İran İslam İnqilabı

İran İslam İnqilabı (fars. انقلاب اسلامی‎ — Enghelâb-e eslâmi) — 1979-cu ildə İranda Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələn inqilab.[3][4][5][6][7][8] İnqilab nəticəsində İranda Ruhullah Musəvi Xomeyni öndərliyində islam respublikası yaradılmış və şiəlik dövlət səviyyəsinə qaldırılmışdır. İran İslam İnqilabının baş verməsinin səbəbləri arasında şahın hərəkətlərinin xalqda böyük qəzəbə səbəb olması və son zamanlar Məhəmməd Rza Pəhləvinin ABŞ-la çox isti münasibətlərə malik olması göstərilmişdir. Görünməmiş xalq etirazlarında İran xalqı inqilaba çağırdı. İran xalqı Ruhullah Xomeyninin rəhbərlik etdiyi bir İslam Respublikası çağırışı etdi.

İran İslam İnqilabı
انقلاب اسلامی
1979-cu ildə Tehran şəhərində keçirilən nümayiş
1979-cu ildə Tehran şəhərində keçirilən nümayiş
Yer İran
Tarix Yanvar 1978 - fevral 1979
Səbəb Pəhləvi rejiminin xalq üzərində olan zülmü
Ruhullah Musəvi Xomeyninin sürgün edilməsi
sosial ədalətsizlik
Əsas məqsəd Məhəmməd Rza Pəhləvini devirmək və şah rejiminə son qoymaq
Nəticə Məhəmməd Rza Pəhləvi devrildi
Ruhullah Musəvi Xomeyni sürgündən qayıtdı
İranda İslam Respublikası yaradıldı
İran-İraq müharibəsi başlandı
Həlak olanlar 3.164 - 60.000 [1][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məşrutə inqilabının liderlərindən olan Səttar xanBağır xanın Təbriz şəhərindən Tehran şəhərinə hərəkət etməsi nəticəsində İranda şəriətin yaradılmasının tələb edən mollalar saxlanılmış və Şeyx Fəzullah Nuri edam edilmişdir. Bu hadisələrdən sonra İranda şəritə üsullunun yaradılması barədə olan tələblər bir az səngimişdir. Rza şah Pəhləvinin hakimiyyəti dövründədə mollalara qarşı olan sərt münasibət davam etmişdir. Ancaq Məhəmməd Rza Pəhləvinin hakimiyyəti zamanı mollalarla qarşı olan bu sərt münasibət nisbətən yumşalmışdır.

Əsas məqsəd: kralın zülmünün sonu və kralın qətlinin sonu

İranın İnqilabdan sonrakı bayrağı. İmam Xomeyninin əmri ilə şahlığın nişanəsi olan emblem aradan qaldırılmış və "Allah" yazısı emblem şəklinə gətirilmişdir, ayrıca olaraq inqilabın qələbəyə çatmasının tarixi olan, İran təqviminə görə 22 Bəhməni (11 Fevral) işarə edən 22 dəfə "Allah-u Əkbər" yazısı bayrağa əlavə edilmişdir.

Kütlənin vəziyəti

[redaktə | mənbəni redaktə et]

Təşkilati əsaslar

[redaktə | mənbəni redaktə et]

Ən əvvəl 1979-cu il inqilabını, onun kütləviliyi və milyonluq kütlələrin ictimai proseslərə təsir faktı səciyyələndirir. Bu təsirin səviyyəsi və dərinliyi İran tarixi boyu və başqa ölkələrin yaxın tarixlərində əvvəllər görünməmişdir. Bu inqilab, həmişəlik olaraq, kütlələrin burjua sinfinin qüsurlu çevrəsinin, qırılması nümunəsi kimi qalacaqdır. Bundan başqa inqilabi proses kütlələrin özünütəşkilinin çeşidli formalarını ortaya çıxarmışdır. İnqilabın taleyi faktiki olaraq bu milli, fəhlə, qadın, tələbə, kəndli, əsgər şuralarının yayılması və gəlişməsindən asılı idi. Əvvəllər passiv olan kütlələr milli, cinsi, sinfi və başqa haqlar uğrunda birləşirdilər. İşsizlər iş tələb edirdi, tələbələr təhsilin azad olmasını istəyirdi və sairə. Bütün qüsurlarına baxmayaraq, şah rejiminə və əks-inqilaba qarşı ən ardıcıl və inadlı mübarizə mərkəzi olan şuralar indi demək olar ki, tamamilə darmadağın olub. Onların "konstitusion" taleyi, İslam Assambleyasına qalıb. Orada isə onların, İslam şuralarına "yardımçı" "həmkar" və sairə formalarda, bossların iştirakı və dövlətin birbaşa nəzarəti altında faktiki olaraq ləğv olunması gözlənilir. Hətta əgər onlar bərpa olunsaydılar belə, onlar şah dövrünün, burjua istismar aləti olan, fəhlə sindikatlarından heç bir şey ilə fərqlənməyəcəkdi. Ancaq indi İslam dövlətinin qanunlarına görə heç bir fəhlə təşkilinə icazə yoxdur.

İqtisadi və sosial nailiyyətlər

[redaktə | mənbəni redaktə et]

Əsas sosial məqsədlərinə görə bu inqilab şahın "Ağ inqilabı"na və onun 70-ci illərdə doğurduğu iqtisadi böhrana qarşı olan bir üsyan idi. O, dərhal, böyük insan kütlələri üçün vacib olan, iqtisadi və sosial dəyişikliklərə səbəb oldu. Fəhlələr tərəfindən iri, xüsusi müəssisələrdə istehsalın, nəzarətin və bölgünün öz əllərinə alması prosesi, geriyə qalmış, oxşar ölkələrin inqilabi tarixində ilk dəfə olaraq belə böyük miqyas aldı. İnqilabi dövrün vacib əlamətlərindən biri kəndlilər tərəfindən ən iri mülkədarların torpaqlarının müsadirəsi, kəndli komitələri tərəfindən torpaqların müstəqil bölüşdürülməsi, kəndli kooperativlərinin təsis olunması, sələmçi və möhtəkirlərlə bütün əlaqələrin qırılması idi. Bu hadisələr şah rejiminin devrilməsindən sonraki inqilabi dinamikanı əks etdirirdi. Ancaq bu nailiyyətlərdən heç birini qorumaq mümkün olmadı. Bu gün artıq açıq bəyan etmək olar ki, heç bir istismar olunan sosial təbəqə bu "inqilabın" nəticəsində nəsə əldə edə bildiyini hiss etmir. Hətta kütlələrin ən əsas nailiyyətləri olan iş həftəsinin qısaldılması, minimal əməkhaqqı, sosial təminatların təkmilləşmiş sistemi, kasıblar üçün yaşayış yerləri ləğv edilib və geriyə atılıb. Bunun əvəzinə isə qarşısıalınmaz inflyasiya, kütləvi işsizlik və evsizlik, kəndlilərin şəhərlərə axınının indiyə kimi görünməyən miqyası, uzadılmış iş həftəsi və sairə. İqtisadi kasıblığın səviyyəsi hətta, əvvəlki üç onilliklə müqayisədə belə görünməyən miqyas alıb.

Demokratik hüquqlar

[redaktə | mənbəni redaktə et]

İran tarixində olan bütün ictimai narazılğın mərkəzində həmişə demokratik hüquqların tələbi durub. Fevral üsyanı, 80 il ərzində uğrunda aparılan, bu tələblərin bir çoxunun əldə edilməsi ilə yadda qaldı. İlk dəfə olaraq geniş kütlələr insan haqlarının elementləri olan, azad seçki, azad mətbuat, məmuru seçmək hüququ, tətil etmək, nümayiş etmək, siyasi təşkilat yaratmaq hüququ əldə etdilər. Bütün bu nailiyyətlər ən qəddar formada ləğv olundu. Onlar heç yeni inqilabi adlanan İslam konstitusiyasında öz əksini belə tapmamışdılar. Faktiki mövcud olan və yaxud dövlət tərəfindən tanınan hal-hazırkı demokratik hüquqlar, yalnız 20-ci əsrdən öncəki insan hüquqları ilə müqayisə oluna bilər. Ancaq bir "hüquq" tam və şərtsiz olaraq qəbul olunur-molla teokratiyasına tam və şərtsiz tabe olmaq hüququ. İndiki cümhuriyyətçi quruluş, bundan sonra, hakimiyyət sükanının arxasında olan burjua qruplaşmalara, hətta insanların şəxsi həyatına müdaxilə etmək imkanı da yaradır. İnsanlar nəyə inanmalıdır, nə geyməlidir, nə yeməlidir və nə içməlidir bütün bunlar ciddi surətdə dövlət tərəfindən tənzimlənir və nəzarət olunur. İran inqilabının əsas məqsədi — insanların elementar hüquqlarının təmin olunması məsələsi, həll olunmamış olaraq qalır.

Xalqın suverenliyi əvəzinə biz indi Mühafizlər Şurasını görürük ki, o istədiyi anda İslama zidd olan istənilən qərarı ləğv edə bilər. Əslində İran son 100 ildə indiki kimi antidemokratik idarə olunmayıb. Şübhəsiz ki, molla rejimi istənilən kapitalist rejimindən daha qəddar bir rejimdir, bunu İran da qadınlara qarşı olan münasibətdə aydın görmək olar. Qadın hüquqlarına qarşı dini-mürtəce hücumları, ancaq kapitalizmin böhranının nəticəsi kimi izah etmək olmaz. Onların əsasında dini klerikal hücumlardan daha dərin səbəblər yatır.

