İmam Rza türbəsi

İmam Rza türbəsi — (fars. حرم امام رضا‎ (Hərəme İmam Rza) İmam Rza türbəsi İranın Məşhəd şəhərində yerləşir. Orada cəfəri şiələrin 8-ci rəhbəri İmam Rza dəfn edilib.

İmam Rza türbəsi
حرم امام رضا
Xəritə
Ümumi məlumatlar
Ölkə
Koordinatlar 36°17′16″ şm. e. 59°36′56″ ş. u.HGYO
Şərəfinə adlandırılıb Əli ər-Rza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cəfəri şiələrin inancına görə, İmam Rza orada Abbasi xəlifəsi Məmunun əmrinə əsasən zəhər verilərək sui-qəsdə uğradılıb və buna görə də bu məkan "Məşhəd əl-Rza" (Rzanın şəhid edildiyi yer) adlandırılıb. IX əsrin sonlarına yaxın qəbrin üzərində gümbəz tikilmiş və ətrafında çox sayda tikililər meydana gəlmişdir. 1000 ildən çox müddət ərzində bu məkan dəfələrlə dağıdılmış və yenidən inşa edilmişdir.[2] Hal-hazırda Məşhəddəki İmam Rza hərəmi cəfəri şiələrin 8-ci imamı Rzanın məqbərəsinin də daxil olduğu bir kompleksdir. Kompleksin daxilində muzey, kitabxana, məzarlıq, məscid və mədrəsə var. Bu gün hərəm və içindəki muzey İranın ən geniş mədəni və incəsənət sərvətini, xüsusən əlyazma kitablar və rəsm əsərlərini özündə cəmləyib. Məşhəd çox böyük dini əhəmiyyətinə görə həm də ziyarət məkanıdır. Belə bir deyim var: "Varlı Məkkəyə gedər, kasıb isə Məşhədə." Belə ki, Məkkəni ziyarət edənlərə "Hacı" deyilirsə, Məşhədə, xüsusən də İmam Rza hərəminə ziyarətə gedib-gələnlərə "Məşhədi" deyilir. Həmçinin şəhər əhalisinə də "Məşhədi" deyirlər. Hesablamalara görə, hər il 20 milyondan çox insan Məşhədə ziyarətə gəlir. Ümumiyyətlə, bu məkan cəfəri şiələr üçün İrandakı ən müqəddəs məkan sayılır və bəzən dünya üzrə 3-cü ən böyük şiə hərəmi hesab edilir.[3]

  1. 1 2 Wiki Loves Monuments monuments database. 2017.
  2. Zabeth (1999) pp. 12–16
  3. "Sacred Sites: Mashhad, Iran". sacredsites.com. 2017-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-03-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]