İlyas xoca

İlyas xoca (XIV əsr1368, Moğolustan) — Moğolustan hakimi, Cığatay xanı, hakimiyyət illəri 1363–1390; Tuğluq Teymur xanın oğlu.

İlyas xoca
Doğum tarixi XIV əsr
Vəfat tarixi 1368
Vəfat yeri
Atası Tuğluq Teymur xan

Moğolustana qayıdan Tuğluq Teymur xanı Mavəraünnəhrdə onun oğlu İlyas xoca əvəz etdi.

Tuğluq Teymur 1363-cü ildə oğlu İlyas xocanı Cığatay xanlığından asılı olan Şərqi Cığatayın xanı etmişdir.

İki ay Gərmsirdə qalıb yaralarını sağaldan Əmir Teymur Bəlx dağlarına çəkilib silahdaşlarını başına yığdı. Bu dövrdə onun dəstəsində üç yüzdən artıq döyüşçü var idi. Mavəraünnəhr uğrunda İlyas xocaya qarşı mübarizə aparmaq üçün o yenidən qayını Hüseynlə birləşdi.

365-ci ildə indiki Daşkənd yaxınlığında tarixə Cəngi Loy adı ilə daxil olmuş bir döyüş baş verdi. İlyas xocanın qoşunu ilə Teymur və Hüseynin birləşmiş dəstələri qarşı-qarşıya gəldilər, Döyüşdən qabaq leysan yağışı yağmışdı. Atlar zarıyır, süvarilər müvazinətini itirib palçığa yıxılırdılar. ölümün gözünə dik baxmağa alışmış Teymur irəli atılaraq öz dəstəsini düşmənin içərilərinə doğru aparırdı. Lakin Hüseynin hərbi qüvvələri onun hücumunu dəstəkləmədi, yavaş-yavaş geri çəkilməyə başladı. Teymur bu döyüşdə az qala mühasirəyə düşəcəkdi. Yalnız öz şücaətinə və döyüş bacarığına görə o, silahdaşları ilə düşmənin əhatəsindən çıxıb Hüseynin dəstəsi ilə birləşə bildi. Qohumlar cənuba, Amudəryaya tərəf üz tutdular, çayı keçib yenidən Bəlx vilayətində köç saldılar,

Teymur qayını Hüseynin hərəkətindən narazılığını bir kəlmə ilə də büruzə vermədi. Lakin o, artıq başa düşmüşdü ki, dar ayaqda Hüseynə arxa çevirmək olmaz. Bu andan etibarən qohumların münasibətində soyuqluq yarandı.

Artıq İlyas xoca üçün Səmərqəndə yol açıq idi. Lakin bu zaman monqol xanlarının hakimiyyətinə qarşı çıxan sərbadarlar Səmərqənd mədrəsəsinin tələbəsi Mövlanzadənin başçılığı ilə İlyas xocaya qarşı müqavimət göstərməyə qərar verdilər. Səmərqəndə yaxınlaşan monqol xanının ordusu sərbadarların qurduğı tələyə düşdü və böyük itki verərək geri çəkildi,

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]