Dövlətin rekonstruksiyası

[redaktə | mənbəni redaktə et]

Demokratiya və diktatura

[redaktə | mənbəni redaktə et]

Şah rejiminin əvəzinə gələn və bütün hakimiyyət rıçaqlarını əlinə almış mövcud quruluş, istismar və əzilən kütlələrə qarşı, ən hazır və uyğunlaşmış repressiv və barbar metodları tətbiq edən ən qəddar aparata malik quruluş olmuşdur. İran inqilabının əsas vəzifəsi-dövlətin demokratikləşməsi- rejim tərəfindən arxa plana çəkilmişdir. Bu rejim hətta öz yazılı qanunlarında belə bütün hakimiyyəti mülki hüququn nəzarətindən kənarda olan teokratiyaya və şəxsiyyətə həvalə etmişdi. Bu dövlətdə heç bir təmsilçilik orqanı, Xomeyninin iradəsi kənarında heç bir qərar qəbul etmək hüququna malik deyil. Baş molla istənilən şəxsin namizədliyini vermək, istənilən seçkinin nəticələrini ləğv etmək, istənilən siyasi və sosial institutu ləğv etmək, istənilən sosial resursu istədiyi və xoşuna gəldiyi kimi istifadə etmək hüququna malikdir. Şah diktaturasının əvəzinə indi hakimiyyət klerikal diktaturanın əlindədir ki, bu diktatura şahdan daha çox Allah ilə əlaqələrə malikdir və Allah tərəfindən qəbul edilir. Məscidin dövlətdən ayrılması məsələsi, indi 1907–1909-cu illərdə olduğundan daha əlçatmaz bir perspektivə çevrilib. Kapitalizm öz inkişaf mərhələsində, Pəhləvi dövründə, dini qurumlardan dövlət idarəçiliyi funksiyasını almışdı. İndi isə teokratiya iqtidara gəldikdə, özü bu teokratik formaya əl atdı. İslam Cümhuriyyəti, əslində özünü Allah tərəfindən göndərilimiş və cəmiyyətin üzərində görən bir təriqətin bu cəmiyyətin taleyini həll etmək üçün məmur edilmiş olduğunu elan edir.

İfrat mərkəzçi dövlət, rus inqilabından sonra bolşevizmin təsirini azaltmaq məqsədilə, imperialist dövlətlər tərəfindən, mərkəzi millət elan olunan farsların imtiyazları və hegemonluğu və bütün başqa millətlərin haqlarının tapdalanması hesabına başa gəlmişdi. İslam hakimləri heç bir sərhədin və millətin müqəddəsliyini qəbul etmir. Eyni zamanda bu hakimlər Pəhləvi dönəmində olduğu kimi, heç bir millətin haqqını tanımaq belə istəmirlər. Onlar mütəmadi olaraq bu millətlərin haqqını tapdalamaq, onları məhv etmək arzusundadırlar. İran kürdlərinə qarşı repressiyalar davam edir. Kürdlərə qarşı hərbi əməliyyatlar aparılır, onların əkinləri məhv edilir, özləri isə kütləvi halda başqa rayonlara köçürülür.

Repressiv qüvvələr

[redaktə | mənbəni redaktə et]

Dövlətin ideoloji alətə xüsusi diqqət ayırmağına baxmayaraq, dövlətin repressiv aparatı getdikcə qorxunc ölçülər almaqda idi. Şahın məxfi polisinin, hərbi məhkəmələrinin, ordunun ləğv edilməsi inqilabın ən yaxın məqsədlərindən idi. Şah rejiminin faktiki aşmasına qədər, bu qurumlar kütləvi çıxışların zərbələri altında dağılmaq üzrə idi. Lakin sonralar bu qurumlar dağılmadı, əksinə şah rejiminin dövründə olduğundan da qəddar qurumlarla əvəz olundu.

Bərpa olunmuş məxfi polis və ordudan başqa indi, inqilabi təsisatların bir sıra yeni növü (naadlar) yaradılıb. İslam pasdarlarının ordusu (SEPAH), imam komitələri (məhəlli polis), hər bir fabrik və assosiasiyada fəaliyyət göstərən İslam əncümənləri, İslam məhkəmələri, Hizbullah təşkilatı və s. repressiv mexanizmin yaranmasına xidmət edirlər. Son 2 il ərzində molla rejiminin edam etdiyi sosialistlərin sayı, şah rejiminin son 30 ildə edam etdirdiyindən 50 dəfə çoxdur.[mənbə göstərin]

Xalq mübarizəsinin mərkəzi maddəsi, dövlət bürokratiyasının iqtidarı və böyüklüyü idi. Şahın hakimiyyəti dövründə bu aparat əvvəllər presedenti olmayan ölçülərə qədər artmışdı-(1,5 milyon). İctimai məhsulun böyük hissəsi, faktiki olaraq, bu aparat tərəfindən yeyilirdi. Təsisatların çoxu, "rəsmən" yaradılırdı ki, şah rejiminin sosial bazası "qanuni" şəkildə təmin olunsun. Bu gün, xalqın boynunda oturmuş bu diktaturanın ölçüləri ikiqat artıb. Klerikal idarə üsulunun alətlərinin rekonstruksiya olunmuş burjua dövlətinə inteqrasiyası, geriyə qalmış ölkələr sırasında ən nəhəng bürokratik aparatın yaranmasına səbəb olub. 1,8 milyon adi dövlət məmurlarına, indi 1,3 millyon muzdlu müştəri bazası əlavə olunub. Bundan başqa, 200.000 pasdardan, 300.000 üzvü olan daha azad təşkilatdan, İslam əncümənlərindən, BƏSİC tipli assosiyasiyalardan təşkil olunan, kütləvi inqilabı bazaya, əlavə olaraq, şiə mollaları, onların qohum-əqrabası və yaxınları, eləcə də bütün məscid və ibadət yerləri xidmətçiləri, ya dövlətin birbaşa ya da dolayısı ilə hesabına dolanmaqdadır. İranın indiki iqtisadi durumu absurd həddə çatıb: keçən (1982) il neftdən gələn gəlirin əvvəlki yüksək (23 millyard dollar) həddə çatmasına və şah məxfi polisinin açıq-aydın korrupsiya cərəyanlarının ifşa olunmasına baxmayaraq, inkişaf xərcləri inqilabdan öncəki səviyyədən 5 dəfə azalıb, çünki mollaların çeşidli yardım fondlarına ödəmələr, onların mənafeyinə uyğun olaraq iki dəfə artırılıb.

Kapitalist qaydalarının qayıtması

[redaktə | mənbəni redaktə et]

Yeni kapitalist sinif

[redaktə | mənbəni redaktə et]

"İranda" öncəki inqilablardan fərqli olaraq, bu inqilabın özünəməxsusluğu, onun açıq-aydın sosial, antikapitalist məzmununda idi. Milli kapitalın nəhəng hissəsi bu inqilabdan sonra ekspropriyasiya(müsadirə) olunmuşdur. İnqilabdan 5 il keçməsinə baxmayaraq, "İran" sənayəsinin əsas hissəsi 60% "milliləşdirilmiş" halda qalıb. Kütləvi hərəkatın əzilməsi və börokratik aparatın bərpası tezliklə, daha da korrupsiyalaşmış, daha da qəddar və daha da geriyə qalmış kapitalist "qaydalarının" qayıtmasına şərait yaratdı. Şah ətrafının möhtəkir ünsürünün əvəzinə spekulyantların yeni təbəqəsi gəldi. Bu təbəqə(siyasi və ailə-sosial əlaqələri olduğu) dini xadimlərin və dövlət kanallarının köməyi ilə tez bir zamanda böyük vəsait əldə edə bildi. Bu, öz baxışları ilə geriçi kapitalist təbəqə, bazar ünsüründən əmələ gəlmiş və yığmağa, spekulyasiyaya meyillidir. "Tez varlanmaq" budur bu yeni "milli burjuaziyaının" devizidir. Və bunlar , şah dövründə nail ola bilmədiklərinə, indi çatmaq üçün istənilən barbar üsula əl atmağa hazırdırlar. Ən vacib istehlak məhsullarının defisiti, qarşısıalınmaz inflyasiya, fəhlənin və kəndlinin ifrat istismarı-"yeni islam iqtisadiyyatının" gözaçarpan və yeganə xüsusiyyətidir. İslam bayrağı altında "İran" kapitalizminin ən geriçi xüsusiyyətləri, "müqəddəs" və toxunulmaz elan olunmuşdular. Təqdim olunan yeni əmək məcəlləsi fəhləyə qarşı kapitalistin əl-qolunu açır, bir şərtlə ki, fəhlə özü bu müqaviləyə qol çəkməlidir. 4 millyon işsizi nəzərə alsaq bu ancaq bir şey deməkdir: kapitalizm pərakəndə fəhlədən, gücü çatdığı qədər gəlir çıxara bilər. İstənilən fabrikdə, Əmək Nazirliyinin nümayəndəsi və bosslarla birgə iclas edən fəhlə "nümayəndələri" bu "müqaviləni" də poza bilər. İstənilən kollektiv müqavilə, islam qanunlarına zidd hesab olunur. İslam konstitusiyasının Mühafizlər şurası, bütün kapitalist və xüsusi torpaq mülkiyyətini məhdudiyyətsiz olaraq "müqəddəs" elan edib. Kəndlinin xeyrinə iri mülkədarların torpaqlarının özgələşdirilməsini nəzərdə tutan amma məhdud olah torpaq islahatı qanunlarının şah dövdündə ucadan elan olunmasına baxmayaraq islama zidd olduğuna görə ləğv olundu. Hal-hazırda kəndlilərin, inqilabdan sonra zəbt etdikləri torpaqdan çıxarılması, bu və ya digər dərəcədə artıq başa çatıb. O yerlərdə ki bu mümkün olmayıb, kəndlilərə qarşı, şah islahatdından öncəki, məhsulun bölüşdürülməsi praktikası tətbiq olunub. Başqa, eyni dərəcədə, demoqoqcasına tətbiq olunan , xarici ticarətin milliləşdirilməsi layihəsi, əslində nəinki xarici, daxili ticarətin də, molla iqtidarına qarşı loyal münasibətilə seçilən qruplar tərəfindən inhisralaşdırmasına gətirib çıxarmışdır. Xaric ilə ticarət üçün icazə və xaric ilə mübadilə lisenziyası, hakim kapitalist dəstəyə üzv olmağın ən yaxın yoludur. "Rəsmi" mübadilə kursları ilə, faktiki bazar qiymətləri arasında olan fərq istənilən deklassə olunmuş bazar alverçisini maqnata çevirə bilər. Hər- hansı müəyyən kapitalist qrupuna qarşı narazılığı nəzərə almasaq, bütövlükdə kapitalist quruluşa və əksəriyyətin, bir topa mürtəce möhtəkir tərəfindən istismar olunmasına xidmət edən sinfi normalara, Xomeyninin islam rejiminin, gündəlik qulluq etməsini görürük. Hər nə qədər olmasa da, indi mülkiyyətin təmərküzləşməsi və istismar həddi istənilən əvvəlki dönəmdən daha çoxdur.

