İmam Xomeyni Beynəlxalq Universiteti

İmam Xomeyni Beynəlxalq Universiteti — (farsca: دانشگاه بین‌المللی امام خمینی, Dāneshgāh-e Beynəlmeləli-ye Emam Xomeyni) (IKIU), İranın Qəzvin şəhərində yerləşən ali təhsil müəssisələrindən biri. İran İslam İnqilabından sonra qurulmuş beynəlxalq bir universitetdir. IKIU əsasnaməsi qanun layihəsi kimi 1984-cü ilin yanvarında İran Parlamenti tərəfindən təsdiqlənmişdir. IKIU-nun təsis orqanları arasında Qəyyumlar Şurası, prezident və parlament spikeri yer alır. Təhsil, Tədqiqat, Tələbələr və Mədəniyyət üzrə müavinlər digər şöbələrdəndir. Bundan əlavə bir Elm və Texnologiya Parkı və 100.000-dən çox kitab və jurnalın olduğu mərkəzi kitabxanası mövcuddur.

İmam Xomeyni Beynəlxalq Universiteti
IKIU
دانشگاه بین المللی امام خمینی
Dāneshgāh-e Beynolmelali emām khomeini
İmam Xomeyni Beynəlxalq Universiteti
Xəritə
36°19′12″ şm. e. 50°00′00″ ş. u.HGYO
Şüar

شکوفایی علمی ، بیداری اسلامی

(Elmi inkişaf, İslami oyanış)
Əsası qoyulub 1991
Tip Dövlət universiteti
Rektor Abolhassan Naeini
Tələbə sayı 8800
Bakalavr sayı 5.489
Aspirant sayı 1,281
Ölkə
Sayt ikiu.ac.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Qəzvin Beynəlxalq Universiteti 1984-cü ildə İranın Elm, Tədqiqat və Texnologiya Nazirliyinin tabeliyində İslami elm və təhsil müəssisəsi kimi yaradılmışdır[1]. 1991-ci ildən isə Beynəlxalq Universitetə ​​İran İslam Respublikasının banisi hesab edilən İmam Xomeyninin adı verilmişdir[1]. 2016-cı ildəki məlumatlara əsasən, Universitetin professor-müəllim heyətinə 41 ixtisas üzrə bakalavr, 54 ixtisas üzrə magistr və 12 proqram üzrə doktor hazırlayan 416 müəllim daxildir. Universitetin 6 fakültəsində 107 ixtisas üzrə 6300 iranlı və 530 əcnəbi tələbə təhsil alır və eyni zamanda Fars Dilinin Öyrənilməsi Mərkəzindəki kurslarda 260 əcnəbi tələbə təhsil alır[1].

Təhsil fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2016-cı ilin iyun ayına olan məlumata əsasən, universitetdə əsas tədris prosesi 6 fakültədə həyata keçirilir[1]:

  • Memarlıq və şəhərsalma kafedrası
  • Təbiət elmləri kafedrası
  • Mühəndislik və texnologiya kafedrası
  • İslam elmləri və tədqiqatları kafedrası
  • Sosial elmlər kafedrası
  • Filologiya və humanitar elmlər kafedrası.

Beynəlxalq əlaqələr

[redaktə | mənbəni redaktə et]

Universitet tələbə mübadiləsi, müştərək elmi və təhsil layihə və proqramlarının həyata keçirilməsi sahəsində beynəlxalq əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Məhz bu cür fəaliyyətləri sayəsində bu gün bu universitet Beynəlxalq Universitet hesab edilir. Bu Universitet hal-hazırda Valensiya Universiteti, Şanxay Universiteti, Kazan Dövlət Universiteti[2], Tatarıstan Dövlət Humanitar Elmlər və Pedaqogika Universiteti və digər elmi təşkilat və müəssisələrlə ilə ikitərəfli müqavilələr əsasında əməkdaşlıq edir.

Tarixi və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

IKIU, ən yaxşı tələbələri tanımaq və onların təhsil və rifah imkanlarını təmin etmək, tələbələri dəstəkləmək və onlara təlim və sosial dəstək paketləri vasitəsilə kömək etmək üçün Qızıl istedad layihəsini təsis etmiş və ofisini yaratmışdır. Yeddi fakültəsi vardır. Fars Dili Tədris Mərkəzi, 96-dan çox ölkədən gələn tələbələri qəbul edir, dil laboratoriyaları, kitabxanalar və kompüter saytları vasitəsilə tələbələrə dil öyrənmənin zövqünü yaşadır. Amirreza Vakilifardin rəhbərliyi ilə İranda xarici tələbələrə istiqamətlənmiş ilk Fars Dili tədris şöbəsinin qurulmuş və hazırda o bölmənin üzvüdür. İranın Qəzvin şəhərindəki bu universitetdə 1995-ci ildən bəri xarici tələbələrə fars dili tədris edilir.

Hazırda universitetdə İslam Elmləri və Tədqiqatları institutu, Ədəbiyyat və Humanitar Elmlər fakültəsu, Sosial Elmlər, Əsas Elmlər, Mühəndislik, Kənd Təsərrüfatı və Təbii Sərvətlər, Memarlıq və Şəhərsalma fakültələri və Fars dili Tədris Mərkəzi fəaliyyət göstərir. Burada 6509 iranlı və 693 xarici tələbə təhsil alır. 100 dən çox 925 xarici tələbə fars dili öyrənir. Fakültələrdə müvafiq tədris obyektləri və avadanlıqları, o cümlədən 60 dan çox yaxşı təchiz olunmuş ixtisaslaşdırılmış laboratoriya və emalatxanalar, rəsədxana, istixana və tədqiqat ferması, 10 dan çox kompüter bazası və müstəqil konfrans zalı vardır.

İndiyədək Fars Dili Tədris Mərkəzinə 9 müxtəlif millətdən olan 4000-dən çox tələbə qəbul olunub. Bu mərkəz Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən ölkədə qeyri-fars dillilərə fars dilinin tədrisi üçün yeganə rəsmi istinad kimi seçilmişdir. Universitetdə tədris və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan 300 professor-müəllim heyəti fəaliyyət göstərir ki, onların da təxminən 88%-i dosent və daha yüksək dərəcələrə malikdirlər.

Bundan əlavə, universitetin professor-müəllim heyətinin milli və beynəlxalq səviyyədə bir çox yazıları, ixtiraları və elmi nailiyyətləri var. 83-cü ildə kitab tərcüməsində birinci yeri, 2005–2010-cu illərdə riyaziyyat üzrə daha çox istinad olunan elmi məqalələr ISI üzrə 334 məqalənin çap olunması, 137 kitabın yazılması və tərcümə edilməsi, 85-ci ildən 15 ixtiranı qeydə alınması nailiyyətlər sırasındadır.

Universitetin mərkəzi kitabxanası 6040 kvadratmetrdən çox sahədə tikilmişdir. Kitabxanada fars və ərəb dilində 115840 cild kitab, 20398 xarici kitab, 55 adda fars və xarici jurnallar, 102 təhqiqat proyekti, 3488 başlıqda dissertasiya və məlumat bazalarına tam giriş təmin edilir.[3]

  1. 1 2 3 4 "Общие сведения о МУИХ". 2016-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-17.
  2. КГУ и Международный университет имени Имама Хомейни подписали меморандум
  3. İmam Xomeyni (r) Beynəlxalq Universiteti. Tarix: 20.06.2024