Azərbaycan Skautlar Assosiasiyası

Azərbaycan Skautlar Assosiasiyası — Azərbaycan skautlarını birləşdirən assosiasiya.

Azərbaycan Skautlar Assosiasiyası
ASA
The Association of Scouts of Azerbaijan
Növü Qeyri-hökumət təşkilatı
Yaranma tarixi 11 oktyabr 1997
Rəsmi dili Azərbaycan dili
Mərkəzi Azərbaycan Azərbaycan
Sədr İlyas İsmayıllı
Üzvləri 1750 nəfərdən çox (2022)

www.scout.az

Azərbaycan Skautlar Assosiasiyasının Himni

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Skautlar Assosiasiyası (ASA) 1997-ci il 11 oktyabr tarixində təsis olunmuşdur və 2000-ci il 20 avqustda Ümumdünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilmişdir.[1]ASA öz fəaliyyətini Ümumdünya Skaut Hərəkatı Təşkilatının məqsədi, prinsipləri, qanunları və qaydalarına əsasən qurmuşdur. Onun başlıca məqsədi öz ölkəsinin gənclərinin tərbiyyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına kömək göstərməkdir. Bundan başqa, skaut kamplar zamanı skautlar qeyri-adi vəziyyətlərdən çıxış üsullarını, dağçılıq və s. bu kimi idman sahələrinin müasir avadanlıqlarından istifadə və yaralıya ilk tibbi yardım göstərmək qaydalarını öyrənirlər. Eyni zamanda respublikada skautlar xarici ölkələrdə keçirilən beynəlxalq gənclər tədbirlərində, kamplarda, təlim kurslarında, konfranslarda, iclaslarda iştirak etmişdir. Böyük Britaniyada "Qilverd Park" təlim mərkəzində Skaut üzvləri üçün təlim kurslarını başa vurmuş, Meksikada keçirilən skaut liderlərinin XI Ümumdünya toplantısında iştirak etmiş, ABŞ, İsveçrə, Polşa, Yunanıstan, Macarıstan, Fransa, Rusiya, Belarusiya, Gürcüstan, Almaniya, Birləşmiş Ərəb Əmirliklərində, Misirdə, Türkiyədə və digər ölkələrdə gənclərin beynəlxalq düşərgələrində birgə tədbirlərə qatılmışlar. Assosiasiya üzvləri ənənəvi olaraq hər ilin payızında internetdə və radioda gənclərin ümumdünya toplantısında iştirak edir.[2] 2023-cü ilin 1-12 avqust tarixlərində Azərbaycanlı Skautlar Koreyada keçirilən 25-ci Dünya Skaut Jamboree festivalında, [3] 2023-cü ilin sentyabr ayının 16-sından 22-dək Küveytdə, Ərəb Planlaşdırma İnstitutunda keçirilən beynəlxalq forumda iştirak ediblər. [4][5]

Tədbirlər[redaktə | mənbəni redaktə et]

  • Bakı 41-ci Dünya Skaut Konfransı[6][7][8][9][10]
  • Bakı 13-cü Dünya Skaut Forumu[11][12][13][14]
  • Wood Badge Layihəsi – Azərbaycan Skautlarının Ustadlıq Proqramı.Bu proqram skautların ən yüksək dərəcəli təlim proqramıdır və Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramının daxilində həyata keçirilir.[15][16][17][18][19][20]

Emblemi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Skautlar Assosiasiyasının emblemi 1997-ci ildə təsdiq edilmişdir və Azərbaycan Respublikasının üç rəngli Dövlət Bayrağının rəmzi olaraq üç ləçəyi göy, yaşıl, qırmızı rənglər ilə boyanmış zanbaq gülüdür. Zanbaq gülünün üç ləçəyi skaut andının üç prinsipini, beşguşəli ulduz isə həqiqət, biliklərə doğru irəliləməyi və skaut hərəkatının 10 qanununu ifadə edir. Riflənmiş kəndirlə əhatə olunmuş zanbaq Skaut Hərəkatının beynəlxalq nişanının əsas elementi olaraq Milli Skaut Hərəkatının Beynəlxalq hərəkat ilə vəhdətini və Azərbaycan skautlarının bütün dünya skautları ilə qardaşlığını ifadə edir.