Antiimperializm

[redaktə | mənbəni redaktə et]

"İran" rejiminin antiimperialist ritorikası, çox diqqət cəlb etdi. Həqiqət isə onu göstərir ki, imperializmdən olan hərbi, iqtisadi, siyasi asılılıq, əvvəlkindən çox olmasa, az da deyil. İslam hakimləri göstərdilər ki, iqtidarda qalmaqdan ötrü, onlar yetərli qədər sözəbaxan, və gərəkli qədər səxavətli ola bilirlər. İmperialist dövlətlər ilə şah rejimi arasında bağlanan bütün qeyri-bərabər və repressiv məxvi anlaşmalardan ancaq, biri xalqa məlum olan və ən çox nifrət doğuran anlaşma doğrudan da ləğv olunub. Amma bu anlaşmanın məzmunu da öz açıq və həqiqi işıqlandırılmasını hələ də gözləyir. Molla rejimi amerikan imperializminə dəstək üçün daha da artıq iş görüb. Eyni zamanda o 1921-ci ildə Sovetlərlə bağladığı, tam başqa məzmunlu, anlaşmanı ləğv edib. Milliləşdirdiyi bütün xarici kapitalın müqabilində, islam rejimi xarici şirkətlərə artıqlaması ilə kompensasiyalar ödədi, baxmayaraq ki, həmin şirkətlər özləri "İrana" külli miqdarda borclu idilər. Eləcədə şahın xarici "dostlarına" verdiyi "borcları" –ından vaz keçdi. Ancaq bunun məbləği 9 millyard dollar təşkil edirdi. O eləcədə ciddi surətdə, şahın ABŞ la bağladığı anlaşma əsasında, qabaqcadan ödənilmiş 20 millyardlıq silahın haqqını geri tələb etmədi. Chase Manhattan Bank daxil olmaqla bir sıra amerikan şirkətinin dözülməz tələblərini yerinə yetirərək, onların 3 millyard borc ödənişlərindən vaz keçdi. Həmçin ehtimal olunur ki, təkcə Tehranda ABŞ səfirliyini işğal etdiyinə görə, "antikapitalist" Xomeyni 9 millyard dollar ödədi. Əsas imperialist ölkələrindən olan idxal, özünün əvvəlki dəyərinə qayıtdı. Ən çox hissəsi, maşınlar yox, xammal və yeyinti məhsulları olmaqla, indi o artıq əvvəlki həcmin 90%təşkil edir. İmperialistlərlə birgə müəssisələr yenə çiçəklənir. İstisnasız olaraq, "İran" da istehsal olunan bütün istehlak məhsulları, şah dövründə olduğu kimi, beynəlxalq inhisarların lisenziyaları ilə buraxılır. Dəyişən üstündəki yarlıqların adlarıdır. Xarici kapitalistlərin çoxu açıq deyirlər ki, "İran"-da yaranan tez və böyük gəlir imkanlarına sevinirlər. Müstəmləkəçilərin ölkəyə açıq müdaxiləsinə, ancaq İraqla savaşdan yaranan qeyri-stabil durum imkan vermirdi. Xomeyni rejiminin imperializmdən aldığı silahlardan asılılığı –indi hamıya bəlli bir faktdır. AmerikaQərbi Avropa təchizatçılarından başqa, indi bu siyahıya İsrail, Cənubi AfrikaCənubi Koreya da daxil olmuşlar. Bu gün o da məlumdur ki, hətta "girovlarla bağlı böhran" vaxtı da amerikan silahının "İrana" axını dayanmamışdı.

Beynəlxalq alyanslar

[redaktə | mənbəni redaktə et]

İran rejiminin xarici siyasətinin ən yaxşı indikatoru-onun beynəlxalq alyanslarıdır. Boş sərsəm ritorikanı qırağa qoysaq, rejimin hər beynəlxalq addımı irticanı qorumaq məqsədi güdmüşdür. O açıq aydın, TürkiyəPakistana vahid antikommunist blok təklif etmişdir. İran rejimi artıq bu dövlətlərdən kürd və bəluç xalqlarının azadlıq mübarizəsinə qarşı istifadə edir. O bu iki amerikan imperializminin ən sadiq müttəfiqinə, şah dönəmində mövcud üç dövlət arasında olan ittifaqı bərpa etmək üçün, müəyyən sərfəli, şirnikləndirici ticari əlaqələr də təklif etmişdi. Öz ziddiyətli məqamlarına baxmayaraq"Nə Şərq, nə Qərb" siyasəti, İran rejimini siyasətini Yaxın Şərqdə imperialist güclərin maraqları ilə yaxınlaşdığını göstərir. Buna baxmayaraq, İran bəzi xırda burjua millətçilərinin müəyyən qismi, kommunizm və Sovetlərə qarşı nifrət bəslədikləri kimi, Qərbin "demokratik dəyərlərini" demokratiya daxil olmaqla Şərqə yad hesab edirdilər, və Amerikanın regiona müdaxiləsinə qarşı çıxış edirdilər. Bu meyllərin nəticəsi olaraq, Böyük Şeytana(ABŞ)qarşı təbliğat, onun Yaxın Şərqdəki Səudiyə Ərəbistanında və bəzi başqa müttəfiqlərində amerika əleyhinə meyllərin artmasına səbəb olmuşdur. Ancaq bunu qlobal kontekstdə özünə manevr imkanı yaratmq kimi dəyərləndirmək gərəkdir, lokal mənada isə bunun effekti birbaşa mürtəce və kapitalistlərin xeyrinə idi. Xomeyni rejiminin sonuncu antisömürgəçi örtüyü, regionda Amerikanın müttəfiqi və İsrailin marionetkası hesab edilən İraqa qarşı "cihad" elan olunması idi. Ancaq bu savaş ən çox məhz ABŞ və İsrailin maraqlarına cavab verirdi, çünki həmin dövlətlər elə həmin bu molla rejimini, ortaqlar vasitəsilə silah, sursat və onlara lazım olan ehtiyat hissələri ilə təchiz edirdilər. Amerikan imperializminin regionda mövcudluğu birbaşa bu savaşla bağlıdır. Xomeyni rejiminə görə ABŞ regionda dörd hərbi baza tikdi və əmirliklərdən olan müttəfiqləri ilə birlikdə Körfəzdə mütəmadi olaraq hərbi təlimlər keçirməkdədir. Savaş həm də, şahın devrilməsindən sonra, İsraili regionda ABŞ imperializminin yeganə strateji müttəfiqi etdi. İranda burjua hakimiyyətin konsolidasiyası, İraqda isə BƏƏS-çilərin möhkəmlənməsi, savaşın iki mühüm nəticəsidir. İnsan və iqtisadi resursların məhv olunması hər iki ölkəni olduqca zəif duruma saldı, eyni zamanda imperialistlər bu durumdan çox razı qaldılar. Buna görə də, savaşın davam etməsi üçün, hər iki tərəfi silah və sursatla təmin edirlər, ancaq heç birinə strateji üstünlük əldə etmək imkanı verilməyəcək. Savaşın dörd ili köklü surətdə regionda vəziyyətin ABŞ imperializminin xeyrinə dəyişməsinə gətirib çıxardı. Molla rejimi hal-hazırda onun əsas alətidir. Xomeyninin maraqları bu savaşda aydındır. Xalqın gücünü sosial problemlərdən yayındırararq, savaşa cəlb etmək. Sosial həyatın hərbləşdirilməsi, xalqın bütün qanuni tələblərini basdırmaq üçün bir bəhanədir. Rejim daxilində ən sinik fraksiyaların möhkəmləndililməsi, və ən vacibi isə, bütün mümkün mənbədən istifadə etmək məcburiyyəti adı ilə, asılı kapitalist dövləti durumuna qayıtmaq niyyəti.

İnqilabın nəticələri

[redaktə | mənbəni redaktə et]

"İran"-ın indiki durumundan, aydındır ki, kütləvi inqilabi hərəkat yatdı, qarşısını almağa qadir olmadığı əks-inqilab isə, rekonstruksiya olunan və daha da güclənən burjua dövlətə arxalanaraq hakimiyyəti tamamilə ələ keçirə bildi. Bu faktlar onu göstərir ki, rejim, dünya imperialist sisteminə daxil olan yeni daha da korrupsiyalaşmış və istismarçı dövlətini bərpası üçün, bütün lazımı şəraiti yaradır. "İran" inqilabı bu nəticəyə necə gəldi?

Əks-inqilab "İran"-da

[redaktə | mənbəni redaktə et]

Yeni qurulmuş əks-inqilab, faktiki olaraq inqilabdan doğdu. Bu 1979-cu il "İran" inqilabının xüsusiyyətidir. Məhz fevral üsyanına başçılıq edən qüvvələr indi, dövlətin total repressiv mexanizmini təsis etdilər, və indi də "iran" brujuaziyasının və dünya imperialist qüvvələrinin əks-inqilabi maraqlarını təmin edirlər. Bunda heç bir şübhə olmamalıdır. İmperialistlər, qovulmuş fraksiyalar, əvvəlki diktaturanın daxili qüvvələri sadəcə olaraq indi əvvəlki siyasəti dolayısı ilə , Xomeyni vasitəsilə həyata keçirirlər, o isə "İran" da əks-inqilabın lideri olaraq qalmaqdadır.

Buna görə molla rejimini, onun guya müstəmləkəçiliyə qarşı olduğuna görə dəstəkləmək, inqilabçılar üçün ciddi səhv olardı. Belə mövqeyin əsl məntiqi, qaçılmaz olaraq, həqiqi və fəal olan əks-inqilab qarşısında təslimçilik olardı. İmperiazlimin devrilməsinə gedən həqiqi yol, bu rejimin devrilməsindən ona görə keçmir ki, bu sadəcə olaraq inqilabın qarşısını alıb, ona görə keçir ki, bu rejim birbaşa olaraq həmin bu müstəmləkəçi güclər tərəfindən təsis olunub, onlar tərəfdən hər cürə dəstəklənir və bəslənir.

