Tuğluq Teymur xan

Tuğluq Teymur xan (1329, İli çayı1363, Moğolustan) — MoğolustanMavəraünnəhrin 1-ci xanı.

Tuğluq Teymur xan
Şəxsi məlumatlar
Doğum tarixi 1329
Doğum yeri
Vəfat tarixi 1363
Vəfat yeri
Uşaqları
Ailəsi Çingizlilər, Cığataylılar
Dini islam

Tuğluq Teymur xan ibn Əmil xoca bin Duva xan bin Barak xan bin Yusun-Duva bin Mutugen bin Cığatay xan bin Çingiz xan.

Bu zamanlar monqol xanı Tuğluq Teymur Mavəraünnəhr üzərinə hücum edib bu varlı ölkəni ələ keçirmişdi. O, 25 yaşlı Teymuru Keş vilayətinə hakim təyin etdi. Teymur Qaşqadərya vadisini idarə edir. Teymur və Tuğluq Teymur arasında ziddiyyət başlayır. Teymur onun yanından qaçır, Sistanda baş verən döyüşdə yaralanaraq, ömürlük şikəst qalır. Bundan sonra onu Teymurləng, Avropada isə Tamerlan adlandırdılar.

Teymur və qayını Əmir Hüseynin ordusu 1365-ci ildə Tuğluq Teymur tərəfindən məğlub edildi. Tuğluq Səmərqənd üzərinə yeridi. Həmin il Səmərqənddə sərbədarilər hərəkatı (farsca "dara çəkilənlər" deməkdir), yəni İranMərkəzi Asiyada monqol əsarətinə qarşı xalq azadlıq hərəkatı baş verdi. Onlar əsasən Səmərqənd sənətkarlarından ibarət idi. Sərbədarilər qrupuna Əbubəkr Kələvi, mədrəsə tələbələri Mövlanzadə və Xurdaq, Buxari başçılıq edirdilər. Onlar Səmərqəndin müdafiəsini təşkil etdilər, xalqı silahlandırdılar. Tuğluq Teymurun qoşunu Səmərqəndə girdi, lakin məğlub edildi. Üsyançılar bütün Səmərqənd vilayətində hakim oldular. Teymur ilə Hüseyn 1366-cı ildə özlərini üsyançıların tərəfdarı kimi göstərdilər, sonra isə üsyançılara divan tutdular (1366).

Moğolustana qayıdan Tuğluq Teymuru Mavəraünnəhrdə onun oğlu İlyas xoca əvəz etdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]