, Taurida konserv zavodunda işçi kimi fəaliyyətə başlayır. 1920-ci ildə zavodda işləməklə yanaşı, günlük əmək fəaliyyəti ilə məşğul olur və Taurida Universitetinə, lakin bu dəfə hüquq fakültəsinə qayıdır. İnqilab illərində inqilabi hərəkatın iştirakçısı, Sevastopol həbsxanasının məhbusu olmuşdur. Bir çox peşələrdə özünü sınamışdır(yükdaşıyan, model, müsahibəçi, sirk güləşçisi və s. kimi işləyib). 1921-ci ilin yayında bacısı Henrietta Lvovna Konverin(1887–1958) yanına Moskvaya köçür və Moskva Universitetinin sosial elmlər fakültəsinə qəbul alaraq, təhsilini orada davam etdirir. Həyat yoldaşı ilə bacısıgildə, Böyük Kozinski küçəsi, ev № 2, mənzil 3-də yaşayır. 1923-cü ildə Selvinski 1-ci Moskva Dövlət Universitetinin Sosial Elmlər fakültəsini bitirir. Konstruktivistlər qrupunun faktiki lideri. !926-cı ildə ilk şeirlər toplusunu nəşr etdirir. 1920-ci illərin sonunda təcrübi epik poemalar qələmə alır. 1920-ci ilin ortalarında məşhur eksentrik müğənni və şanson ifaçısı Mixail Savoyarov İlya Selvinskinin təcrübi "solçu" şeirləri və poemaları ilə öz konsertlərində çıxış etmişdir. O, xüsusilə Siney Bluz teatrının kostyumu və estetikası ilə musiqi müşayəti altında "Ulyalayevşina" poemasını oxuyurdu (bəzən hətta ifa edirdi). 1927–1930-cu illərdə İlya Selvinski Vladimir Mayakovski ilə kəskin publisistik polemika aparırdı. 1930-cu ildə peşimanlıq ifadələri ilə çıxış edir. Elə həmin vaxtlarda avtovioqrafiyasında da qeyd olunduğu kimi "elektrozavodda qaynaqçı" işləməyə gedir.
1930-cu illərin əvvəllərində Selvinski avanqard üslublu nəzmlə dramlar yazmışdır. 1933–1934-cü illərdə "Çeylyuskin" paraxondunda O. Y. Şmidtin rəhbərlik etdiyi "Pravda" ekspedisiyasının müxbiri olmuşdur, lakin sürüşmə və qışlaqda iştirak etməmişdir: 8 nəfərlik bir qrupla O. Kolyuçin dayanacağında sahilə çıxdı və çukçalarla birgə itlərlə Arktik okeanın buzundan və tundradan keçərək Dejneva kapesinə qədər gedir. 1937-ci ildə Selvinskiyə qarşı sarsıdıcı partiya qətnamələri çıxır: 21 aprel 1937-ci ildə– onun "Umka – Qütb ayısı" pyesinə qarşı Siyasi bürosunun qətnaməsi, 4 avqust 1939-cu ildə isə Təşkilat bürosunun "Oktyabr" jurnalı haqda və "bədiiliyə zidd və zərərli " adlandırlan Selvinskinin şeirləri haqda qətnaməsi. 1937-ci ildən o nəzmlə tarixi dramlar yazır.
1941-ci ildən VKP(b) üzvüdür. 1941-ci ildən Qırmızı Ordu sıralarında əvvəlcə batalyon komissarı, sonra isə podpolkovnik rütbəsi ilə cəbhədə olmuşdur. Xalq Batayətrafında iki kontuziya və bir ağır yara almışdır. Müdafiə Komissarlığının müavini Krım cəbhəsinin mahnısına çevrilən "Krımsayağı mübarizə" mahnısının sözlərinə görə qızıl saatla təltif edilmişdir. 1943-cü ilin noyabrının sonunda Selvinskini Krımdan Moskvaya çağırırlar. Onu "zərərli" və "qeyri-bədii" əsərlər yazdığına görə görə tənqid edirdilər. Hesab olunur ki, o almanların qurbanına çevrilmiş yəhudilər haqda "yanlış" danışıb. Digər versiyaya görə Selvinskinin tamamilə zərərsiz şeiri "Rusiya kimə beşik olub…" (1943) həssaslıqla Stalinin karikaturalı təsvirini görüblər("eybəcər" sözü altında). Ordudan tərxis olundu. Benedikt Sarnov bu hadisəni belə təsvir edir: Hadisə 10 fevral 1944-cü ildə baş verir.<…> SKVKP(b) katibliyinin iclası gedir. <…> İlya Selvinskinin "ideyaca cılız" olan "Rusiya kimə beşik olub" şeiri müzakirə olunurdu. Gözlənilmədən iclas zalında Stalin peyda olur və şairi saxtalaşdıranlara işarə edərək belə bir replika atır: –Bu adamla diqqətli davranmaq lazımdır, Trotski və Buxarin onu çox sevirdilər. Görünür, onu bağışladılar. Selvinski yenidən cəbhəyə dönməyə can atırdı. Nəhayət, 1945-ci ildə onun istəyi nəzərə alınmış, o rütbəsinə yenidən bərpa olunmuşdur.
İlya Selvinski 1950-ci illərdə öz yaradıcılığının əvvəlinə qayıdır və 1920-ci illərin əsərlərinin yeni nəşrlərini etdirir. O, 22 mart 1968-ci ildə vəfat etmiş, Moskvada Novodeviçye məzarlığında dəfn olunmuşdur (küçə № 7).
Şairin şərəfinə Simferopol şəhərinin Kiyev rayonunda küçə adlandırılıb. 1989-cu ildə Boldarnıy küçəsi № 2 ünvanında Krım diyarşünaslıq muzeyinin Simferopoldakı şöbəsində İ. Selvinskinin ev muzeyi yaradılıb. 1993-cü ildə Evpatoriya şəhərində İ. Selvinskinin təhsil aldığı gimnaziyaya onun adı verilib.