İslam rejimi sadəcə olaraq, bir sıra başqa rejimlər kimi, milli-azadlıq mübarizsəi nəticəsində iqtidara gələn millətçi-burjua rejim deyil, ardıcıl olmasa da(öz sinfi xassiyətinə görə), "antisömürgəç" qüvvədir; o faktiki olaraq Asiyada ilk dəfə olmalı olan və nəticəsi fəhlə dövləti ola biləcək inqilaba qarşı çevrilmiş əks-inqilabdır. Əgər kimsə bu əks-inqilabi rejimin imperializmə qulluq etmədiyini iddia etsə, onda o bu rejimin imperializmə qulluq etmədiyini, bu rejimin imperializmə maneə olduğunu, və bu rejimdən həmin bu imperialistlərin xeyir götürmədiyini, və bu rejimin qlobal əks-inqilabın "İrandaki" nümayəndəliyi olmadığını sübut etməli olacaq.

İddia etmək ki, "rejim inqilabdan yaranıb"", imperialistlər və monarxist burjuaziya tərəfindən hələ məğlub edilməyib, və deməli "inqilab" hələ də, olsun lap mutasiya olunmuş halda, davam edir, bu rejimin bərqarar olmasının əks-inqilabın ilk və bəlkə də həlledici qələbəsi faktı kimi nəzərə alınmaması olardı. Xomeyni fraksiyası buna başçılıq edirdi. Və indi, bu fraksiya əlində bütün iqtidarı cəməşdirdiyi halda, biz əminliklə deyə bilərik ki, əks-inqilab qalib gəldi, və onun başçılığı inqilabdan çıxdı.

Və indi həm də tamamilə aydındır və sənədlərlə yetərli qədər təsdiq olunur ki, ali hərbi çevrələr, gizli polis, bürokratiya Xomeyninin ardınca fevral inqilabından çox əvvəllər getmişdi. Amerikan imperializmi şəxsən özü ali hərbi başçılar ilə burjua-klerikal idarəçilər arasında yaranmış ziddiyətləri həll etmək üçün işə qarışdı. Bundan başqa bir sıra iri burjuaziya nümayəndələrinin birbaşa Xomeyniyə, onun "idarəçiliyini" qurmaq üçün maddi yardımını unutmamalıyıq. Hərəkatın kütləviliyini və radikallığını nəzərə alaraq, burjuaziya üçün inqilaba qarşı çıxmağın yeganə yolu bu inqilaba "qoşulmaq" idi. Bunu ancaq şaha qarşı hər hansı müxalif fraksiyalardan birini dəstəkləyərək etmək mümkün idi. Və məhz bu anda, böyük kütlə başında, siyasi səhnəyə Xomeyni çıxdı. Şiə ruhaniləri və özəlliklə Xomeyni fraksiyasının bu iş üçün niyə yaradığı yetərli qədər aydın məsələdir. Ruhanilər həmişə sinfi cəmiyəti və xüsusi mülkiyyəti qorumaq üçün yaxşı hazırlanmış, dövlətin vacib institutu olub. Ən nəticədə şiə iyererxiyası, dövlətin ən əsas ideoloji dayağı idi. Xomeyninin özü 1953-cü il çevrilişi zamanı, hakim sinfə öz loyallığını sübut edən fraksiyanın təkindən çıxmışdı. Eyni zamanda o ən az nifrət doğuran dövlət aləti idi, çünki dayağı olduğu dövlətin rəsmi strukturunda təmsil olunmamışdı. Katoliklikdən fərqli olaraq onunla dövlət arasında həmişə məsafə saxlanılırdı. Özəlliklə bu "Ağ inqilabdan" sonraki kapitalist inkişafı dövrünə aiddir, onda ruhanilər ikinci dərəcəli səviyyəyə endirilmişdir. Məhz buna görə iyererxiya daxilində böyüyən fraksiya, şah rejiminə müxalifətdə olmağa məcbur idi. İndi isə bunu kütləvi hərəkata buraxılış vəsiqəsi kimi istifadə etmək olardı.

Burjua siyasi müxalifətinin şah dövründəki azad hərəkat imkanından məhrum olması ilə əlaqədar zəifliyini nəzərə alaraq, məscidlər və mollaların geniş şəbəkəsinə malik olan ruhanilər, narazı kütlələri kortəbii hərəkatını "təşkil" və kanalizə(yönləndirmək) etmək üçün qüvvətli partiyaüstü alətlə təmin etdilər. Ruhanilik həm də bir növ, gizli burjua proqramı ətrafında birləşmək üçün, kütlənin kobud radikal tələblərinə cavab verən, bir növ populist ideologiyaya malik idi.

Kütləvi hərəkatın erkən çağlarında şəhər xırda burjua və kənd ünsürünün üstünlüyünü nəzərə alaraq, ruhanilərin "islam ədaləti", "islam iqtisadiyyatı", "islam ordusu" və "islam dövləti" çağırışları, dərhal istənilən kütləvi bazanı tapdı.

Buna görə də Xomeyninin əks-inqilaba tərəf əyilməsini, onun hakimiyyətə gəlmək niyyətlərinə uyğun olmadığını iddia etmək, ən azından indi artıq millyonlarla "iranlıya" tam əminliklə məlum olan faktı danmaq demək olardı. Həmçin hakim siniflərin və onların imperialist havadarlarının əvvəldən buna yardım etməsini inkar etmək, bu inqilabı hadisələrinin əsas yönünü dərk etməmək kimi anlanmalıdır.

Burjua fraksiyalar

[redaktə | mənbəni redaktə et]

Beləliklə, "İran" inqilabını, "burjua millətçi qüvvələr tərəfindən başçılıq edilən, xalq antiimperialist inqilabı" kimi dəyərləndirmək- tamamilə cəfəngiyyatdır.

Kütləvi çıxışlar üçün zəmin yaradan 1976–1978-ci illər siyasi və iqtisadi böhranı, ziddiyyətli faktorlar çeşidinin cəmindən ibarət idi. Bütünlükdə asılı kapitalist şah diktaturasına qarşı olan kütləvi narazılıq hərəkatı ilə yanaşı, burjuaziyanın öz daxilində çox dərin çatlar var idi ki, bunlar həm şahın tərəfdarları həm də əleyhidarları arasında var idi.

Şah iqtidarına qarşı olan burjua fraksiyalar inqilabı böhranın yüksəlişi və dərinləşməsi ilə tədricən transformasiyaya uğrayırdılar: əvvəla kapitalist dövlətinin müəyyən müasirləşməsini , şah ailəsinin mütləq hakimiyyətinin məhdudlaşdırılmasını, və şah dövlətinin içəridən islahat olunması uğrunda "çağdaşçı" burjua elitası var idi. Bu islahatlar sonraki kapitalist inkişaf üçün gərəkli idi.

Bu fraksiya, hələ inqilabi böhrandan öncə, yeganə mövcud olan şahçı "Rastaxiz"(İntibah) partiyası daxilində formalaşmışdı. Bu fraksiya texnokratların və bürokratların üst təbəqəsində təmsil olunmuşdular, bundan başqa bu fraksiya amerikan istiblişməntinin nüfuzlu müəyyən hissəsinin dəstəyini almışdı. Böhran dərinləşdikcə bu fraksiya öz müxalifliyində daha da açıq mövqe tutmağa başladı. Bu fraksiya şahla siyasi alverdə, kütləvi narazılıq təhlükəsini bir alət kimi istifadə etməyə başladı. Xoveyda hökumətinin istefası və Amozeqar hökumətinin formalaşması, bu alverin nəticəsində şahın bu fraksiyaya güzəştə getməsi idi.

Ancaq kütləvi hərəkatın inkişafı, burjua sinfinin yeni müxalif nümayəndələrini ön plana çəkməkdə idi. Bu fraksiya yaxşı anlayırdı ki, böhran vəziyyətini nəzərə alaraq, şah diktaturası ilə ən az əlaqələrə malik burjua siyasətçilərə ehtiyac var. Heç bir başqa yolla o kütləvi hərəkatda hər hansı bir ciddi dəstəyə nail ola bilməzdi. Meyitin reanimasiyasını "milli cəbhə" adlandırdılar, və yaxın zamanlarda yaradılan burjua liberal qruplaşmaların(məsələn Radikal hərəkat) yüksəlişi bu tendensiya ilə bağlı idi. Şaha qarşı həm də ənənəvi bazar ünsürü içində, bazarla bağlı orta və xırda burjuaziya(məsələn iri bazar tacirləri, ənənəvi sənayə sahələrinin orta və kiçik nümayəndələri) arasında var idi.

"Ağ inqilab" müəyyən dərəcədə bu ənənəvi qrulaşmaların da durumunu yaxşılaşdırmışdı, amma perspektiv baxımından, onlar xarici inhisarlarla bağlı əsas kütləvi istehsal və dövlətin dəstəklədiyi kapital yığımı ilə əlaqəli deyildilər, və buna görə də siyasi mənada demək olar ki, tamamilə hakim siniflərdən kənarlaşdırılmışdılar.

70-ci illərin ortalarında "İranda" yaranmış kapitalizmin struktur böhranı, daxili bazarın mühüm hissəsinə nəzarət edən bu təbəqənin hesabına öz işlərini düzəltmək üçün dövlət tərəfindən hucumları məruz qaldı. Bu təbəqənin mövqeləri zəiflədildikcə, onların sahələrinin bərpası, inhisarlara verilirdi. Beləliklə daxili bazarda istehsalartığı böhranla bağlı çətinliklər həll olunurdu. Sənayeləşməyə(industrializasiya) hesablanmış və texnoloji cəhətdən ondan asılı olan, istehlak malları istehsalı, daxili istehsalda dövlətin bürokratik nəzarətinin böyüməsinə səbəb oldu. Bu təbəqələr üçün şah iqtidarına qarşı müxalifət ölüm-dirim məsələsi idi. Onlar heç cür alayı fraksiyaların təklif etdiyi islahatlarla qane ola bilməzdilər. Onlar hakimiyyət strukturlarında daha qəti dəyişikliklər tələb edirdilər. İslahatçı fraksiyalar, hər hansı radikal dəyişikliyin bütövlükdə hakim sinfin mövqelərinin sarsılması qorxusu altında, hər istənilən radikal atdımdan çəkindikləri halda, bu fraksiya üçün radikal dəyişiklik heç bir təhlükə təşkil etmirdi, onlar ən azından şah hakimiyyətinin devrilməsini istəyirdilər.

