Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.(mart 2024) |
Məhəmmədəli mirzə (1788–1821) — Fətəli şah Qacarın ən böyük oğlu, Qacar şahzadəsi, vali.
Məhəmmədəli mirzə Dövlətşah | |
---|---|
Məhəmmədəli mirzə Fətəli şah oğlu Qovanlı-Qacar | |
Digər adı | Məhəmmədəli mirzə Qacar |
Doğum tarixi | |
Doğum yeri | Tehran |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran |
Vəfat səbəbi | vəba |
Uşağı | |
Atası | Fətəli şah Qacar |
Fəaliyyəti | şair |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmmədəli mirzə (anası Zibaçöhrə хanım gürcü qızı idi) 1788-ci ildə Tehran şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Fəxri Dövlətşah və Qəvam əl-xəlifə ləqəblərini daşıyırdı.
Məhəmmədəli mirzə daim Abbas mirzə ilə çəkişirdi. Onun vəliəhd təyin olunmasından incinirdi. Hər vəchlə Abbas mirzəni atasının gözündən salmaq istəyirdi. Vəliəhd olmaq üçün çox cəhd edirdi.
Tarixçi Əminə Pakrəvan yazır: "Kirmanşahın valisi Məhəmmədəli mirzə Dövlətşahi böyük bir təərrüzə başlamışdı. Dövlətşahi öz süvarilərini sürətlə sınıra çatdırmağı başarmış və çox asan müvəffəqiyyət əldə etmişdi. Çünkü qəflətən hücuma uğrayan Bağdad valisi Davud paşa həm hazırlıqsız yaxalanmışdı, həm də qarşı qoya biləcək önəmli gücü yox idi. Qacar tərəfi bu savaşa çox hazırlanmışdı. Burada belə bir sual ortaya çıxır ki, bu qədər iqtidar hərisi olan Dövlətşahi nədən Bağdadı işğal etməmişdir? Əcəba xarici dövlətlərin müdaxiləsimi olmuşdur, yoxsa İraq din xadimlərimi bu savaşa qarşı çıxmışdılar? Çünkü Şiə inancının önəmli rəhbərləri bu ərazilərdə uyumaqdadır. Bu şəhərləri savaş yolu ilə ələ keçirmək üçün Hülaku xan qədər dinsiz olmaq gərəkirdi. Lakin Dövlətşahi şiə gələnəklərinə çox bağlı idi. Din xadimlərinin fitvaları ilə hesablaşırdı. Özəlliklə də Abbas mirzənin yerini almaq üçün din xadimlərinin dəstəyini almış durumda idi. Əcəba din xadimlərimi Dövlətşahinin İraqı savaşla istila etməsini önlədilər? Nəcəf və Kərbəla kimi şəhərlərin top atəşinə tutulması şiə məzhəbinin müqəddəsatına toxunmaq anlamında idi. Lakin bütün bu dəlillərin ötəsində ən önəmli məsələ onun cismi vəziyyətinin dəyişməsi idi. O zaman 35–36 yaşlarında bulunan Dövlətşahi çox güclü bünyəsi ilə məşhur idi. Ancaq ürək ağrısı onu yaxaladı və çox keçmədən ağır bir qızdırmaya mübtəla oldu. Bu üzdən də Bağdad paşası ilə böyük savaşa girmədən geri dönmək zorunda qaldı. Geri dönüb və xəstəliyinə şəfa axtarmaq istəyirdi. Kərənd kəndində hiss etdi ki, ölmək üzrədir. Bu kənddə köhnə və artıq istifadə edilməyən sökük bir qalanın divarlarına söykənib can verdi. Onun cəsarəti və şücaəti inkar edilməz idi, lakin həsəd onu məhv etmişdi. Dövlətşahinin ölümü Abbas mirzəni ona qarşı yönəlmiş həsədlərdən rahat etmədi. Dövlətşahinin həsəd mirasını başqa qardaşları daşımaqdaydılar".
Məhəmmədəli mirzə Şeyx Əhməd Əhsaini dəstəkləyirdi. Tarixçi Nəbil Zərəndi yazır: "Şeyxin Kirmanşahda qaldığı müddətdə şahzadə Məhəmmədəli mirzə canla-başla ona xidmət göstərirdi. Bir dəfə Şeyx onun barəsində demişdi: "Mən Məhəmmədəlini öz oğlum sayıram, baxmayaraq ki, o, Fətəlinin övladıdır". Həmin dövrdə Şeyxin hüzurunda çoxlu adamlar və şagirdlər olar, ondan dərs öyrənərdilər. Amma Şeyx Seyyid Kazımdan başqa heç kəsə xüsusi diqqət yetirməzdi, onu hamıdan seçib fərqləndirmişdi ki, dünyadan getdikdən sonra onun yerinə keçsin və onun məqsədlərini həyata keçirsin".
Məhəmmədəli mirzə 1821-ci ildə vəfat edib.
Məhəmmədəli mirzənin törəməsi Dövlətşahi soyadını daşıyır. Məhəmmədəli mirzənin Məhəmmədhüseyn mirzə, Təhmasib mirzə, Iskəndər mirzə, Imamqulu mirzə, Əsədulla mirzə, Nəsrulla mirzə, Fətulla mirzə adlı oğulları vardı.