İmam Nəvəvi

Nəvəvi (ərəb. یحیی بن شرف النووی‎; oktyabr 1233[1], Nəva[d], Dəra mühafəzəsi22 dekabr 1278[2][3], Nəva[d], Dəra mühafəzəsi) — 13-cü ərsdə yaşamış müsəlman hədisfiqh alimi. O heç vaxt ailə həyatı qurmamışdır. [4]

İmam Nəvəvi
ərəb. يحيى بن شرف الحزامي النووي الشافعي
Doğum tarixi oktyabr 1233[1]
Doğum yeri
Vəfat tarixi 22 dekabr 1278(1278-12-22)[2][3] (45 yaşında)
Vəfat yeri
Fəaliyyəti mühəddis, fəqih, üləma
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmam Nəvəvi – rahmətullahi aleyhi – özündən başlayaraq geriyə doğru nəsəbi belədir: Yəhyə b. Şərəf b. Murri Həsən b. Hüseyin b. Nizam ən-Nəvəvidir. Kunyəsi Əbu Zəkəriyyə Muhyiddindir. Nəvəvi Şamın şərq tərəfində Havran qəsəbəsində Nəva adlanan yerdə hicrətin 631-ci ili, Məhərrəm ayında dünyaya gəlmişdi. Hələ kiçik yaşlarında ikən Allah onun qəlbində din və elm sevgisini yerləşdirmiş, buna görə də Qurani Kərimi hifz etmişdi. Elm öyrənməkdə atasının böyük rolu olmuşdur.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İmam Nəvəvi Şama gələrək ər-Rəvahiyyə adlı mədrəsəyə daxil olur. Bu mədrəsədə elmə olduqca böyük həvəs göstərir. Dörd ayın ərzində "ət-Tənbih" adlı əsəri əzbərləyir, ilin qalan aylarında isə əl-Mühəzzəb əsərinin dördə birini öz müəlliminə əzbərdən danışır. Nəhayət Şafii fiqhində, hədis elimində böyük bir alim səviyyəsinə gəlincəyə qədər elm dəryasına baş vurmağa davam etmişdi. Bir tərəfdən dərs verməklə bərabər əl-Əşrəfiyyədəki Darul-Hədisin Məşihət (rektorluq) məqamına yüksəlmişdi.

İmam Nəvəvi rəbbani bir alimdir. Dünya həyatında zahid, ağır, təvəzökar, heybətli bir kişi idi. Allaha itaətdə bir an belə haqq yoldan əyilməzdi, yaxşılığı əmr edib, pislikdən çəkindirərdi. Əmirlərə öyüdnəsihət verib, Allahın yolunda qınayanın qınamasından qorxmazdı.

İmam Nəvəvi hicrətin 676-cı ilində Rəcəb ayının 24-cü günü Nəvada vəfat etmişdi. Qəbri hələ də bilinməkdədir. Vəfat etdiyi vaxt yaşı 45-ə çatmışdı. Bu az bir ömür ərzində mübarək bir həyat sürmüş, ömrünü ibadət, itaət, öyrənmək və oyrətməklə keçirmişdi. Nəvəvi bilindiyinə görə evlənməmiş dünyasını dəyişmişdi. Çünkü çox kasıb bir həyat sürmüşdü.

İmam Nəvəvi bu mübarək həyatın-da olduqca dəyərli əsərlər yazmışdı. Bu əsərləri oxuyan hər bir şəxs, bu alimin dahiliyinin vurğunu olur. Bizə gəlib çatan əsərlər arasında bunları qeyd etmək olar.

  • Əl-Minhac fi Şərh Səhih Müslim
  • "əd-Dəqaiq"
  • "Təhzibul-Əsmai və-l Lüğət"
  • "Minhəcut-Talibin"
  • "Bustanul-Arifin"
  • "Riyadus-Salihin min Kəlami Seyyidil-Mursəlin"
  • "əl-Məqasid". (Tövhidə aid əsər)
  • "əl-Mənsurat". (Fiqh və Fətvalara aid)
  • "Muxtasarut-Tibyən"
  • "Ravlatul-Talibin". (Fikhə aid əsər) və s.
  1. 1 2 Ərəbcə Vikipediya. 2003.
  2. 1 2 AA.VV. Encyclopaedia of Islam, Encyclopédie de l’Islam (fr.). 1913.
  3. 1 2 Jahja Ibn Scharaf Nawawi // Brockhauz Ensiklopediyası (alm.).
  4. Abou Al-Fadl, Khaled. The Search for Beauty in Islam: A Conference of the Books. Rowman & Littlefield. 2005. səh. 174. ISBN 978-0-7425-5094-0. İstifadə tarixi: 2016-02-20.