Kütləvi hərəkat artdıqca, bu fraksiyanın alayı fraksiyalar qarşısında üstünlüyü görünməyə başladı. Bazar iqtisadiyyatının ənənəvi kanalları vasitəsilə, bu fraksiya şəhər xırda burjuaziyasını və onunla bağlı olan yoxsul şəhərli kütləsini cəlb edə bilərdi. Bu fraksiya həm də qüdrətli şiyə iyerarxiyası ilə çoxsaylı əlaqələrlə bağlı idi. "Ağ inqilabdan" sonra ənənəvi burjuaziya və şiyə ruhaniləri getdikcə daha da yaxınlaşırdılar. Burjuaziyanın 1953-cü il məğlubiyyətindən öyrəndiyi ən vacib dərs ondan ibarət idi ki, islam ideoloqiyasının və mollaların dəstəyi olmadan, özünün şaha və sollara alternativ kimi göstərən heç bir güc yetərli qədər kütləvi dəstəklə təmin oluna bilməz.

Bazarqan və Taleqaninin "Azadlıq hərəkatı" bu meyldə olduğunu göstərirdi. Bu partiyaya burjuaziyanın böhranı anında onu qurtarmaq şansı yarandı. Eləcə də Şərif Emaminin kabinetinin formalaşdırılması, şah rejiminə bu kabinetə getdiyi bütün güzəştlərdə bu fraksiyanı nəzərə almağa sövq etdi. Ancaq, özünü "Milli barışıq hökuməti" adlandıranlar, nə hər iki fraksiyanı qane edə, nə də tədricən geniş vüsət almaqda olan ümumi tətil ilə əlaqədar yenidən dirilən kütləvi hərəkatın qarşısını ala bilməzdi.

Bu məqamda Xomeyni çox rəğbət qazanmışdı, çünki görünürdü ki, o şahın devrilməsi tələblərində ardıcıl idi. Ancaq eyni zamanda o rejimlə sövdələşməyə hazırlaşırdı. Məhz həmin bu dönəmdə hakimiyyətdə olan qüvvələrin dəstəyi ilə, Xomeyni kütləvi hərəkatda öz "idarəçiliyini" möhkəmlədirdi. 1978-ci ilin sentyabrına qədər kütləvi hərəkata nəzarətə nail olunandan sonra, yuxarılarda kompromissə imkan yarandı. Amma buna kütləvi tətilin inkişafı mane oldu. Beləliklə, 1978-ci ilin sentyabrından 1979-cu ilin fevralına qədər, çox uğurlu ümumi tətil səbəbindən, şah rejiminin getdikcə daha çox izolyasiyası, ordunun və polisin demoralizə olunması, kütlələrin radikalizaisyası və burjua cəmiyyətinin tam iflic olması ilə qeyd olunan, inqilab üçün zəmin hazırlanırdı.

Bazarqan hökuməti

[redaktə | mənbəni redaktə et]

Amerikan imperializmi və şahçı burjuaziyası, indi kütləvi hərəkata daha çox güzəştə getməyə hazır idilər. Şahın səhnədən getməsi və Bəxtiyar hökumətinin qurulması, özü-özlüyündə diktatura tərəfindən çox radikal güzəşt idi. Bununla, o dövrdə daha mqəbul görünən, islahatçı fraksiyanı gücləndirmək və beləliklə daha radikal fraksiyanı dilə gətirmək ümidi var idi. Ancaq kompromisslər zamanı artıq əldən verilmişdi. Kütləvi hərəkat artıq özünə yetərəli qədər inam qazanmışdı və şahın tamamilə getməsini tələb edən, əhval- ruhiyyə üstünlük təşkil edirdi. Bundan başqa şahla hər-hansı bir kompromissə getməyə hazırlaşan qüvvə, dərhal bütün kütləvi dəstəyi itirirdi, elə buna görə Bəxtiyar hökumətindən hətta Milli Cəbhədən üz döndərdi.

Bu Xomeyninin "barışmazlığını" izah edirdi. Bəxtiyarın mövqeyini mühakimə edərək(eyni zamanda o gizlin olaraq, Bəxtiyarla danışıqlar aparırdı), və kütləvi hərəkatı dəstəkləyərək, o eyni zamanda burjuaziyanın hər iki fraksiyası ilə danışıqlar aparırdı. Həmin fraksiyaların ən populyar fiqurlarına öz "idarəçiliyi" qəbul etməyə məcbur edirdi, beləliklə onun nəzarəti olmadan heç bir kompromiss danışıqlar mümkün deyildi. Hərbi çevrələr və imperialistlər də çox şeydən vaz keçməyə hazır idilər. Orduda narazılıq artırdı. Qəti şahçı qruplaşmalar Bəxtiyar hökumətini devirməyə hazırlaşırdılar. Bu tamamilə ordunun dağılmasına, onunla birgə isə burjuaziyanın hakimiyyəti saxlamaq ümidlərini puç edə bilərdi. Aydın oldu ki, Xomeyni ilə kompromissə nail olunub. Və bu doğrudan da belə idi. Tehranda bir tərəfdə Beheşti və Bazarqan, o biri tərəfdə isə ordu və məxfi polis başçıları arasında gizli danışıqlar başladı. Arbitr kimi amerikan nümayəndəsi general Xayzerin vəzifəsi, ordunun öz tərəfindən boynuna götürdüyü öhdəlikləri yerinə yetirməyinə nəzarət etmək idi. Karter müdiriyyətinin dəstəyi ilə hakim sinfin əsas təbəqələri, müxalifətlə hakimiyyəti bölüşdürməyə hazır idilər. Hakimiyyətin Bazarqan hökumətinə hamar keçidi ümidi var idi.

Bazarqan məqbul alternativ idi, çünki hər iki burjua fraksiyasından ibarət koalisyon hökumət formalaşdıra bilərdi və eyni zamanda sürətlə qüvvətlənməkdə olan Xomeyni idarəçiliyi ilə sıx əlaqələrə malik idi. Xomeynidə belə dönüşü qəbul etdi, çünki bu onun ruhaniləri iqtidara gətirmək planını yaxşı gizlədirdi.

Ruhaniyyat o vaxt siyasi hakimiyyətə açıq iddia edə bilməzdi. Xomeyni burjuaziyanın qorxusunu sovuşdurmaq və kütləvi hərəkat üçün öz namizədliyini açıq saxlamaq üçün, hər dəfə, şah hakimiyyətdən gedəndən sonra, Quma qayıdacağını və orada öz "dini borcunu" yerinə yetirilməsini davam edəcəyini təkrar edirdi. Beləliklə Xomeyniyə xaricdən qayıtmaq icazəsi verildi, və onun təyin etdiyi müvəqqəti hökumət Bəxtiyardan hakimiyyəti qəbul etməyə hazırlaşırdı.

Ancaq Fevral üsyanı bu planlara daxil deyildi. Şaha sədaqətini saxlamış bəzi ordu rəhbərləri, ABŞ dəstəklədiyi kompromissə qarşı çıxıb, hadislərin gedişatını dəyişmək, hərbi çevriliş cəhdi etdilər. Bu dərhal kütləvi etiraz və üsyan doğurdu ki, Xomeyni əvvəl bunu dəstəkləmədi. Lakin sonra onun qüvvələri bu narazılığa qoşulmalı oldular, çünki əks halda onlar narazılığa nəzarət imkanını itirə və bununla da dövlət aparatının xilas üçün bütün ümidlərini birdəfəlik itirməli olacaqdılar.

Üsyanın yatırılmasının bir yolu var idi ki, bu da həmin üsyana "başçılıq" etmək idi. Hərbi rəhbərlik və bürokratiya Xomeyniyə və İnqilabi İslam Şurasına sadiq olmağa hazır idilər, çünki ancaq onlar bunları üsyankar kütlədən xilas edə bilərdilər. Beləliklə Bazarqanın, özlərinin adlandırdığı kimi müvəqqəti inqilabi hökuməti yarandı ki, bu hökumət Bəxtiyar hakimiyyətini yerinə gəldi. Xomeyninin xeyir-duası beləliklə, xalqın başı üzərindən, yeni kapitalist iqtidarının yaranmasını təmin edirdi. Beləliklə aydındır ki, özünü"İran inqilabının rəhbərliyi" adlandıranlar, lap əvvəldən yuxarıdan istifadə olunaraq sosial qüvvələrin nisbəti imkan verdiyi qədər, xalqın nailiyyətlərini dala atmaq üçün və burjua dövlət aparatını xilas etmək üçün, əksinqilbi burjua siyasi alət rolunu oynayırdı. Hakim sinif hələ , siyasi repressiyalara əl atmaq iqtidarında deyildi.

Lakin Xomeyni bütün bu xidmətləri ikinci skripka rolunu oynamaq üçün etmirdi. O sadəcə olaraq bütün siyasi hakimiyyəti birdən almaq üçün daha əlverişli məqam gözləyirdi. O ruhanilərin elə bir fraksiyasını təmsil edirdi ki, Musəddiq dövründən, şiyə iyerarxiyasının dövlətin həyatında ən mühüm rol oynaması üçün çıxış edirdi. Bu fraksiyanın 60-cı illərin əvvəlində gizli polis rəisinin iştirakı ilə iqtidara gəlmək cəhdi uğursuluqla nəticələnmişdi. İndi isə tarix elə bir çans yaratmışdı ki, burjuaziyanın indiki olduqca zəif məqamını nəzərə almaqla, əldən buraxmaq olmazdı. Sonuncular, təhlükəli məqamda özünü xilas etmək üçün, imperialist yiyələrinin icazəsi ilə, özü ruhanilərlə hakimiyyəti bölüşməyi təklif etmişdi. İnqilabdan sonrakını anlamaq üçün, ruhanilərin iqtidara gəlmək niyyətini nəzərə almadan anlamaq mümkün deyil.

