Lev Semyonoviç Berq (1876-1950) — rus coğrafiyaşünası.
L.N.Berq 1876-cı ildə Moldoviyanın Bender şəhərində anadan olmuşdur. O, Kişinyovda gimnaziyanı qızıl medalla bitirmiş, 1894-cü ildə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət bölməsinə daxil olmuşdur. Ixtiologiya (balıqları öyrənən sahə) sahəsilə xüsusi maraqlanan Berq 1898-ci ildə universiteti bitirərək Qərbi Sibir göllərini öyrənməyi yola düşür. Özündən əvvəlki tədqiqatçılardan fərqli olaraq Sibir göllərinin səviyyəsinin qalxdığını müəyyən edib. Hərtərəfli biliyə malik olmasını nəzərə alaraq Berq haqqında müəllimi belə yazır: "Bütün bunları öyrənməyi və ciddi fikirləşməyi o nə vaxt çatdırırdı."
Görkəmli alim göllərin öyrənilməsində xüsusilə maraqlı olmuşdur. Universiteti qurtarmaqla o, bir neçə il ərzində Aral dənizini, səhraların relyefini, İssık-Kul, Balxaş, Qərbi Sibir göllərini öyrənmişdir. Yazılmış əsərlər içərisində "Aral dənizi" kitabı xüsusi elmi əhəmiyyətə malikdir. Ilk dəfə olaraq Berq bu gölün müxtəlif dərinliklərində temperaturu öyrənmiş, axın istiqamətini, tərkibini müəyyən etmişdir. Ilk dəfə olaraq Aral gölündə müəyyən etdiyi duran dalğaları müəyyən etmiş və onu magistr dissertasiya müdafiəsinə təqdim etmişdir. Dmitri Nikolayeviç Anuçinin təklifi ilə Berqə coğrafiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
Berq V.V.Dokuçayevin təbii zonalar haqqında təlimini təkmilləşdirərək "Sovet Ittifaqının coğrafi zonaları" və "SSRInin təbiəti" kitablarını yazmışdır. Berqə görə coğrafiyanın əsas öyrənmə obyekti təbii landşaftdır. Coğrafiya təbii landşaftlar arasında təbii sərhədləri müəyyən etməklə onlarıq inkişaf xüsusiyyətlərini və qarşılıqlı təsir nəticəsində formalaşmasını öyrənir. Yer kürəsinin düzənlik sahələri Berqə görə aşağıdakı landşaft zonalarına bölünür: tundra, mülayim qurşağın meşə zonası, meşə-çöl, çöl, Aralıq dənizi zonası, yarımsəhra, mülayim qurşağın səhra zonası, subtropik meşələr zonası, tropik zonanın səhraları, tropik zonanın çölləri, tropik zonanın meşə-çöl zonası (savanna), rütubətli meşələr zonası. Landşaftın təsvirini verməklə yanaşı Berq hər bir coğrafi zonanın iqlimi, relyefi, torpaq-bitki örtüyü, heyvanat aləminin də coğrafi zonallıq üzrə paylanması qanunauyğunluqlarını izah etmişdir.
Görkəmli alim və tədqiqatçının "Iqlimşunaslığın əsasları", "Iqlim və həyat" adlı əsərləri daha böyük elmi əhəmiyyətə Mali kdirlər. O, yer kürəsini iqlim zonalarına və vilayətlərə bölməklə iqlimin getdikcə dəyişməsi fikrini irəli sürür, başqa alimlərdən fərqli olaraq Orta və Mərkəzi Asiyada quraqlaşma prosesisinin getməməsinin izahını verir. Berqin bir sıra işləri Orta Asiyaya həsr olunmaqla buranın iqlimi, torpaq örtüyü, qumlu-gilli-şorakətli-daşlı səhraları səciyyələndirilmişdir. O, işlərinin böyük bir hissəsini coğrafiyanın tarixinə həsr etmiş, tarixi sənədləri öyrənməklə Berinq boğazının ilk tədqiqatçıları haqqında, Berinqin ekspedisiyası, Kamçatkanın aşkar edilməsi, Yakutiyanın (Saxa), Türkmənistanın öyrənilməsinə aid əsərlər yaratmışlar. Əsər lərin bir hissəsi isə N.M.Prjevalski, Mikluxo-Maklay, D.N.Anuçinə hər olunmuşdur. "Ümumittifaq coğrafiya cəmiyyəti 100 ildə" kitabında isə coğrafiyaçıların nailiyyətləri öz əksini tapmışdır. Ölümündən bir qədər əvvəl uşaqlar üçün "Böyük rus səyyahları" əsərini yazmaqla gənclər arasında böyük hörmət qazanmı şdır.
"Müəyyən ölkələrin və SSRI-nin şirin sularının balıqları", "Qazıntı halında və hazırda yaşayan balıqlar sistemi" fundamental əsərlərinə görə Berq biologiya elmləri doktoru adına layiq görülmüşdür. 1940-cı ildə Berq Ümumittifaq coğrafiya cəmiyyətinin üzvü seçilir. 1946-cı ildə isə coğrafiya və biologiya sahəsində gördüyü elmi-tədiqat işləri, yaratdığı fundamental əsərlərə görə akademik adına layiq görülür. Coğrafiya və coğrafiyanın tarixi, iqlimşünaslıq, geologiya və zoologiya sahəsində gələcək nəsillərə böyük töhfələr verən Lev Semyonoviç Berq 1950-ci ildə Leninqradda (Peterburqda) vəfat etmişdir.