Struktur[redaktə | mənbəni redaktə et]

İdarə Heyəti (Milli Komitə)

2022-2024

  • İlyas İsmayıllı (Sədr)
  • Sərxan Hacıyev
  • Emin Babayev
  • Ülkər Xanlarova
  • Zamin Məmmədov
  • Qoşqar Qurbanov
  • Orucəli Abbaszadə

Ülvi Məmmədov (Baş Katib) (2020-h.h.)

2018-2021 [21][22]

  • Emin Babayev (Sədr)
  • Zamin Məmmədov
  • Xəqani Məmmədov
  • Hüseyn Hüseynov
  • Rüfət Əsədzadə
  • Orxan Nuri
  • Ülkər Xanlarova

Fəqan Hüseynov (Baş Katib) (2018-2019)

Ülvi Məmmədov (Baş Katib vəzifəsini müvəqqəti icra edən) (2019-2022)

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Skautlar Assosiasiyası (ASA)" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
  2. "Azərbaycan Skautlar Assosiasiyası (ASA)" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
  3. "Azərbaycanlı Skautlar Koreyada keçirilən 25-ci Dünya Skaut Jamboree festivalında iştirak ediblər". https://nayora.org/ (ingilis). 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  4. "ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Skautlarımız Küveyt forumunda iştirak edirlər". edebiyyatveincesenet.az (az.). 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  5. "Azərbaycan skautları Küveytdə beynəlxalq forumda iştirak edib". Avrasiya.Net (rus). 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  6. "Bakıda 41-ci Dünya Skaut Konfransı öz işinə başlayıb VİDEO" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
  7. "Bakıda 41-ci Ümumdünya Skaut konfransı başlayıb" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
  8. "Ümumdünya Skaut Konfransı ilk dəfə Azərbaycanda" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
  9. "Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı işini yekunlaşdırdı" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
  10. "Bu il Azərbaycan 41-ci Ümumdünya Skaut konfransına ev sahibliyi edir" (az.). İstifadə tarixi: 11-03-2022.
  11. "13-cü Dünya Skaut Gənclər Forumu keçirilir" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
  12. "Azərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu keçirilir" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
  13. "Azərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu keçirilir" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
  14. "Azərbaycan 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransına ev sahibliyi edəcək" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
  15. "Azərbaycanda ilk dəfə "Wood Badge" beynəlxalq proqram həyata keçirilir" (az.). Archived from the original on 2022-03-12. İstifadə tarixi: 12-03-2022.
  16. "Azərbaycan Skautlarının Milli Təlim Proqramının liderlik kurslarına start verilib" (az.). Archived from the original on 2022-03-12. İstifadə tarixi: 12-03-2022.
  17. "Azərbaycanda ilk dəfə "Wood Badge" beynəlxalq tədbiri həyata keçirilir" (az.). Archived from the original on 2022-03-12. İstifadə tarixi: 12-03-2022.
  18. "Azərbaycanda ilk dəfə "Wood Badge" beynəlxalq proqram həyata keçirilir" (az.). Archived from the original on 2022-03-12. İstifadə tarixi: 11-03-2022.
  19. "Azərbaycanda ilk dəfə "Wood Badge" beynəlxalq tədbiri həyata keçirilir" (az.). Archived from the original on 2022-03-12. İstifadə tarixi: 12-03-2022.
  20. [Bu proqram skautların ən yüksək dərəcəli təlim proqramıdır və Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramının daxilində həyata keçirilir. "Azərbaycanda ilk dəfə "Wood Badge" beynəlxalq proqram həyata keçirilir"] (#bad_url) (az.). İstifadə tarixi: 12-03-2022.
  21. "Struktur" (az.). Archived from the original on 2022-03-11. İstifadə tarixi: 11-03-2022.
  22. "Azərbaycan Skautlar Assosiasiyasına yeni sədr seçilib" (az.). Archived from the original on 2022-03-12. İstifadə tarixi: 11-03-2022.