Əvvəlcə ruhanilər lazım olan siyasi hakimiyyət alətinə malik deyildi. Xomeyni fraksiyası, heç şiyə iyerarxiyasında üstünlüyə malik deyildi. Klerikal rəhbərlərin çoxusu, ruhanilərin siyasi hakimiyyətdə təmsilçiliyinin əleyhinə idi. Mövcud dövlət idarəçilik siteminə də bel bağlamaq olmazdı, çünki onlar klerikallların hakimiyyəti üçün uyğun deyildi. Başqa bir çox səbəblərin içində, onu da nəzərə almaq lazımdı ki, bürokratiya özü klerikalların hakimiyyəti ilə razı deyildi. Hətta, burjua siyasətçilərinin içində ən "islamçı" hesab olunan, baş nazirin özü, hər cürə ruhanilərin dövlətdə təmsil olunmaqlarının qarşı idi. Beləliklə, hazırlıq dövrü lazım idi.

Xomeyninin birbaşa dəstəyi ilə, bu fraksiya əvvəlcə İslam Cümhuriyyət Partiyasını yaradtı. Bu sadəcə başqalarının sırasında daha bir partiyanın yaranması kimi qələmə verilirdi. Sonra bu partiya başqalarını sıxışdırıb, yeganə şah partiyasının yerini tutdu. Xomeyniçi mollaların şəbəkəsi vasitəsilə bu partiya, lazım olanda monarxist əks-inqilabi qüvvələrə qarşı çıxmağa hazır və asayişi qorumaq məqsədilə, hökumətə yardım edə biləcək, yerli komitələrin və pasdarların mükəmməl təşkilatını yaratdı.

Eləcə də, şah tör-töküntülərinin cəzası üçün, inqilabi islam məhkəmələri yaradıldı. Bu məhkəmələr tezliklə, onun qalan hissəsini xalqın qəzəbindən qorumaq məqsədilə, köhnə rejimin ən ifrat tərəfdarlarını edam etdirdi. İmam komitələri, islam məhkəmələri və pasdarlar ordusu tezliklə şahın repressiv aparatını əvəzlədi.

Bütün bu addımlar əvvəldən burjuaziya tərəfindən dəstəklənirdi, çünki onlar anlayırdı ki, ancaq bu yolla tezliklə inqilabı qurtarmaq və "rekonstruksiya dövründə" keçmək olar. Yeni yaranmış islam təsisatları, daim ona öz sədaqətinə zəmanət verərək, Bazarqan hökumətinə yaxşı xidmət edirdi. Lakin sonralar onlar, burjua siyasətçilərin hakimiyyətdən uzaqlaşdırılması alətinə və dolayısı ilə dövlət aparatına nəzarət mexanizminə çevrildi.

Bundan başqa Xomeyni həm də, tezliklə dövlətin xarakterini təyin edən, ümuxalq referendumunun keçirilməsinə təkid edirdi ki: bu referendumda xalq ya monarxiyaya ya da islam cümhuriyyətinə səs verməli idi. Burjua xadimlərinin, donquldanmağına baxmayaraq, onlar bu tədbirə getməyə məcbur oldular, çünki əks halda Təsisatlar Məclisi çağırılmalı idi, bu isə burjua hakimiyyəti üçün bir çox təhlükələr törədə bilərdi. Beləliklə referendum keçirildi, və əlbəttə ki, çoxluq gözlənildiyi kimi islam cumhuryyətinə səs verdi. Mollalar bilirdi ki, kütlələr heç vaxt monarxiyaya səs verməyəcəklər! Belə də oldu, çoxluq islam cümhuriyyətinə səs verdi, və deməli Təsisatlar Məclisi, islam qanunlaraın arxalanan "ekspertlər"(xebreqan) şurası ilə əvəz olundu. Mollalardan ibarət, kiçik şura, gözlənilmədən, konstitusya elan elədi və baş ekspert kimi bütün diktator hakimiyyətini Xomeyniyə verdi.

Vilayəti-fəqih maddəsini, burjua siyasətçilərin bütün narazılığına baxmayaraq, ABŞ səfirliyi qarşısında toplaşmış kütlənin antiimperilast hisslərini demoqocasına istismar edərək, mollalar sürükləyərək konstitusiyay dürtə bildilər. Kütlələrə elan etdilər ki, indi biz Böyük Şeytanın önündə duraraq bu islam konstitusiyasına səs verməliyik. 40 % səs toplamağına baxmayaraq qanun qəbul olundu.

Beləliklə, Xomeyninin klerikal fraksiyası, bütövlükdə hakim sinfin maraqlarını ifadə edən dövlətin dağılmasının qarşısını almaq, inqilabı azdırmaq və yayındırmaq məqsədilə, çeşidli burjua qruplaşmalarla əməkdaşlıq edərək, eyni zamanda bu burjua qruplaşmalar üzərində öz üstünlüyünü təmin etmək və nüfuzunu artırmaq üçün, davamlı addımlar atmaqda idi. Öz fraksiya maraqları tələb edəndə, dövlətin iradəsindən yan keçmək üçün, kütləvi hərəkatda öz nüfuzundan istifadə edirdi. Amma o eyni zamanda öz repressiv aparatını da yaradırdı ki, o tədricən başqa fraksiyalarla rəqabəti öz xeyrinə həll edəndən sonra, dövlət aparatına inteqrasiya olmalı idi.

Kütləvi hərəkatın məğlubiyəti

[redaktə | mənbəni redaktə et]

İnqilabi hərəkat

[redaktə | mənbəni redaktə et]

Xomeyniçi islamçı əks-inqilaba baxmayaraq, şahın devrilməsindən sonra kütləvi xalq hərəkatı davam edirdi. Xomeyninin öz məqsədləri və niyyətləri olmaqlarına və onun burjua dövlətin xidmətində olmasına baxmayaraq, kütləvi hərəkatın genişlənməsinə və öz tələblərini irəli sürməsinə mane ola bilmirdi. Xomeyninin kütlələr üzərində mütləq nüfuzu-iran inqilabının növbəti əfsanəsidir.

Xomeyninin, hətta onun öz nüfuzunun üsyandan sonraki pik nöqtəsi zamanında, heç bir azad seçkilərə getmək niyyətində olmaması, onun özünün bu əfsanəyə inanmamasına dəlalət edir. Əlbəttə ki, onun özünün kütləvi bazası var idi və bu bazanın nüvəsi başqaları içində ən təşkil olunmuş və kütlələrin ən fəal qismini təşkil edirdi, ancaq bütün bunlar o demək deyil ki, onun bazası bütün hərəkat deməkdir.

İnqilabi kütlələrin mütləq əksəriyyəti, şaha qarşı hansı səbəbdən çıxış etdiyini və tələblərinin necə ödənilə biləcəyini bilirdi. İnqilabi tərcümə onların öz qüvvəsini və təşkilatlanmaq ehtiyacını göstərdi. Hətta üsyandan öncə Xomeyninin rəhbərliyini güclə tabe ediləndə belə, onların öz planları var idi. Kütləvi hərəkatı, birmənalı olaraq Xomeyni barədə dolaşıq illüziya dolu düşüncələrdə olmasını iddia etmək, sadəlöhvlük olardı. Xomeyninin baxmayaraq, fəhlələr şuralar təşkil edirdi, o cümlədən imam komitələri tərəfindən təyin olunan, kapitalistləri və onların menecerlərini qovurdular. İnqilbi şuranın qərarını gözləmək tələblərinin əksinə olaraq, kəndlilər torpağı tuturdular. Yeni rejimin açıq repressiyalarına baxmayaraq, milli azlıqlar təşkilatlanmağa başladılar. Xomeyniyə birbaşa müxalif düşüncəli qadınlar, kişilərlə eyni hüquqlar uğrunda nümayişlərə çıxırdılar. "Liderlərin" tələləbələrin məşğələlərə qayıtmaq çağırışlarına baxmayaraq, onlar tədris binalarını zəbt edirdilər. Xomeyninin şəxsi müraciyətinə baxmayaraq, kütlələr silahlarını vermək istəmirdilər. Əskərlər yeni rejimin onların şuralarını buraxmaq cəhdlərinə müqavimət göstərirdilər, özbaşına olaraq ordunu köhnə zabitlərdən təmizləməyə başladılar.

Üsyandan artıq bir neçə həftə sonra, Xomeyni rejiminin təyin elədiyi hökumətə qarşı kütləvi nümayişlər keçirilirdi. Birinci sol 1 may nümayişi küçəyə 300000 artıq insan çıxarmışdı. Birinci aylar ərzində kütlələrə elə gəlirdi ki, Xomeynidən solda xalqa yaxın qüvvələr xalq mücahidləri və fədailəri ola bilər. Bu qruplar sürətlə kütləvi bazalarını artırıdılar ki, onlar artıq kütlələrin bəzi vacib dəstələrində xomeyniçilərin fəhlə sinfində olan tərəfdaşlarından çox olmasalar da, az da deyildilər. Hətta burjua liberal qruplaşmalarda öncə önəmli bazaya malik idilər. Beləliklə solların, şübhəsiz ki, kütləvi dəstəyi var idi. Rejimin bütün maxinasiyalarına baxmayaraq, indiyə qədər əslində heç vaxt çoxluğun dəstəyi olmamışdı. İlk prezident seçkilərindən başqa, islam rejiminin təşkil etdiyi bütün başqa seçkilər, elektoratın 60% tərəfindən boykot olunmuşdu. 1979-cu ilin yayına qədər Xomeyni məzlum millətlərin(yəni əhalinin əksəriyyətinin) və sıx məskunlaşmış Şimal bölgələrinin(yəni Azərbaycanın bütün dəstəyini itirmişdi. Red. Tərc.) kimi sənayə şəhərlərində Tehran, Əhvaz Xomeyniyə dəstək minimal idi. Tələbələr arasında yeni rejim ancaq 10–15 faizin dəstəyinə ümid edə bilərdi. Eyni durum aşağı ordu heyəti arasında idi.

Prezident Bəni Sədrin qovulmasından 6 ay öncə, xomeyniçi qüvvələrə qarşı çağırış edən qüvvələr Tehranda nümayişə 2 mln. adam çıxarmışdı, eyni zamanda Beheşti alternativ nümayişə 150000 adam çıxara bilmişdi. Xomeyni öz antiamerika demoqoqiyasının zirvəsində, yəni Məclisə seçkilərin birinci mərhələsində, seçki məntəqələrinin nəzarət altında olmasına və bütün manipulyasiyalara baxmayaraq, sollar müstəqil surətdə 1,5 mln səs toplaya bilmişdilər.(Buna mücahidlərin də 2 mln. səsini əlavə etmək olar). Kütlələr doğrudan da Xomeyni barədə illüziyaya malik idilər, amma bu çox çəkmədi, və heç vaxt bunu mübarizələrdə iştirak etmiş xalqın əksər qatları barədə demək olmazdı; hətta rejimin özü belə boynuna almağa məcbur idi ki, o fəhlələrin, yoxsul kəndlilərin, qadınların və milli azlıqların əksəriyyətinin və sairənin, dəstəyinə ehtiyacı var idi.

