İmamqulu mirzə Qovanlı-Qacar- İran şahzadəsi, Məhəmmədəli mirzə Qovanlı-Qacarın oğlu
İMAMQULU MİRZƏ QOVANLI-QACAR | |
---|---|
Imаmqulu mirzə Məhəmmədəli mirzə оğlu Qovanlı-Qacar | |
Digər adı | İmamqulu mirzə İmadəddövlə |
Doğum tarixi | |
Doğum yeri | Tehran |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran |
Atası | Məhəmmədəli mirzə Qovanlı-Qacar |
Fəaliyyəti | şahzadə |
İmamqulu mirzə Məhəmmədəli mirzə oğlu 1814-cü ildə Tehran şəhərində dünyaya gəlmişdir. Mükəmməl saray təhsili almışdı. İmadəddövlə ləqəbini daşıyırdı. Kirmanşahın valisi olmuşdu. O, mütərəqqi ideyaları ilə seçilirdi. Təyinatı üzrə hara gedirdisə abadlığa, quruculuğa çalışırdı. Rüşvətxor vəzirlər ondan xoşlanmırdılar. Çalışıb gözdən salmaq istəyirdilər.
İmamqulu mirzə 1875-ci ildə vəfat edib. Kərbəladakı İmam Hüseyn türbəsi ilə dəfn olunur.[1]
İmamqulu mirzənin Əliqulu mirzə, Məhəmmədhüseyn mirzə, Ağacan Mürtəzaqulu mirzə, Cəlaləddin mirzə, Əmir Məcdəddin mirzə, Sultan İbrahim mirzə, Sultan İsmayıl mirzə, Məlik Qasım mirzə, Məlik Irəc mirzə, Ishaq mirzə adlı oğulları, Sərvərüssəltənə хanım, İzzətülmələk хanım Əşrəfüssəltənə adlı qızları vardı.