İlyin itburnusu (lat. Rosa iljinii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
İlyin itburnusu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: İlyin itburnusu |
||||
Beynəlxalq elmi adı | ||||
|
Qafqazda yayılmışdır.
Hündürlüyü 1,5 m-dək olan koldur. Gövdəsinin qabığı; yaşılımtıldır, budaqları seyrəkdir. İynələri tək-tək, uzunluğu 4-6 mm, oraqvari-əyilmişdir. Yarpaqları iri, uzunluğu 8-10 sm, 7 ədəd xırda yarpaqlı, raxisi çılpaq, seyrək vəziciklidir, vəzicikləri gövdəciklidir. Xırda yarpaqları dərili, uzunluğu 12-18 mm, eni 8-12 mm, hər tərəfdən çılpaq və hamar, kənarları sadə dişli və vəziciklidir. Yalançı zoğların uzunluğu 10-12 mm, enli-lansetvari, kənarları vəzicikli, hər tərəfdən çılpaq və hamardır. Çiçək saplağının uzunluğu 10-15 mm, vəziciklidir (tükcükləri yoxdur). Kasayarpaqların uzunluğu 15 mm, kürəyi vəzicikli, içərisi zəif tükcüklü, lələkvari çıxıntılıdır, çiçəklədikdən sonra, kənarları əyilir. Dişicik ağızcığının başı zəif tükcüklüdür. Meyvəsi (hipanti) ovaldır, yetişdikdə narıncı-qırmızı rəngdə olur.
Rütübətli, çimli torpaqlarda, kölgəli ərazilərdə bitir.
Quba rayonu, Xızı və Cigitdağ kəndləri Qusar rayonu, Gil kəndi və Piral kəndlərində yayılmışdır.
Meyvələrinin tibbidə və yeyintidə tətbiqi məqsədyönlüdür. Yaşıllaşdırmada istifadə olunmur.