Kütləvi hərəkatın parçalanması

[redaktə | mənbəni redaktə et]

İnqilbaı hərəkatın zəifliyinin başqa səbəbləri var idi, və məhz onda idi ki, o dərhal Xomeyni rəhbərliyinə münasibətdə ikiyə haçalandı. Nəticə etibarilə, iki paralel xətt gəlişirdi, inqilabi xalq qalxınması, və Xomeyni başçılığı ilə islan əks-inqilabı. Sonuncusu yaxşı təşkil olunmuşdu, nəinki köhnə rejimə, eyni zamanda inqilabi qüvvələrə qarşı səfərbər olmuş dövlət aparatının yardımına malik idi. Özəlliklə, proseslər arasında sərhədlər hələ aydın olmayan, həlledici erkən mərhələlərdə, inqilabi kütlələr onların arasında yaranmış təcridşiliyə lazımı dirəniş göstərə bilmədilər. Sol qrupların bu sorunda qırılması, çox şeydən xəbər verir.

Xomeyni fraksiyası şaha qarşı özəl şüarlar çıxaranda, sollar etiraz etmədilər. Xomeyni öz Müvəqqəti hökumətini təyin edəndə, fədailər, mücahidlər, Tudə və bir sıra başqa qruplar onu dəstəkləyirdilər. Yeni yaranmış islam məhkəmələri gizli iclaslarında şah rejiminin bəzi nümayəndələrinə qarşı ölüm hökmləri çıxaranda sollar bunu alqışlayırdılar. Rejim" rədd olsun qərb fahişələr(siq)"şüarı ilə, qadın hüquqlarına hucum etməyə başlayanda, sollar bunu ikinci dərəcəli məsələ kimi, buna qarşı"qadın" sorunu kimi, etinasızlıq edirdilər. Mətbuat azadlığı təhlükə altına düşəndə, sollar dirənmədilər, çünki öncələr bu burjua mətbuata aid edilmişdi. Ancaq tezliklə sol mətbuat da bağlandı.

İşçi sinfi yeni rejim tərəfindən hucuma məruz qalanda, bu "islam şuraları" adı altında baş verirdi. Xomeyniçi rəhbərliyi altında radikallaşan işçi mübarizlərinin bir çoxu, anlaya bilmirdilər ki, nə baş verir. Onlar bu hucumlara, işçi sinfinin öz daxili hərc-mərcliyi üzündən qarışmırdılar. Vaxtı ilə "vahid" kütləvi işçi hərəkatı barədə xatirələr hələ sağ idi. İslam Cümhuriyyət Partiyası tərəfindən təşkil olunan başkəsən dəstələri nümayişçilərə hucum etməyə başlayanda, buna "dirənişin" ən yayılmış tətbiq forması, "Qələbənin sirri birlik və yekdillikdədir!" şüarlarının səsləndirilməsindən ibarət idi. Bütün olanlardan sonra, onlar yenə də sadəcə olaraq, şaha qarşı mübarizədə iştirak edən insanlar olaraq qalırdı.

Sonra, xomeyniçi qüvvələrin əks-inqilabi niyyəti hər kəsə məlum olandan sonra, artıq çox gec idi. Xomeyni bu vaxta qədər , öz kütləvi bazasının çox hissəsini artıq itirmişdi lazıin ortada qalan, effektiv təşkil olunmuş qüvvətli repressiya mexanizmi kimi daha yaxşı hazırlanmışdı. Bundan başqa Xomeyni fraksiyaları, heç vaxt öz hakimiyyətinin eroziyasının passiv müşahidəçisi olmayıblar. Onlar idarə etdiyi dövlətin bütün qüvvəsini,(nəzarətində olan KİV-lər, cümə namazları institutu, əmr qaydasında çağırılan nümayişləri), yayqın antiamerikaçı və antiimperialist təbliğatını təşviq etmək üçün istifadə edirdilər. Tehranda ABŞ böyük elçiliyinin zəbt edilməsi də bu üsulun ən yaxşı nümunəsi idi.

ABŞ baş elçiliyinin işğalı, Kürdüstandaki məğlubiyyətlərə və inqilabın üstünə ilk 8 aylıq yerimənin qeyri-populyarlığının olduqca artmasına yaxşı örtüklə təmin edə bildi. Bütün məsuliyyəti Bzaraqna hökumətinin amerikapərəst siyasətinə üstünə yıxaraq, Xomeyni fraksiyası dövləti ələ aldı, mollalar ABŞ baş elçiliyi önündə şou nümayiş etdirməklə kütlənin diqqətini həqiqi mübarizədən yayındırdılar. Öz müstəqil şuralar uğrunda mübarizə aparan fəhlələr, başqa fəhlələr tərəfindən işlərini atıb "casus yuvasının" qarşısına, "liberalların" son ifşalarını və Xomeyninin molla-tərəfdarlarını dinləməyə getməyə məcbur ediləndə, dirənmək elə də asan olmurdu.

Tədricən, addım- addım, ardıcıl hucum dalğaları ilə, kütlələr məğlub oldu və imamın rəhbərliyini qəbul etməyə məcbur edildi. İnqilabi kütlələrin heç bir rəhbərliyi və birliyi olmadığı halda, xomeynipərəst əks-inqilabın qüvvələri, öz sərəncamlarında repressiya və kələkbazlıq alətləri olan, yaxşı təşkil olunmuş və yaxşı yerləşmiş bir mərkəzdən yönləndirilirdilər. Bu mübarizənin nəticəsi məlum idi, xüsüsən də nəzərə alsaq ki, kütlənin marağını ifadə etməyə iddialı olanlar, faktiki olaraq əks-inqilabın ruporları idi.

Xomeyninin kütləvi bazası

[redaktə | mənbəni redaktə et]

Xomeyninin öz bazasının sosial tərkibi, kütlələrin basılmasında və məğlub olmasında əsas faktor idi. Xomeyninin repressiv qüvvələri, əhalinin ən çox əzilən və imtiyazsız sosial qatlarından qidalanırdı. "Xomeyni əskərləri" əsasən kənddən gələn şəhər yoxsullarından və yoxsul duruma salınmış xırda burjua kəsimdən təşkil olunurdu. Şahın "Ağ inqilabının" nəticəsində, kəndən şəhərə böyük axın əmələ gəlmişdi, sənayələşmə bu kəndlilərin ancaq məhdud qısmını işlə təmin edə bilirdi. Sənayələşmə nəticəsində bu xırda burjua ünsür çox ağır duruma düşmüşdü və ailədaxili əməklə məşğul olmağa məcbur idi. Belə ailələrdə ortalama olaraq 7,6 üzv olurdu.

Bu iki əbəqə repressiya aləti üçün nəhəng rezervuar təşkil edirdilər. Ancaq şəhər yoxsul təbəqəsi bütün şəhərlərin 20% təşkil edirdi. Məsələn 1976-cı ildə, Tehranda bunlar 700000 adam idilər. Xırda burjuaziya isə, İranda ümumiyyətlə ən böyük sosial qat idi. Şah rejimi dövründə bu təbəqələr son dərəcə nüvələşdirilimiş və hər hansı içtimai perspektivdən uzaq idi. Onların sosial ədalət barədə dumanlı təsəvvürləri asanlıqla şiyə demoqoqiyasının təsiri altına düşürdü. Onlarla müqayisədə hətta sənayə proletariatının ən yoxsul qatları belə, imtiyazlı görsənirdilər. Onların sosial statusu, şah bürokratiyasının şəhərlərin kasıb məhəllələrini əhalisini sinifləndirmək üçün icad etdiyi "şəhər kənarından qıraqda" anlayışı ilə müəyyənləşirdi. Şah diktaturası 5 mln. insanı "vətəndaş" cəmiyyəti kənarında saxlamağda maraqlı idi.

Belə qatlardan çıxanların çoxusu üçün, Hizbullahın quldur dəstəsinə üzv olmaq belə böyük sosial irəliləyiş idi. Yaraqlı pasdaran olaraq, belə adam "məhəllənin şahına" çevrilirdi. Çeşidli repressiv orqanlar tərəfindən "işə" cəlb olunmaq, onun üçün gedib"bütün imtiyazlı bütpərəstləri" cəhənnəmə göndərmək və buna görə müəyyən muzd almaq imkanı əldə etmək demək idi. Aydındır ki, islam rejimi belə ünsürlərin əksəriyyətinin həyatını yaxşılaşdıra bilmədi. Ancaq hər məhəllədən hətta bir neçə belə adamın irəliyə çıxması, başqaları üçün ümidverici olurdu. Bu qatlar, Xomeyni demoqoqiyasını kütlə arasına daşımaq üçün uzun müddət fəal və fanatik ötürücü oldular.

Onların inqilabın tərəfinə cəlb olunmasının yəganə yolu, onların tələblərinin yerinə yetirilməsi üçün daha yaxşı yolun olmasını göstərmək idi. Bu qaçılmaz olaraq, müstəqil təşkilatların yaradılmasına, və onların kapitalist dövlətlə mübarizəsinə gətirib çıxaracaqdı. Bu həmin bu qatlardan çıxa bilməzdi. Onlara nümunə göstərmək gərək idi. Və buna qadir yeganə sinif, inqilabi proletar partiyanın başçılıq etdiyi, işçi sinfi idi. Əgər işçi sinfi dövlətə müqavimətdə və öz durumunun yaxşılaşdırılmasında kütləvi hərəkatda təşəbbüsü öz üzərinə götürsəydi, onda o bu təbəqələrə də yol göstərmiş olardı. Onların Xomeyninin alində alət olması üçün heç bir obyektiv sosial səbəb yox idi. Xüsusi ilə əgər işçi sinfi onların iş və yaşayış yeri tələblərini dəstəkləsəydi.

