İlyin xulu (lat. Knipowitschia iljini) — Knipoviç xulları cinsinin nümayəndəsidir.
İlyin xulu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: İlyin xulu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
D VI (18-9), A I (8-9),yan xətt pulcuqlarının sayı 33-35-dir. Bədəni çox uzunsov və əvvəlki növə nisbətən bir qədər ensizdir.Gözüstü kanallarının qovuşduğu yerdən geriyə uzanan hiss kanalı yoxdur. Quyruq üzgəci dairələşmiş və simmetrik şəkildədir. Bədəninin üzərində eninə yerləşən tünd zolaqlar vardır. Cinsi dimorfizm inkişaf etmişdir. Erkəklərin bel üzgəcində uzununa tünd zolaqlar olur, dişilərin bel tərəfində kiçik xallar yerləşir. Uzunluğu 47 mm-ə qədər olur.[2]
Xəzər dənizinin endemikidir, orta hissəsində yayılmışdır. Azərbaycan sularında ən çox Yalama-Xudat yaxınlığında təsadüf edilir. Muxtadır, Xaçmaz, Giləzi və Astara rayonlarında çoxsaylıdır. Qalan rayonlarda seyrəkdir.
Dəniz balığıdır.
Kürüsünü may-iyun aylarında tökür.Sayı 300-400 arası olur.
Vətəgə əhəmiyyəti yoxdur, həvəskar balıqçılar tərəfindən ovlanır.