İsmayıllı İlyas İsmiyar oğlu (10 mart 1989, Sumqayıt) — Azərbaycan Skautlar Assosiasiyasının prezidenti, Prezident mükafatçısı.
İlyas İsmayıllı | |
---|---|
Doğum tarixi | 10 mart 1989 (33 yaş) |
Doğum yeri |
1989-cu il martın 10-da Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə Bakıdakı 291 nömrəli "Araz" ekologiya liseyini bitirib, həmin il Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 2009-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 2009–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2010-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin kommersiya hüququ ixtisasına qəbul olunub və 2012-ci ildə həmin fakültəni bitirib.
2006–2009-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının üzvü olub. 2006-cı ildən Azərbaycan Skautlar Assosiasiyasının Beynəlxalq Komissarının köməkçisi, 2009–2012-ci illərdə Azərbaycan Skautlar Assosiasiyasının beynəlxalq komissarı vəzifəsinə seçilib. 2006-cı ildə Misirdə təşkil olunan mədəni mübadilə proqramında iştirak edib, 2007-ci ildə İngiltərədə keçirilən Dünya Skautlarının toplantısında Azərbaycan kontingentinin komanda lideri təyin edilib. 2007-ci ildə Avrasiya Skaut Regionunun konfransında, 2008-ci ildə Ümumdünya Skaut Konfransında nümayəndə kimi iştirak edib, Avrasiya regionu adından hesablama palatasına üzv seçilib. Azərbaycan — Norveç skautları arasında əməkdaşlığın koordinatoru (2008–2009), Azərbaycan — Türkiyə skautları arasında əməkdaşlığın koordinatoru (2008–2013) seçilib. Müxtəlif illərdə ayrı-ayrı ölkələrdə keçirilmiş skaut konfranslarında iştirak edib. 2012-ci il dekabrın 28-də Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri seçilib. İlyas İsmayıllı bir sıra yerli və beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil edib.