Əslində şah diktaturasının boynunu qıran, ümumi tətilin bütün dörd ayı ərzində, işçi sinfi öz obyektiv qüdrətini və bütün kütləvi hərəkatın lideri olmaq potensialını göstərdi. Ancaq o öz ardınca yoxsul təbəqələri apara bilən özəl ümummilli təşkilatını yaratmadı. Bunun əvəzinə o özü bu təbəqələr tərəfindən süpürüldü.

Solların uğursuzluğu

[redaktə | mənbəni redaktə et]

İnqilabi partiyanın yoxluğu

[redaktə | mənbəni redaktə et]

"İran" inqilabının məğlubiyyətinin əsas səbəbi, şübhəsiz ki, avanqarda çatdırılası, inqilabi proqramı və strateqiyası olan, inqilabi proletar partiyasının olmamasında idi. Hətta hər hansı, olsun lap təhrif olunmuş formada proqramı olan və inqilabi kütləni aydın, ardıcıl perspektiv ilə təmin edən bir nüfuzlu inqilabi təşkilat yox idi.

"İran" inqilabının əsas dərsi o fakstın təsdiqindən ibarətdir ki, əgər belə təşkilat hər hansı inqilabi təlatümün başlamasından öncə olmayıbsa, onun birbaşa inqilabi prosesin başlamasından sonra yaradılması olduqca az ehtimal olunan və bəlkə də imkansızdı. İnqilabi böhranın gəlişmə sürətini, geriyə qalmış ölkələr içində nisbətən gəlişmiş ölkələrin içtimai-sinfi münasibətlərinin və birliklərin gəlizliyini, və burjua qaydaların nisbi gücünü nəzərə alaraq, bilavasitə inqilabdan doğan inqilabi qüvvələrə, əgər onlar öncədən kök atmayıblarsa və kütlə ilə ənənəvi əlaqələrlə bağlı deyillərsə, olduqca çətin olacaq.

İnqilabın ilk bir neçə ayında, inqilabi proqram uğrunda mübarizə aparan, hətta sürətlə nüfuzunu və gücünü artıran inqilabi dəstəciklər var idi. Lakin hadisələrin gedişatına təsir etmək üçün, bu olduqca az idi. Hər repressiya dalğası və siyasi durumun qəfil dəyişməsi ilə belə inqilabi qrup qazandığının çox hissəsini itirirdi. Rejimin ilk açıq hucumları isə təslimçi, opportunist meyllərə yol açdı. Birinci il ərzində az qala bütün inqilabi qruplarda parçalanmalar əmələ gəldi.

İnqilabi dövrlərin, dönəmində kütləvi təşkilatların inkişafı mümkün olmayan uzun müddətli ciddi repressiyalar ilə əvəz olunan, "İran" kimi ölkələrdə, kütlələrə siyasi və təşkilatı rəhbərlik təklif edən təşkilatın olması, xüsusi ilə önəmlidir. İnqilab başlamazdan öncə kütləvi hərəkatda bazası olmayan heç bir təşkilat, kütlələrin təşkilatlanması üçün qüvvələrini yetərli qədər sürətlə inkişaf etdirə bilməz. Şah rejimi ilə mübarizə aparan yarıstalinçi fədailər və heoradikal burjua mücahidlər, tezliklə böyük ölçülü kütləvi təşkilatlara çevrildilər. Lakin onların heç birində inqilabi rəhbərlik inqilabi strateqiyaya əsaslanmırdı. Onların heç biri, iran inqilabının əsl dinamikasını anlamağa qadir deyildi. Sonda ikisi də inqilab xəyanət ilə qurtardılar. Birincisi, moskvapərəst Tudə partiyasının sinfi kollaborasionist siyasətinin qurbanı oldu, ikincisi isə burjua liberal müxalifətinin tərkibinə öz mənşəyinə qayıtdı.

İran inqilabının təcrübəsi bir daha sübut etdi ki, bizim dövrün inqilabi rəhbərliyi fəhlə sinfinin hakimiyyət qazanmaq strateqiyasını ardıcıl olaraq müdafiə etməsə, o qaçılmaz olaraq irtica düşərgəsinə düşəcək. İnqilabi xəyanət, iran inqilabının fatehəsi idi. Antikapitalist proletar strateqiyasız, burjua əks-inqilabla kompromisslər qaçılmaz idi.

Məzlum və istismar olunan zəhmətkeş kütlənin öz tərəfinə çəkməyin bir yolu varsa o da proletariatın ancaq özünün, hərəkəti ilə burjuaziyanı məğlub etməsinin mümkünlüyünü göstərməkdən ibarətdir. İran solları isə, aydın təsvir olunan sinfi mübarizəni kısırlaştıraraq və çeşidli xırdaburjua və burjua qatlara və demokratik respublika tərəfdarlarına kompromiss təklif edərə, Xomeyninin kütləvi bazasını qazanmağa çalışırdılar.[9]

  1. "A Question of Numbers Web: IranianVoice.org August 08, 2003 Rouzegar-Now Cyrus Kadivar". August 4, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 2, 2012.
  2. E. Baqi, `Figures for the Dead in the Revolution`, Emruz, July 30, 2003
  3. Islamic Revolution Arxivləşdirilib 2011-06-29 at the Wayback Machine, Iran Chamber.
  4. Islamic Revolution of Iran Arxivləşdirilib 2009-10-28 at the Wayback Machine, MS Encarta. October 31, 2009.
  5. The Islamic Revolution Arxivləşdirilib 2009-02-27 at the Wayback Machine, Internews.
  6. Islamic Revolution Arxivləşdirilib 2010-06-29 at the Wayback Machine.
  7. Iran Profile Arxivləşdirilib 2006-08-06 at the Wayback Machine, PDF.
  8. The Shah and the Ayatollah: Iranian Mythology and Islamic Revolution (Hardcover), ISBN 0-275-97858-3, by Fereydoun Hoveyda, brother of Amir Abbas Hoveyda.
  9. "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.
  • Islamic Revolution Portal The Iran Revolution. [ölü keçid]
  • Abrahamian, Ervand, 'Mass Protests in the Islamic Revolution, 1977–79’, in Adam Roberts and Timothy Garton Ash (eds.), Civil Resistance and Power Politics: The Experience of Non-violent Action from Gandhi to the Present. Oxford & New York: Oxford University Press, 2009, pp. 162–78. ISBN 978-0-19-955201-6.
  • Afshar, Haleh. Iran: A Revolution in Turmoil. Albany, New York: SUNY Press. 1985. ISBN 0-333-36947-5.
  • Barthel, Günter. Iran: From Monarchy to Republic. Berlin, Germany: Akademie-Verlag. 1983.
  • Daniel, Elton L. The History of Iran. Westport, CT: Greenwood Press. 2000. ISBN 0-313-30731-8.
  • Esposito, John L. The Islamic Revolution: Its Global Impact. Miami, FL: Florida International University Press. 1990. ISBN 0-8130-0998-7.
  • Harris, David. The Crisis: The President, the Prophet, and the Shah – 1979 and the Coming of Militant Islam. New York & Boston: Little, Brown. 2004. ISBN 0-316-32394-2.
  • Hiro, Dilip. Iran: Revolutionary Fundamentalism in Power // Holy Wars: The Rise of Islamic Fundamentalism. New York: Routledge. 1989. ISBN 0-415-90208-8.
  • Ryszard Kapuściński. Shah of Shahs. Translated from Polish by William R. Brand and Katarzyna Mroczkowska-Brand. New York: Vintage International, 1992.
  • Kahlili, Reza. A Time to Betray: The Astonishing Double Life of a CIA Agent Inside the Revolutionary Guards of Iran. New York: simon and schuster. 2010. ISBN 978-1-4391-8903-0.
  • Charles Kurzman. The Unthinkable Revolution. Cambridge, MA & London: Harvard University Press, 2004.
  • Habib Ladjevardi (editor), Memoirs of Shapour Bakhtiar, Harvard University Press, 1996.
  • Kraft, Joseph. "Letter from Iran", The New Yorker, Vol. LIV, #44, Dec. 18, 1978.
  • Legum, Colin, et al., eds. Middle East Contemporary Survey: Volume III, 1978–79. New York: Holmes & Meier Publishers, 1980. + *Legum, Colin, et al., eds. Middle East Conte
  • Milani, Abbas, The Persian Sphinx: Amir Abbas Hoveyda and the Riddle of the Islamic Revolution, Mage Publishers, 2000, ISBN 0-934211-61-2.
  • Munson, Henry, Jr. Islam and Revolution in the Middle East. New Haven: Yale University Press, 1988.
  • Nafisi, Azar. "Reading Lolita in Tehran." New York: Random House, 2003.
  • Nobari, Ali Reza, ed. Iran Erupts: Independence: News and Analysis of the Iranian National Movement. Stanford: Iran-America Documentation Group, 1978.
  • Nomani, Farhad & Sohrab Behdad, Class and Labor in Iran; Did the Revolution Matter? Syracuse University Press. 2006. ISBN 0-8156-3094-8
  • Pahlavi, Mohammad Reza, Response to History, Stein & Day Pub, 1980, ISBN 0-8128-2755-4.
  • Rahnema, Saeed & Sohrab Behdad, eds. Iran After the Revolution: Crisis of an Islamic State. London: I.B. Tauris, 1995.
  • Sick, Gary. All Fall Down: America's Tragic Encounter with Iran. New York: Penguin Books, 1986.
  • Shawcross, William, The Shah's last ride: The death of an ally, Touchstone, 1989, ISBN 0-671-68745-X.
  • Smith, Frank E. The Islamic Revolution. 1998.
  • Society for Iranian Studies, Islamic Revolution in Perspective. Special volume of Iranian Studies, 1980. Volume 13, nos. 1–4.
  • Time magazine, January 7, 1980. Man of the Year (Ayatollah Khomeini).
  • U. S. Department of State, American Foreign Policy Basic Documents, 1977–1980. Washington, DC: GPO, 1983. JX 1417 A56 1977–80 REF – 67 pages on Iran.
  • Yapp, M. E. The Near East Since the First World War: A History to 1995. London: Longman, 1996. Chapter 13: Iran, 1960–1989.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Tarixi məqalələr
Analiz tipli məqalələr
Şəkillər və video materiallar