İlyas peyğəmbər

Qur`ani-Kərimdə iki yerdə İlyasın adı gəlib, biri "Ən`am" surəsində, o birisi isə "Saffat" surəsində. "Ənam" surəsində Allah taala buyurur:

İlyas
ivr.אליהו‏‎
Doğum tarixi ehtimal ki, e.ə. 904[1]
Doğum yeri
  • ehtimal ki,
Vəfat tarixi ehtimal ki, e.ə. 850[1]
Xatirə günü 20 iyul
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

-"Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə qovuşdurduq). Onların hamısı buna layiqli idilər.

"Saffat" surəsində buyurur:

-"Həqiqətən, İlyas da (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir! Bir zaman o öz tayfasına belə demişdi: -"Siz (bütlərə ibadət etməklə) Allahdan qorxmursunuz? Siz yaradanların ən yaxşısını (Allahı) qoyub Bələ (Bəl adlı bütə) ibadət edirsiniz? Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan Allahı (tərk edirsiniz)?" Lakin onlar onu təkzib etdilər, buna görə də (Qiyamət günü Cəhənnəmə) gətiriləcəklər. Yalnız Allahın xalis bəndələrindən başqa! Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər:) "İlyasinə (İlyasa) salam olsun!" Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi! Həqiqətən, Lut da peyğəmbərlərdəndir!

Amma Qur`ani-Kərimdə İlya haqqında bir söz açılmayıb. Ola bilsin ki, İlya həmin İlyas peyğəmbərdir. Alimlərin çoxu bu ehtimalı veriblər.

İlyas haqqında da müxtəlif sözlərlə rastlaşırlar. İbni Məs`ud deyir ki, İlyas həmin İdris peyğəmbərdir. Vəhb isə deyir ki, İlyas Zulkifldir. İbni Abbasın dediyinə görə isə İlyas Xızır peyğəmbərin adlarından biridir. Başqa bir kitabda İbni Abbasdan belə nəql olunur: "İlyas Bəni-İsrail peyğəmbərlərindən biridir. O, Harun ibni İmranın övladlarından və Yəsə`in əmisi oğludur. Onun nəsəbi belədir: İlyas ibni Yasin ibni Fənhas ibni Əyzar ibni Harun ibni İmran.

Həzrətin əhvalatını belə qələmə alıblar: O, Hüzqeyldən sonra peyğəmbər oldu. Bu da Bəni-İsrailin başına gələn acı hadisələrlə təsadüf edirdi. Təbərsinin "Məcməül-bəyan" kitabında nəql etdiyinə görə, Yuşə ibni Nun Şamı fəth edəndən sonra Bəni-İsraili orada yerləşdirdi. Şamın ərazisini onların arasında bölüşdürdü. İlyasın nəvəsinə də Bə`ləbəkdə yer verdi. Allah taala onların arasında İlyası peyğəmbər seçdi. Şəhərin padşahı İlyasın dəvətini qəbul etdi. Lakin padşahın arvadı onu vadar etdi ki, İlyasın sözlərini qəbul etməsin. İlyasın əleyhinə qiyam etsin. Padşah da arvadının sözü ilə İlyasa itaət etmədi. Nəhayət, onu öldürmək fikrinə düşdü. İlyas dağlara, səhralara qaçdı. Bir nəzəriyyəyə görə, öz yerinə Bəni-İsrailin içində Yəsə`i qoydu.

Bu tarixə oxşar "Qamusul-e`lamda" yazılıb: "İlyas, Bəni-İsrail peyğəmbərlərindən biri və Bə`ləbək əhalisindən idi. Miladdan doqquz əsr öncə Axarın (ya Ahabın) dövründə yaşayırdı. O, Bəni-İsraili düz yola dəvət edir və bütpərəstlikdən çəkindirirdi. Lakin onun qövmü sözünə qulaq asmırdı. Həzrətə əzab-əziyyət verirdilər. Buna görə də çox vaxt səhralarda və dağlarda gününü keçirirdi. Onun göstərdikləri möcüzələri inkar edirdilər. Axırda Yəsə`i özündən sonrakı peyğəmbər elan edib miladdan 880 il qabaq ərşə çəkildi."

Bəzi tarixlərdə və rəvayətlərdə qeyd olunub ki, İlyas Xızır peyğəmbər kimi "abi-həyat"dan içdi və əbədi olaraq yaşayır. Xızır peyğəmbər quru yerlərin ağası olduğu kimi, o da dəryaların ağasıdır. Hədislərdən birində Məhəmməd peyğəmbərdən nəql olunur:

Xızır və İlyas hər il həcc mərasimində bir-birilə görüşürlər. Başqa bir rəvayətdə yazılıb ki, İlyas Məhəmməd peyğəmbərin hüzuruna gəldi. O, həzrətlə görüşdü. Lakin bu iki rəvayət heç biri mötəbər sənədə malik deyil.

Kuleyni "Üsuli-Kafi"də , Səffar isə "Bəsairüd-dərəcat" kitabında İlyas və İlyanın oxuduqları duaları nəql ediblər. Həmin duaların məsum imamlar da oxuyurmuşlar. Sələbi "Ərais" kitabında yazır: Əsqəlan camaatından biri İlyas peyğəmbəri İordaniya çölündə görüb və ondan bir neçə sual soruşub. O, da sualların cavabını verib. Lakin bu ilk nəzərdə həqiqətə uyğun gəlmir. Ravəndinin "Qisəsül-ənbiya" kitabından bir əhvalat "Biharül-ənvar"da nəql olunur. Bu əhvalat İlyas haqqındadır. Lakin rəvayətin sənədi Vəhb ibni Münəbbihə çatdığı üçün etibardan düşür. Ona görə də o rəvayəti burada nəql etmirik.

Qurandakı peyğəmbərlər
Adəm  • Şeys  • İdris  • Nuh  • Hud  • Saleh  • İbrahim  • İsmail  • İshaq  • Lut  • Yaqub  • Yusif  • Əyyub  • Şüeyb  • Musa  • Harun  • Davud  • Süleyman  • Yunis  • Zəkəriyya  • Yəhya  • İsa  • Məhəmməd
Ayrıca bax: Allah , Din , İslam , Quran